çərşənbə günü, 21 oktyabr 2026
     

Prezident Əliyev xaricdəki Azərbaycan diasporunun ciddi bir problemini aktuallaşdırdı - soydaşlarımızın investisiyası...

Image


Prezident İlham Əliyev diasporumuzla bağlı daha bir maraqlı məqama toxunub. Bizim özümüz də dəfələrlə diasporumuzun axsaq yeri olan bu detalla bağlı yazılar yazmışıq. Hətta nə qədər arzuolunmaz sayılsa da,  bu istiqamətdə düşmən erməni diasporu ilə müqayisələr də aparmışıq. Əldə olunan nəticələr isə heç də qənaətbəxş olmayıb.

Söhbət xaricdə yaşayan, diasporumuzun bir parçası sayılan soydaşlarımızın ölkəmizə olan diqqətindən gedir. Xüsusilə də onların sırasında olan imkanlı adamların vətənə yatırım etmək, bura ilə daha sıx tellərlə bağlanmaq həvəsinin zəifliyi nəzərə çarpır. Gəlin, ölkə başçısının Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında söylədiyi fikirlərə diqqət edək:

  • “Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, Azərbaycana investisiya axını dayanmayacaq”

"Xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin".

Dövlət başçısı deyib: "Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

  • “Cənab Prezidentin bu barədə çıxışı təqdirəlayiqdir”

Göründüyü kimi, ölkə başçısı bununla bağlı ən ali iradəni ortaya qoyaraq soydaşlarımıza yaşıl işıq yandırıldığını bəyan edib. Bəs xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdəki fəaliyyətini necə, qənaətbəxş saymaq olarmı? Diasporumuzda ölkəyə pul qoymalı adamlar varmı?

Xaricdəki diaspor təşkilatlarından birinin rəhbəri -  Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Prezidentin fikirlərini təqdirəlayiq hal hesab etdiyini deyib:

“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə xaricdə yaşayan hər bir azərbaycanlı razıdır. Moskvada uzun illərdir ki, “bazar günü məktəbləri” fəaliyyət göstərir. Təəssüf ki, bu il pandemiya səbəbindən o məktəbləri aça bilmədik. Həmin məktəblərdə Azərbaycan dili, ədəbiyyatı, tarixi tədris olunur, ölkəmizə aid olan görüşlər, tədbirlər keçirilir. Azərbaycan icması fəaliyyətini bu istiqamətdə qurub. Həm evdə, həm də ictimai fəaliyyətimizdə övladlarımızın milli ruhda böyüməsinə çalışırıq. Təəssüfedici məqamlar da var. Bəzən olur ki, övladlarını burda hansısa məktəbə qoyurlar. Ancaq uşaq öz adət-ənənəsini, dilini, mədəniyyətini bilmir. Bir müddət keçəndən sonra valideynlər yanlış yolda olduqlarını dərk edirlər. O səbəbdən də hesab edirəm ki, cənab Prezidentin bu barədə çıxışı təqdirəlayiqdir. Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi qeyd edilən sahələrə xüsusi önəm verir. Təbii ki, bu, diasporla bağlı Prezidentimizin qarşıya qoyduği vəzifədir. Hər bir azərbaycanlı bu çağırışı yüksək qiymətləndirir”.

  • “Hesab edirəm ki,  ölkə başçısının son çıxışı bu sahədə irəliləyişə səbəb olacaq” 

Ölkə başçısı çıxışında diasporumuzun qarşılaşdığı problemlə bağlı iki mühüm məqama toxunub. Onlardan biri soydaşlarımızın övladlarını milli ruhda böyütməsinin zəruriliyi, digəri isə imkanlı soydaşlarımızın ölkəmizə investisiya yatırmaqda maraqlı olmaları ilə bağlı real vəziyyətin necə olduğuna dair verdiyi izahdır. Təhlillər göstərir ki, hər iki istiqamətdə ciddi problemlər yaşanır.

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, diasporla işin bütün istiqamətlər üzrə yüksək səviyyədə qurulmasının ölkəmizə yalnız faydası ola bilər: “Diaspora yalnız xaricdə yaşayan milliyyətcə azərbaycanlılardan ibarət deyil. Bizim diasporumuzda başqa millətlərin də təmsilçiləri ola bilər. Son Tovuz hadisələrində biz bunun şahidi olduq. Məsələn, İsraildəki yəhudi əsilli soydaşlarımız ermənilərə əsl dərs verdilər. Dünyanın bir çox ölkələrində olan qeyri millətlərin nümayəndələri bizimlə çiyin-çiyinə dayanıb səfirliklərimizi mühafizə etdilər. Bu adamların hər biri diasporumuzun potensial üzvüdür.  Diaspora ölkəmizin xaricdəki təbliğatını aparır. Bununla yanaşı, onlar həm də əllərində olan imkanlardan ölkəmizə fayda vermək barədə də düşünməlidir. İnvestisiya qoyulması məsələsi də zəruridir. Bunun üçün Azərbaycan qanunvericilik bazası və digər məsələlər baxımından olduqca cəzbedici ölkədir. Mən inanmıram ki, belə niyyətdə olan hansısa diaspor nümayəndəmizə ölkəmizdə maneçilik törədilsin. Ölkə başçısı ortaya belə prinsipal mövqe qoyursa, deməli, bu sahədə heç bir problem ola bilməz. Düşünürəm ki, bu niyyətdə olan iş adamı kimi tanınan  soydaşlarımız  da bunu istəyər. Sadəcə, onların arasında maarifləndirmə işləri artırmaq lazımdır.  Bu işi milliyyətcə azərbaycanlı və qeyri-azərbaycanlı olan soydaşlarımızla aparmalıyıq. Hesab edirəm ki, ölkə başçısının son çıxışı bu sahədə irəliləyişə səbəb olacaq. Dövlətin əlaqədar strüktürları bu istiqamətdə təbliğatı daha da gücləndirəcəklər. Prezidentin bu çağırışı elə ən böyük təbliğatdı. Hesab edirəm ki, diaspor nümayəndələrimiz bunu lazımınca qiymətləndirəcəklər”.

  • “Bu amil onları vadar edəcək ki, diaspordakı iş adamları ilə ciddi təmaslara keçsinlər”

Xaricdə yaşayan diaspor fəalı Cəmil Mehdiyev qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ onun da yaralı yeridir: “Prezident bu çağırışı təsadüfən etmir. Onun əlində dəqiq statistika var. Baxıb görür ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Siz elə bilirsiniz ki, bizim imkanlı azərbaycanlılar ölkəmizə investisiya qoymaq istəmir? Bunun səbəblərindən biri odur ki, köhnə idarəetmə metodunda bu amilin qarşısı alınırdı. Rayon icra hakimiyyəyyətinin başçıları bu niyyətdə olan soydaşlarımıza şərait yaratmaq əvəzinə onlara mane olurdular. Bunu sübut edən kifayət qədər faktlar var. Belə hallar da ümumi mənzərəyə təsir edirdi. Nəticədə itirən Azərbaycan olurdu. Artıq ölkədə yeni idarəetmə metodu tətbiq olunur. Ciddi struktur və kadr islahatları aparılır. Rayon icra başçılarının qarşısına təmsil olunduqları  regiona investisiya cəlb etmək tapşırığı qoyulub. Bu amil onları vadar edəcək ki, diaspordakı iş adamları ilə ciddi təmaslara keçsinlər. Ümidvaram ki, bu çağırışdan sonra deyilən sahədə ciddi irəliləyişlərin şahidi olacağıq”.

  • “Hər bir investorda doğulub boya-başa çatdığı ölkənin iqtisadiyyatına töhfə verməyə məcbur edən milli hisslər olmalıdır”

Qəribə hal budur ki, soydaşlarımızın sırasında hətta elələri var, dünyanın ən varlı adamları sırasındadırlar, ancaq Azərbaycana investisiya qoymaqda maraqlı görünmürlər. Ölkə iqtisadiyyatında xarici investisiyaların azalması həqiqətən də narahatlıq yaradır. İnvestisiyalar Azərbaycana daxil olanda onu yatıranın azərbaycanlı, yaxud qeyri-azərbaycanlı olması deyil, məhz ölkə iqtisadiyyatına gəlməsi daha çox əhəmiyyət kəsb edir. Hazırkı müşahidələrimiz onu göstərir ki, investisiya qoyuluşundakı azalma heç də Azərbaycanın hazırkı investisiya tələbatlarına və ehtiyaclarına adekvat deyil. Əslində ölkədə investisiya qoyuluşlarını genişləndirməyə xeyli imkan var. Maraqlıdır ki, ölkəmizə investisiya qoymaq imkanında olan azərbaycanlıların çoxu Rusiyada yaşayır. Lakin bütövlükdə Rusiyanın Azərbaycana qoyduğu investisiyanın həcmində bizim gözləntilərimiz qədər ciddi artım yoxdur. Yəni biz Azərbaycana yatırılan xarici investisiyaları nəzərdən keçirsək, məlum olacaq ki, Rusiya ön sıralarda deyil.

  • Görünür, bizim həmyerlilərimizdə o hisslər azdır...

Bəllidir ki, investisiya məsələsi bir az siyasi məsələdir və onu sırf ticarətlə əlaqələndirmək olmaz. Rusiyada yaşayan azərbaycanlıların ölkə iqtisadiyyatına investisiya qoyuluşlarında müəyyən ehtiyatlı yanaşmalarını həm də bununla izah etmək olar. Digər bir tərəfdən, görünür, onlar Azərbaycandakı investisiya mühitini və bazarı Rusiya ilə müqayisədə məqsədəuyğun hesab etmirlər. Çünki Rusiya böyük bazardır, orada investisiya yatırımı imkanları daha genişdir, eyni zamanda investisiyaya qoyulmuş vəsaitlərin geri qaytarılması üçün bazar imkanları həm coğrafi baxımdan, həm də kəmiyyət və miqyas nöqteyi-nəzərindən güclüdür. Bütün bunlara baxmayaraq, hər bir investorda doğulub boya-başa çatdığı ölkənin iqtisadiyyatına töhfə verməyə məcbur edən milli hisslər olmalıdır. Bu hisslər bazar payı, investisiya mühiti ilə bağlı olan problemlərdən daha üstün olanda investisiya gəlir. Görünür, bizim həmyerlilərimizdə o hisslər azdır. Çünki adətən ayrı-ayrı ölkələrin iqtisadiyyatına baxanda investisiya qoyuluşlarında həmin ölkələrin xaricdə yaşayan iş adamlarının payını yüksək görmüşük. Bu səbəbdən də xaricdəki soydaşlarımız olan iş adamları Azərbaycana investisiya qoymaqda maraqlı olmalıdır. Ortada möhkəm siyasi iradə varsa, əminliklə demək olar ki, onların yatırdıqları  pullar həm də yaxşı qazanc gətirə biləcək. Çünki Azərbaycanın torpağı çox münbit, iqlimi gözəl, əhalisi qonaqpərvərdirsə, niyə pulu burda qazanmasınlar ki...

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ