27/10/2020 21:50
728 x 90

Azərbaycanda koronavirusa 119 yeni yoluxma, 140 nəfər sağaldı, 2 nəfər vəfat etdi

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 601, bu günə qədər isə ümumilikdə 1 035 286 test icra olunub.

Son xəbərlər