22/10/2020 14:00
728 x 90

TURKPA-nın koronavirusla mübarizəyə həsr edilmiş videokonfransı keçirildi

img

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) üzv parlamentlərinin  Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin “COVİD-19 pandemiyası: təsiri və gələcəyə baxış” mövzusunda videokonfrans formatında onlayn iclası keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin rəhbərləri və üzvləri, habelə, TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib. Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri  Recep Akdağ iclasa moderatorluq edib.

Açılış mərasimində qeyd olunan komitələrin rəhbərləri, eləcə də TÜRKPA Baş katibi  Altınbek Mamayusupov və Qırğızıstan Respublikasının Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev çıxış edib. Açılış mərasimindən sonra komitələrin üzvləri əsas mövzu üzrə çıxış edib.

İclasda ölkəmizi Milli Məclisinin Səhiyyə Komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov təmsil edərək,  Azərbaycanda koronavirusla mübarizədə görülən işlər və əldə edilən uğurlar haqqında iclas iştirakçılarına məlumat verib.

İclas zamanı iştirakçılar qlobal COVID-19 pandemiyasının üzv ölkələrə, xüsusən də səhiyyə sektoruna təsirini müzakirə edərək, öz ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat verib. Bununla yanaşı, müvafiq istiqamətdə gələcək əməkdaşlığın prioritet sahələri, metod və mexanizmlərinə dair fikir mübadiləsi aparılıb. 

Son xəbərlər