Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bu barədə baki-xeber.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Martın 14-də 13:30-dan 14:00-dək Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.