Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şou-biznes adamları yenidən televiziyaların bədii şuralarında peyda olmağa başlayıb…

Image


Yerli telekanallarda baş verənlər, bəzi aparıcıların, qonaqların, əsasən də şou-biznes nümayəndələrinin qeyri-etik davranışları televiziyaları hərəkətə keçməyə vadar edib.

Bir müddət əvvəl AzTV-də görkəmli elm-mədəniyyət, musiqi xadimlərinin təmsil olunduğu bədii şura yaradıldı. Bu telekanalda yaradılan bədii şuranın tərkibi mübahisə doğurmur, çünki burada kifayət qədər peşəkar insan yer alıb.

AzTV-dən sonra bəzi özəl kanallarda da bədii şura yaradılıb. Lakin bu bədii şuraların tərkibində əsasən şou-biznes nümayəndələri təmsil olunurlar. Bu şou-biznesçilərin çoxu isə efirlərdə qalmaqal törədənlər sırasında dayanırlar. Əslində, bədii şuralar ona görə yaradılıb ki, şou-biznes sahəsinə aid olan ifaçılara nəzarət etsinlər. Bildiyimiz kimi, efirdə ən çox problem yaradan, qeyri-etik davranışlar sərgiləyən elə şou-biznesçilərdir. Demək olar ki, qalmaqalların əsas hissəsi də onların aparıcısı və iştirakçısı olduğu proqramlarda yaşanır.

Özəl telekanallarda yaradılan bədii şuralarda şou-biznes sahəsində tanınan şəxslərin çoxluq təşkil etməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Ekspertlər qeyd edirlər ki, biz efirləri şou müğənnilərindən təmizləmək istiqamətində mübarizə apardığımız bir vaxtda yaradılan bədii şuraların əsas tərkibini şou aləminə aid olanların təşkil etməsi mənfi haldır.

  • Əkbər Qoşalı: “Bəzi özəl telekanallarda yaradılan bədii şuraların tərkibinin yalnız sənətçilərdən, şou-biznesçilərdən, telekanalların öz mütəxəssislərindən ibarət olması yaxşı hal deyil”

Bakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist, ziyalı Əkbər Qoşalı “Bakı-Xəbər”ə bildirdi ki, televiziyalarda bədii şuraların yaradılması çox müsbət hadisədir. “Nə yaxşı ki, televiziyalarda bədii şuranın yaradılması ilə bağlı telekanal rəhbərləri qərar qəbul ediblər. Düzdür, mən hamını ittiham etmək düşüncəsindən uzağam. Ancaq, bununla belə, bədii şuralar formal xarakter daşımamalı, “yaratmaq” xatirinə yaradılmamalıdır.  

Qeyd etməliyəm ki, bəzi özəl telekanallarda yaradılan bədii şuraların tərkibinin yalnız sənətçilərdən, şou-biznesçilərdən, telekanalların öz mütəxəssislərindən ibarət olması yaxşı hal deyil, bu belə olmamalıdır. Onlarla bərabər ictimai fikrin qidalanmasında rolu olan, kulturoloji düşüncənin cəmiyyətdə yayılmasında iştirak edən nüfuzlu alimlərin, yazıçıların, bu sahəni yaxından bilən millət vəkillərinin, QHT-lərin, çap mediası mənsublarının da bədii şura üzvlüyündə təmsil olunması çox faydalı olar. Çünki televiziyalarda bədii şuraların yaradılması zərurəti şou-biznes aləmində baş verənlərdən qaynaqlanır. Etiraf edək ki, bir çox şou-biznesçinin efirlərdəki davranışları, onların ifa tərzləri qənaətbəxş deyil. Problemi yaradan insanların yaratdıqları problemləri özlərinin həll edəcəyi real deyil. Bu o demək deyil ki, bizim şou-biznes aləmində televiziya işini, ictimai fikrin maraqlarını, yeni dövrün çağırışlarını bilənlər yoxdur, şübhəsiz ki, var. Bədii şuraların üzvlüyündə hansı sənətin təmsilçisi olmasından asılı olmayaraq, kimin seçilməsi vacibdir. Seçim məsələsi çox dərin düşüncənin məhsulu olmalıdır. Hesab edirəm ki, özəl telekanallarda bədii şuralar yaradılmamışdan əvvəl ictimai rəy öyrənilməli və sonradan həmin şəxslər şura üzvlüyünə qəbul edilməli idi. Bundan başqa, onların tərcümeyi-halı da dərindən araşdırılıb öyrənilməli idi” - deyə bildirən Ə.Qoşalının bildirdiyinə görə, bədii şuralarda şou-biznesçilərdən çox vətəndaş cəmiyyəti təmsilçilərinin, eləcə də tərxis olunmuş zabitlərin də təmsil olunması yaxşı olardı.

Ə.Qoşalı hesab edir ki, müğənnilər şairlərin sözünü oxuduğu üçün, bədii şuralarda şairlərin də təmsil olunmasına şərait yaradılmalı idi. “Bu gün özlərini təsdiq edən, yaradıcılığı ədəbiyyatşünaslıq mövzusuna çevrilən, yaradıcılığı xaricdə də tanınan, kitabları ilə bədii zövqün zənginləşməsinə xidmət edən şairlərin də bədii şuralarda təmsil olunması ümumi işimizin xeyrinə olardı” - deyə Ə.Qoşalı qeyd etdi.

  • Qiymət Məhərrəmli: “... bu tərkib televiziyalardakı neqativ hallarla mübarizə apara bilməyəcək”

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli də hesab edir ki, şou-biznesçilərin qeyri-etik hərəkətlərinin efirlərdən yığışdırılması, onların ifasına nəzarət edilməsi üçün yaradılan bədii şuralarda əsasən şou-biznesçilərin yer alması müsbət hal deyil. “Əvvəllər bütün yaradıcılıq sahəsində bədii şuralar fəaliyyət göstərirdi və bu bədii şuralarda ölkəmizin çox mötəbər sənətkarları, şairləri, musiqiçiləri təmsil olunurdular. Bu gün isə özəl telekanallarda yaradılan bədii şuralarda əsasən şou-biznes təmsilçiləri yer alır. Şou-biznesçilərə bu qədər meydan vermək düzgün deyil. Azərbaycanın çox görkəmli musiqi, ədəbiyyat, elm xadimləri var, musiqişünaslarımız çoxdur. Televiziyalar onları dəvət etməlidirlər. Özəl kanalların bədii şuralarının əsas tərkibi şou-biznesçilərdən ibarətdirsə, onda onlar efirlərdə qeyri-etik davranan, əxlaqdan kənar nümunələr sərgiləyənlərlə necə mübarizə apara biləcəklər? Bunlar hamısı bir-birinə bağlı adamlardır. Şou-biznesçilərin özəl telekanalların bədii şuralarında böyük heyətlə təmsil olunması onu düşünməyə əsas verir ki, bu tərkib televiziyalardakı neqativ hallarla mübarizə apara bilməyəcək. Bu adamların çoxu şəxsi həyatı, eləcə də şou-biznesdə yaratdıqları qalmaqallarla gündəmdə olan adamlardır. Bu gün o bədii şuralarda tanınmış söz adamları, alimlər də təmsil olunmalıdırlar ki, xalqın gerçək istəklərini televiziya rəhbərlərinə çatdıra bilsinlər” -deyə Q.Məhərrəmli vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ