çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycan Ermənistanın KTMT ümidlərinin üzərindən yeni xətt çəkdi – atəşkəs pozuntusunu təmas xəttindən dövlət sərhədinə keçirməyin əsas məqsədi…

Image


Son dövrlərdə Azərbaycan - Ermənistan sərhədlərinin müxtəlif istiqamətlərində düşmən tərəfindən atəşkəsin intensiv şəkildə pozulması, müxtəlif təxribat cəhdləri özünü qabarıq surətdə büruzə verir.  Belə görünür ki, düşmən əsas etibarı ilə dövlət sərhədində təxribatların həyata keçməsində daha maraqlıdır. Ekspertlər bütün bunların təsadüfi xarakter daşımadığını bildirir.

Təhlillər bu qənaətə gəlməyə əsas verir ki, düşmən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək kimi məkrli niyyətindən əl çəkmədiyi üçün sərhəd təxribatlarına daha çox meyllənir. Amma Ermənistanın özündə də etiraf olunur ki, KTMT-də Azərbaycanın nüfuz və təsir imkanları daha çox olduğundan, Ermənistanın cəhdləri birmənalı şəkildə iflasa məhkumdur. Qeyd edək ki, Ermənistan ordusu son günlər Azərbaycanla dövlət sərhədinin Qazax rayonu istiqamətində bir-birinin ardınca diversiya-təxribat həmlələri edir. Bundan başqa, düşmən son dövrlərdə Naxçıvan istiqamətində də fəallaşır. Belə ki, son vaxtlarda Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozur. Özü də bütün bunlar fonunda baş verənlərə görə İrəvan Azərbaycanı Ermənistanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə törətməkdə ittiham etməyə çalışır. Amma rəsmi Bakı düşmənin bu cəhdlərinin əbəs olduğunu bəyan edir. Xarici İşlər Nazirliyi bildirir ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-kvo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir: “Azərbaycanın ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu ölkəmizin təhlükəsizliyinə əsas hədə mənbəyidir. Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh şəraitində, qanunun aliliyi prinsipinə uyğun yaşaması, birgə təhlükəsizliyin təminatı bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir. Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərinin tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəsin şübhəsi olmasın”.

Baş verənlər KTMT üzvləri, o cümlədən burada həlledici mövqe sahibi kimi çıxış edən Rusiya tərəfindən də diqqətlə izlənilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamaları da təsdiq edir. Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulması hallarına münasibət bildirən Mariya Zaxarova sərhəddə və qoşunların təmas xəttində baş verən insidentlərə görə təəssüfləndiklərini deyib: “Təəssüflər olsun ki, sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir. Nəticədə ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, münaqişənin siyasi yolla həllinə istiqamətlənən danışıqlar prosesini aktivləşdirməyə çağırırıq. Sizi əmin edə bilərik ki, biz bu mövzunu izləməyə davam edəcəyik”. Bunlar fonunda Ermənistanda açıq etiraf edilir ki, İrəvanın KTMT-yə ümid etməsi əbəsdir. Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan bu xüsusda bildirir: “KTMT-nin Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı sakitliyi normal və ənənəvidir”. O qeyd edib ki, bu halda KTMT Ermənistanın təhlükəsizliyini təmin etməyin müqaviləli öhdəliklərinə sahibdir: “Bu, KTMT-nin əslində bacarıqsız, həyati qabiliyyəti olmayan, irrasional bir ittifaq olması həqiqəti barədə sübut verir, KTMT-nin fəaliyyətsizliyini göstərir. Azərbaycan, həmçinin, KTMT-nin qarşı çıxmaması ilə dolayı şəkildə göstərir ki, bu hərbi-siyasi ittifaqda, əslində, ittifaqın nominal üzvü olan Ermənistandan daha çox müttəfiqlərə malikdir. Bu cür hadisələr və KTMT-nin sakitliyi Ermənistanın ictimai-siyasi gündəmində müzakirə mövzusu olmalıdır. Həyat göstərir ki, bu struktur Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində hər hansı praktik əhəmiyyət və rola malik deyil. Hakimiyyət bu məsələdə təkdir, çünki təəssüf ki, bizim siyasi qüvvələrimiz üçün dövlət marağı yox, Rusiyanın müvafiq dairələrinə xoş gəlmək və ya onların qəzəbinə səbəb olmamaq motivi daha vacibdir”. Erməni politoloq Ruben Mehrabyan da bildirir ki, Ermənistan KTMT-yə heç bir ümid bağlamamalıdır:“Ümidlərimizi bu təşkilata bağlamamalıyıq. KTMT-də digər ölkələr, o cümlədən Rusiya üçün Azərbaycan daha vacibdir”.

Ermənistanda fəaliyyət göstərən “EADaily” nəşri də eyni mövqedən çıxış edir. Nəşr vurğulayır ki, münaqişənin həllində nəticənin əldə olunmaması Azərbaycan tərəfinin xeyrinə işləyir: “Mövcud situasiya Ermənistanda fərqli şəkildə başa düşülür. Ermənistan paytaxtında öz Silahlı Qüvvələrini ən müasir silahlarla gücləndirən Azərbaycanın ildırımsürətli hərbi əməliyyatlarla gözlənilmədən Dağlıq Qarabağı ala biləcəyi ilə bağlı fikir var. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri bir anda Qarabağ cəbhəsinin bir neçə istiqamətinə sürpriz hücum etmək qabiliyyətinin olduğunu göstərdi. Qarabağ danışıqlarının dalana dirəndiyi indiki vaxtda da belə sürprizlər ola bilər. Rusiya və digər tərəfdaşlar isə KTMT daxilində hərbi müttəfiqi olan Ermənistana dəstəyi artırmır. Halbuki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Qarabağda əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə ilə birlikdə hazırladığı ortaq planı işə salacaq. Rusiya isə bölgədə Ermənistanın yeganə hərbi müttəfiqi olsa da, Azərbaycanla da münasibətləri korlamaq niyyətinə deyil. Müharibə vəziyyətində Rusiyanın seçim etməməsi Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Danışıqlar nəticə verməyəcəyi halda Bakı hərbi əməliyyat qərarı versə, bu, yaxın aylarda başlaya bilər. Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağda irəliləmə qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bu planın icrasına qarşıdan gələn isti aylar uyğun gəlir. Ermənistan bu vəziyyətdə təkdir, Rusiya və KTMT-nin digər üzvlərindən dəstək almır. Çünki onlar Azərbaycanla münasibətlərə qətiyyən xələl gətirmək istəmir. Əksinə, Rusiya hələ də KTMT-nin sıralarında Azərbaycanı görmək istəyir. Belarusun Ermənistandakı səfiri İqor Nazaruk da açıq bildirir ki, Minsk Azərbaycanın KTMT-yə üzvlüyünə qarşı deyil. Mövcud vəziyyət İrəvan üçün ciddi risqlər daşıyır”.

Onu da qeyd edək ki, Ermənistanın KTMT-dən hələ də gözləntiləri əsasən təhlükəsizliyin hərbi komponenti ilə əlaqədardır. Bu, silah, birgə qoşunlar, müdafiə sistemləri və digər daha əlverişli şərtlərin əldə edilməsidir. Eyni zamanda bu gözləntilər nəinki keçmiş və indiki hakimiyyət tərəfindən, həm də erməni ictimaiyyəti tərəfindən hərbiləşdirilmiş gözləntilərdir. Ən başlıcası, ermənilərin əksəriyyətinin gözlədiyi odur ki, Ermənistan-Azərbaycan sərhədindəki hər atışmadan sonra KTMT Azərbaycana müharibə elan etsin. Bu baş vermədikdə isə erməni cəmiyyəti Ermənistanın KTMT-yə üzvlüyünün məqsədəuyğunluğunu şübhə altına almağa başlayır. Paşinyan hökumətinin KTMT potensialının hərbi komponentinə çox diqqət yetirməsi öz növbəsində dövlət səviyyəsində qurumun digər imkanlarının qavranılmasını məhdudlaşdırır və nəticədə Ermənistanın KTMT-dəki rolunu zəiflədir. Məhz bu fonda KTMT Ermənistanı arxa plana atır. Ermənistanın belə vəziyyətdə KTMT-yə üzv digər dövlətlərlə də münasibətlərində ciddi çətinliklər yaranır. Yəni söhbət təkcə Rusiyadan getmir. Digər üzvlərlə münasibətlərdə yaşananlar da təşkilatda Ermənistanın mövqelərini daha zəif hala salır. Belə durum isə artıq rəsmi İrəvanın həlli üçün vaxt və böyük səy tələb edilən bir probleminə çevrilib. Ermənistanın əsas ümidi KTMT potensialının Azərbaycan və Türkiyə ilə münasibətlərdə istifadə edilə biləcəyi olsa da, vəziyyət tam fərqlidir.
Ermənistan üçün vəziyyət həm də ona görə mürəkkəbdir ki, KTMT-yə üzv dövlətlərin Azərbaycanla yaxşı müansibətləri var və öz siyasi, iqtisadi maraqlarını Ermənistanın təhlükəsizlik problemlərinə qurban vermək istəmirlər. Bura, yuxarıda qeyd olunduğu kimi, Rusiya da daxildir. Erməni ekspert Qarik Keryan bunu belə izah edir: “Azərbaycanın nəinki Avrasiya İqtisadi Birliyi, həmçinin KTMT-yə üzv olması Rusiyanın xarici siyasət sahəsində ən böyük arzularından biridir. Ruslar çoxdan Azərbaycanın Avrasiya İqtisadi Birliyi və KTMT tərkibində olmasını arzulayır. Bu halda Azərbaycan Qarabağ məsələsində yaranmış vəziyyətdən öz lehinə istifadə etməyə çalışır.  Çünki Azərbaycanda uzaqgörən insanlar oturub, onlar KTMT məsələsində maraqlı siyasət sərgiləyir və bunun bədəli Qarabağ olacaq”.

Bütün bunlar bir daha Azərbaycanın Ermənistanın KTMT ümidlərinin üzərindən yeni bir xətt çəkdiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ