Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko telefonla ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivinla danışıqlar aparıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı əsas diqqət Belarusda baş verən son hadisələr, həmçinin Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyətə ayrılıb.
Görüşdə Rusiya tərəfindən ölkədaxili proseslərə istənilən müdaxilə, vəziyyəti gərginləşdirmə və birtərəfli qaydada vasitəçilik xidmətlərinin kənardan sırınması cəhdlərinin yolverilməz olduğunu bildirilib.