çərşənbə günü, 21 oktyabr 2026
     

Tiflis erməni təhdidinə qarşı Bakı və Ankaranın yanında yer ala bilər...

Image


Cənubi Qafqazda təhdid mənbəyi olan Ermənistan bu gün regionda təkcə Azərbaycana yox, Gürcüstana qarşı da düşmən münasibət sərgiləyir. Elə bu səbəbdən bir neçə gün öncə BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilərkən İrəvan yenidən xəyanət mövqeyi sərgilədi. Belə ki, Ermənistan Gürcüstan ərazisindən olan qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyan qətnamə ilə bağlı səsverməyə qatılmadı.

Bununla, sirr deyil ki, Rusiya amilinə görə Ermənistan dost və müttəfiq adlandırdığı Gürcüstanın əleyhinə daha bir addım atmış oldu. Halbuki, bu halda Azərbaycan Gürcüstaının yanında yer aldığını növbəti dəfə yüksək səviyyədə nümayiş etdirdi. Sənədi Azərbaycan, eləcə də qardaş Türkiyə daxil olmaqla 84 ölkə dəstəklədi. Beləliklə, Azərbaycan da daxil olmaqla sənədi imzalayan ölkələr Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər. Amma Ermənistan Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxıb. Bununla da xəyanətini göstərmiş olub. Elə gürcü ekspert Quram Marxuliya da qeyd edir ki, əsrlər boyunca Ermənistan həmişə gürcü dövlətinə xəyanət edib və təəssüf ki, bu gün də bu açıq şəkildə görünür. Onun sözlərinə görə, qonşu Ermənistan gürcü qaçqınların öz doğma yurdlarına qayıtmasını istəmir: “Gürcülər dövlətin ərazi bütövlüyü bərpa olunmadan işğal olunmuş ərazilərə qayıtmaq niyyətində deyil. Gürcüstan hökuməti BMT ilə birgə bu istiqamətdə diplomatik mübarizə aparır”. O bildirib ki, Ermənistanın hərəkətləri Gürcüstan dövlətinin bütövlüyünü tanımadığını göstərir: “Bu, xəyanət deyilsə, Ermənistanın hərəkətlərini başqa nə ilə izah etmək olar?”. Marxuliyanın sözlərinə görə, Gürcüstanın uğurlu diplomatiyası sayəsində Ermənistan bu il səsvermədən boyun qaçırdı. Amma gələcəkdə Ermənistan öz mövqeyini dəyişməyəcək, çünki Gürcüstanın və Ermənistanın xarici siyasi meylləri fərqlənir. Digər ekspert Giya Kuçava qeyd edir ki, Ermənistan mövqeyini dəyişməyəcək və qaçqınların geri qaytarılması, həmçinin ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində Gürcüstana beynəlxalq platformalarda arxa durmayacaq. O qeyd edir ki, Gürcüstan üçün məcburi köçkünlərin statusu məsələsini mütəmadi olaraq müzakirə edib gündəmə gətirmək çox vacibdir: “Biz abxaz və osetin xalqlarının “soyqırımı” ilə bağlı şimal qonşumuzun mediada yaydığı yalanları, saxta məlumatları ilə mübarizə aparmalıyıq. Gürcüstan həm BMT, həm də Avropa İttifaqında gürcü qaçqınlarla bağlı məsələni qaldırır. Dünya həqiqəti biləcək! Gürcüstanda təkcə Abxaziyadan 300 mindən çox məcburi köçkün var”. Ekspert xatırladır ki, Azərbaycan hər zaman Gürcüstanın qətnamələrini dəstəkləyir, çünki özünün də eyni problemi, yəni bir milyon qaçqın və məcburi köçkünü var: “Yəni ortaq bir problemimiz var. Ancaq nüanslar da var. Qondarma “DQR”i hətta Ermənistanın özü də tanımayıb. Abxaziya və Cənubi Osetiyanı isə Rusiya tanıyır”. O bildirir ki, Tiflisin hazırladığı sənədə Azərbaycan və Türkiyə səs verdi: “Amma Ermənistan Gürcüstanı dəstəkləməyəcək, bu aydındır. Əks təqdirdə, Azərbaycan İrəvandan məcburi köçkünlərinin hüquqlarına riayət etmələrini tələb, onların Qarabağdakı doğma ocaqlarına qayıtmalarına israr edə bilər. Tiflis İrəvanın bu mövqeyini rəsmən bəyan etməsə də, mənfi qiymətləndirir.

Hökumət dairələrində baş verənlər mənfi qarşılanır, amma bunu çox göstərməməyə çalışırlar. Bununla belə, Ermənistana qarşı tənqidlər, hətta hökumətyönlü mediada, “Imedi” və İctimai TV kimi populyar telekanallarda aparılır. Gürcüstan və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bunun əsası 1993-1994-cü illərdə, Azərbaycan və Gürcüstanın liderləri Heydər Əliyev və Eduard Şevardnadze olduğu zaman qoyulub”. Yaranmış vəziyyətdə ekspertlər hesab edir ki, Tiflis artıq İrəvana qarşı sərt mövqe sərgiləməli, bu məsələ ətrafında Azərbaycan və Türkiyənin yanında yer almalıdır. Məhz bu halda regionda erməni təhdidinin neytrallaşdırılması daha uğurla həyata keçirilə bilər. İndiki halda da Ermənistanın atdığı bu cür addımlar Gürcüstan-Ermənistan münasibətlərinə mənfi yöndə təsir etməlidir. Gürcüstanın indiki rəhbərləri, hakimiyyət nümayəndələri qonşuları tərəfindən sərgilənən bu cür mövqe və yanaşmanı görməlidir. Tiflis bundan sonra Ermənistana sərgilənəcək siyasətlərini, onlara olan münasibətlərini ciddi şəkildə götür-qoy etməlidir. Çünki Ermənistan tərəfindən Gürcüstana qarşı, belə demək olarsa, soyuq münasibət, arzuolunmaz mövqe və siyasət artıq davamlı hal alıb. Digər tərəfdən faktdır ki, rəsmi Tiflis strateji tərəfdaşlıqla bağlı Azərbaycan və Türkiyə ilə münasibətlər qura bilib. Məhz bu halda Tiflis də Bakı və Ankara ilə birlikdə erməni təhdidinə qarşı mübarizədə əsas rollardan birini ifa etməlidir. Bu ona gələcəkdə erməni təhdidini önləmək üçün çox vacibdir.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ