Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər “Aşıq Qərib”i və hətta “Koroğlu”nu mənimsəmək üçün hərəkətə keçdilər...

Image


Azərbaycan eposları sırasında xüsusi yeri və çəkisi olan bir neçə dastan var ki, həmin dastanlara başqa xalqlar da şərik çıxmaqdadırlar. Halbuki, o dastanların qeyri-türklərlə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur.

Qəhrəmanlıq dastanlarımızdan biri olan “Koroğlu”ya qarşı ermənilərin irəli sürdükləri əsassız iddialar, onların “Aşıq Qərib”i mənimsəmək istəkləri artıq başqa bir şəkil almaqdadır. “Koroğlu”ya yüz ildən artıqdır “sahib durmağa” çalışan ermənilər bütün güclərini birləşdirərək bu dastanın “erməni eposu” olmasını “təsdiqləmək” uğrunda mübarizəyə girişiblər. Məlum məsələdir ki, onlar nə qədər çalışsalar da, buna nail ola bilmirlər. “Aşıq Qərib” dastanı ilə də bağlı ermənilərin gördüyü işlər tez-tez erməni mediasında yer alır.

Bu gün ermənilərin əsas məqsədi “Koroğlu” və “Aşıq Qərib” dastanlarını “erməni eposu” kimi UNESCO-nun qorunan Qeyri-maddi mədəni irs siyahısına daxil etməkdir. Artıq bir neçə il əvvəldən başlayaraq onlar aşıq sənətini (“qusan sənəti”), “Aşıq Qərib” və “Koroğlu”dastanlarını UNESCO-ya daxil etmək üçün işlər görürlər. Hətta “Aşıq Qərib” dastanının UNESCO-ya salınması ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğu haqqında erməni mediası yazır. Yeri gəlmişkən, bir neçə il əvvəl “Aşıq Qərib”in “erməni dastanı” kimi UNESCO-ya daxil edilməsinin qarşısının alınması üçün AMEA-nın müxbir üzvü, mərhum görkəmli folklorşünas-alim, BDU-nun folklor kafedrasının müdiri Azad Nəbiyevin rəhbərliyi ilə koordinasiya şurası da yaradılmışdı. Lakin təəssüf ki, bu gün həmin şura fəaliyyət göstərmir.

Məsələ burasındadır ki, ermənilər hər iki dastanımızı öz adlarına UNESCO-ya daxil etməkdə israrlıdırlar.

  • “Ermənilərin dastanlarımıza qarşı irəli sürdükləri əsassız iddiaları əsaslı sübutlarımızla beynəlxalq qurumlar qarşısında məhv etməliyik”

AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova bizimlə söhbətində bildirdi ki, ermənilərin “Aşıq Qərib” və  “Koroğlu”nu “erməni eposu” kimi UNESCO-ya təqdim etməsi özü böyük saxtakarlıqdır. O hesab edir ki, ermənilərin bu cəhdlərinin qarşısı UNESCO-nun ekspertləri tərəfindən alınmalıdır. “Ermənilər il ərzində UNESCO-ya bir neçə fayl təqdim edirlər. Təəssüf ki, bu fayllar əsasən ermənilərin Azərbaycan mədəniyyətindən oğurladıqları sərvətlərlə bağlı fayllardır. Onların xeyli hissəsi geri qaytarılsa da, bəzən bəziləri qeydiyyata alınır. Ermənilər “Koroğlu” və “Aşıq Qərib”i mənimsəmək işinə hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayıblar. Bəzi erməni “aşıqları” öz repertuarına bu dastanları salıblar. Onlara, əlbəttə, aşıq demək olmaz. Bu adamlar Azərbaycan aşıqlarından bir-iki hava öyrənib çalırdılar. Əslində, onların “Koroğlu”nu, “Aşıq Qərib”i öyrənməsinin arxasında Qafqazda “qədim xalq olduqlarını”, “qədim mədəniyyətə sahib olduqlarını” həm tarixi, həm də siyasi cəhətdən “sübut” etmək dururdu. Amma nə qədər çalışsalar da, buna nail ola bilmədilər. Bu proses elə-belə, kor-koranə getmirdi, onu erməni şovinistləri, kilsəsi, rəhbərləri idarə edirdilər.

Müasir Azərbaycan koroğluşünaslığının görkəmli si­ma­la­rından olan professor İsrafil Abbaslı “Koroğlu” dastanına qarşı ermənilərin həyata keçirdikləri saxtakarlıqları tədqiq edib. Onun “Koroğlu”nun öyrənilməsinə aid ilk araşdırmaları 1970-1980-ci illərdən başlayır. Bu tədqiqat­ların böyük qismi er­mə­ni əlif­basında yazıya alınmış və Ermənistanın arxivlərində və ədə­biyyat muzeylərində saxlanan «Koroğlu» variantlarının öy­rə­nilməsinə həsr olunub. Onun tədqiqatlarından da məlum olur ki, erməni alimləri “Koroğlu”nu dərindən öyrənməyə ciddi səylər göstəriblər. İ.Abbaslı araşdırmalarında təkcə mətnlərin təhlili ilə ki­fa­yət­­lənməyib, həmin mətnlərlə bağlı araşdırma aparmış er­mə­ni alim­lərinin tədqiqatlarında çoxsaylı saxtakarlıq faktının da üstünü açıb. İ.Abbaslı «Koroğlu» eposunun «er­mə­ni­ləş­di­ril­məsi» cəhdinin fakt və arqumentlərə əsaslandır­maqla ay­dın ta­rixini müəyyənləşdirib, bu «işdə» kimin nə vaxt və nə kimi «əmə­yi» olduğunu erməni mənbələrinin öz material­la­rı əsa­sın­da sübuta yetirib. Tədqiqatçı «Koroğlu» rəva­yət­lərinin er­mə­nilər arasında yayılmasının səbəbini, obyektiv ola­raq, Azər­bay­can mədəniyyət dairəsinin təsiri altında, kon­kret olaraq aşıq­lar tərəfindən gerçəkləşdiyi qənaətinə gəlib. Hətta sizə məlumdur ki, “Koroğlu”nu o dövrdə mənimsəməyə nail ola bilməyən ermənilər onun motivləri, süjeti əsasında «Sasunlu David» dastanını yaradıblar. Ermənilər «Koroğlu», “Aşıq Qərib” dastanlarını mənimsəməyə cəhd göstərirlər, onların mətnini dəyişməyə nail ola bilsələr də, şeirləri Azərbaycan dilində qeyd edir, oxuyurlar”.

Folklorşünas qeyd edir ki, onların “Koroğlu” və “Aşıq Qərib”i mənimsəmək cəhdlərinin qarşısı Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən alınmalıdır. Əqli Mülkiyyət Agentliyinin indiyə qədər erməni saxtakarlığının ifşa edilməsində kifayət qədər iş gördüyünü qeyd edən İ.Qəsəbova hesab edir ki, alimlər özləri də bu sahədə mübarizələrini davam etdirməlidirlər. “Azərbaycan xalq yaradıcılığının, aşıq ədəbiyyatının incilərindən olan “Aşıq Qərib” və “Koroğlu” dastanları heç bir vaxt “erməni eposları” kimi hansısa beynəlxalq sənədlərə salına, təsisatlara qəbul oluna bilməz, çünki o dastanlar Azərbaycan xalqının şifahi abidələridir. Ermənilərin dastanlarımıza qarşı irəli sürdükləri əsassız iddiaları əsaslı sübutlarımızla beynəlxalq qurumlar qarşısında məhv etməliyik. Çünki oğurlayan onlar, sərvəti oğurlanan isə bizik. Bunu dünya bilir, elə həmin humanitar beynəlxalq qurumlar da bütün məsələlərdən xəbərdardırlar, lakin dünyada olan güclü erməni lobbisi bir sıra hallarda beynəlxalq qurumlara nüfuz edə bilir. Bu sirr deyil. Amma, bununla belə, Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliği sahəsində gördüyü saysız iş, apardığı təbliğat ermənilərin bizə qarşı uzun illərdən bəri həyata keçirdikləri saxtakarlıqların, şər kampaniyasının təməlini sarsıdıb” - deyə İ.Qəsəbova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ