çərşənbə günü, 21 oktyabr 2026
     

102 il əvvəl Bakı daşnak-bolşeviklərdən azad edilməsəydi... Bir gündən başlayan möhtəşəm tarixdə İlham Əliyev-Ərdoğan tandeminin rolu...

Image


Türk dünyasının döyünən ürəyi Bakıya göz dikən, onu işğal edib burada hakimiyyətini sürdürməyə iddialı olanlar çox olub. Tarix belələrini çox əzib yola salıb, Bakı yenə də Türk dünyasının ürəyi kimi yaşayıb.

102 il bundan əvvəl Bakını daşnak-bolşevik birləşməsinin işğalından xilas edən qəhrəman Qafqaz İslam Ordusu böyük bir tarix yazıb, unudulmaz bir tarix. Bu tarix illər keçdikcə zənginləşir, öz əhəmiyyətini daha da artırır. Milli dövlətçilik tariximizə 15 sentyabr Bakının qurtuluşu günü kimi düşüb. Tarixən ənənəviliyə, milli-tarixi dəyərlərə, sarsılmaz bağlara sahib olan və bu dəyərləri qoruyan, inkişaf etdirən böyük Türkiyə və Azərbaycan dövlətləri 15 sentyabrı bizim birliyimizin, həmrəyliyimizin simvoluna çeviriblər.

15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Bu tarix Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini aydın əks etdirir.

Tarixçilər qeyd edirlər ki, Bakının daşnak-bolşevik birləşməsindən azad edilməsinin 100 illiyi münasibətilə 2018-ci ildə paytaxtımızın Azadlıq meydanında möhtəşəm parad keçirilməsi, burada Prezident İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etməsi bizim əbədi birliyimizin önəmli gücünü göstərir.

Tarixçilərin dediyinə görə, bu paradın keçirilməsinin özü böyük tarixi hadisədir və paradda Türkiyə Silahlı Qüvvələrinin “Türk ulduzları”nın uçuşlar etməsi, səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkməsi özü birliyimizin gücünü göstərən amillərdən biridir. Paradda Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olması da bizə böyük qürur yaşadıb.

Ekspertlər bildirirlər ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlim keçirilir.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın bu yaxınlarda Prezident İlham Əliyevlə görüşündə Tovuz hadisələri kontekstində səsləndirdiyi “Türkiyədə 83 milyonluq xalqın nəbzi Azərbaycanla döyünür. Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik” fikirlərini də mütəxəssislər qardaşlığımızın əsl nümunəsi kimi dəyərləndirirlər.

Tarixçilər vurğulayırlar ki, qədirbilən Azərbaycan xalqı Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun bu köməyini heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini uca tutur. Bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlib və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilib. Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə Bakını azad etməsi o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, bugünkü müstəqilliyinin təməlini qoyub.

Bildiyimiz kimi, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkə yenə Türkiyə olub.  Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr bütün regiona töhfə verir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir.

  • “Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın belə mühüm tarixi gündə bir yerdə olması bizim birliyimizin daha da sarsılmaz olduğunun göstəricisidir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Azərbaycanla Türkiyə qədər bütün mənalarda doğma, yaxın, qardaş olan ikinci bir dövlət yoxdur. “Şübhəsiz ki, Qafqaz İslam Ordusunun 102 il bundan əvvəl Bakını daşnak-bolşevik işğalından azad etməsi tariximiz üçün çox böyük əhəmiyyət daşıyır. Xüsusən də bu hadisə Azərbaycan tarixində bir dönüş nöqtəsi hesab edilməlidir. Əlbəttə, Bakı xilas edilməsəydi, bizi çox böyük faciələr gözləyərdi.  

Məhz sentyabrın 15-də Bakının daşnak-bolşevik birləşmələrindən azad olunması, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakı şəhərinə köçürülməsi, sözün açığı, Azərbaycan üçün çox önəmli hadisə olmaqla yanaşı, region üçün də böyük əhəmiyyətə malik olub. Bakı şəhərinin işğaldan azad edilməsi yalnız siyasi anlamda deyil, eyni zamanda, sosial-iqtisadi anlamda da çox böyük əhəmiyyət daşıyırdı. Şübhəsiz ki, Bakının məhz Qafqaz İslam Ordusu, həm Türkiyə və həm də Azərbaycan əsgərlərinin birgə iştirakı ilə azad olunması da çox mühüm faktdır. Bu, əslində, əsrlərdən gələn Azərbaycan-Türkiyə qardaşlığının bir nümunəsi və davamı idi.

O vaxt Azərbaycan Cümhuriyyətinin qurucusu, başçısı, milli ideoloqu Məhəmməd Əmin Rəsulzadə bu hadisəni çox mühüm hadisə kimi dəyərləndirib və Bakının işğaldan azad olunmasını Azərbaycan tarixi, Azərbaycan Cümhuriyyəti üçün çox önəmli hesab edib. O hesab edirdi ki, məhz Azərbaycan və Osmanlı (Türkiyə) əsgərlərinin bir yerdə Bakı şəhərini işğaldan azad etməsi həm də bizim hərbi birliyimizin, türk xalqlarının birliyinin bir örnəyidir. Oktyabrın əvvəllərində Nuru Paşanın şərəfinə verilən ziyafətdə hətta o, çıxışında deyirdi ki, əslində, bununla da Turan ordusunun toxumları səpilmiş, türk dövlətlərinin birliyinin təməli qoyulub. M.Ə.Rəsulzadə çox haqlı idi. Çünki Azərbaycan və Osmanlı əsgərlərinin Qafqaz İslam Ordusunda Bakı şəhərini daşnak-bolşevik işğalından azad etməsi qardaşlığımızın, birliyimizin praktiki nəticəsi idi. Təbii ki, məhz bu hadisə sonrakı dönəmlərdə Azərbaycanla Türkiyə arasındakı əlaqələrə, birliyə çox mühüm təsir göstərdi”.

Bakının işğaldan azad edilməsində Nuru Paşanın misilsiz rolu olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, onunla yanaşı, Həbib bəy Səlimov, Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və başqa Azərbaycan, Türkiyə komandanlarının mühüm rolu olub. “Əlbəttə, fikrimcə, bu tarixi hadisə sonradan Mustafa Kamal Atatürklə Nəriman Nərimanovun münasibətlərində də çox mühüm yer tutub, onlar da bu birliyi davam etdiriblər. Eyni zamanda, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra görürük ki, Azərbaycanla Türkiyə tərəfindən bu birlik davam etdirilib, bu gün də etdirilir. Xüsusilə də Azərbaycan Cümhuriyyətinin 100 illiyi tədbirləri çərçivəsində Bakının daşnak-bolşevik birləşməsinin işğalından azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paradda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin bir yerdə iştirak etməsi, bu ildönümü birgə qeyd etməsi təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın belə mühüm tarixi gündə bir yerdə olması bizim birliyimizin daha da sarsılmaz olduğunun göstəricisidir və bu amil bizim birliyimizi daha da gücləndirir. 15 sentyabr Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyətə malikdir. Bu, bir növ, bizim yeni dövrdə qoyulmuş təməl daşımızı daha da gücləndirir. Yəni istər hər iki dövlət başçısının Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” şüarı altında birliyimizi daha da gücləndirməsinə verdiyi töhfələr, istər ordularımızın bir yerdə parad keçirməsi (necə ki, 1918-ci ildə Azərbaycan və Osmanlı əsgərləri bir yerdə Bakını işğaldan azad edib), istərsə də hərbi sahədə birliyimizin daha da gücləndirilməsi çox mühüm amillərdir. Xüsusilə də bilirik ki, Qafqaz İslam Ordusunu 11 min Azərbaycan və Türkiyə əsgəri bir yerdə formalaşdırıb. Son zamanlar da Qafqaz İslam Ordusunun rəmzi olaraq 11 min Türkiyə əsgərinin Azərbaycana gəlməsi, bizim əsgərlərlə birgə hərbi təlim keçməsi çox önəmlidir. Bu, birliyimizin daha da gücləndirilməsi və yeni mərhələyə qədəm qoyması üçün çox mühümdür. 15 sentyabrın Türkiyə və Azərbaycan xalqları arasında bir bayram şəklində qeyd edilməsini mühüm hesab edirəm. Bakının işğaldan azad olunması bizim üçün həm də simvolik, rəmzi bir birlik bayramı günü olaraq Türkiyə-Azərbaycan münasibətlərini daha da irəliyə aparar”.

Ekspert hesab edir ki, bu tarixi gün Türkiyə-Azərbaycan qardaşlığının simvolu olmaqla yanaşı, həm də digər türk dövlətlərinin də birliyini ehtiva etməlidir. “Bu istiqamətdə düzgün addımlar atılır. Azərbaycan və Türkiyə ordusunun birgə təlim keçirməsi, iqtisadi-sosial anlamda bir çox layihəyə imza atılması bu qardaşlıq əlaqələrini daha da irəliyə aparır. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanın, eləcə də Rusiya Federasiyasında və başqa ölkələrdə mövcud olan muxtar türk respublikalarının bu prosesə cəlb edilməsi zəruridir. Çünki onlar da gələcəkdə bu birliyin daha da güclənməsinə yardım edə bilərlər” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ