Cümə axşamı günü, 08 oktyabr 2026
     

Tağıyevin heykəli müsabiqəsi ilk gündən böyük ajiotajla başladı...

Image


Uzun illərdir Azərbaycan tarixində öz xeyirxah əməlləri ilə dərin izlər qoyan mesenat, millət atası Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl ucaldılması məsələsi gündəmdədir. Məlum olduğu kimi, dəfələrlə bu məsələ ictimaiyyət və ziyalılar tərəfindən müzakirə edilib. Onu da vurğulayaq ki, bu ilin mart ayında Prezident İlham Əliyevin bir qrup mədəniyyət xadimi ilə görüşündə də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı məsələnin aktual olduğu səsləndirilib. Prezident İlham Əliyev bu təklifə anındaca reaksiya verib və bu vacib məsələ ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olub.

Bir müddət əvvəl Hacı Zeynalabdin Tağıyevə Bakıda qoyulacaq heykəlin, abidənin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan ediləcəyi qeyd edilirdi.  

Artıq Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Fonddan mətbuata verilən məlumata görə, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Şərtlərinə görə, müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

Qeyd edək ki, seçimləri həyata keçirəcək münsiflər heyətinin üzvlərinin də adları açıqlanacaq. Belə ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbəy Qasımzadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi Emin Məmmədov, Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, Xalq rəssamı, heykəltəraş, professor Akif Əsgərov, AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas Qalib Qasımov müsabiqənin münsiflər heyətində təmsil olunurlar.

Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsi ölkə heykəltəraşlarının diqqət mərkəzindədir.

Heykəltəraşlar Hacı Zeynalabdin Tağıyevin obrazını necə görürlər? Ümumiyyətlə, bu müsabiqədə hansı heykəltəraşlar iştirak edəcəklər?

  • Xanlar Əhmədov: “... yaradıcılıq sirri olduğu üçün sizə bu barədə heç bir söz deyə bilmərəm”

Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölümünün rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun ən böyük yaradıcılıq arzularından biri Hacı Zeynalabdin Tağıyevə Bakıda ucaldılacaq heykəlin müəllifi olmaqdır. X.Əhmədovun sözlərinə görə, bu gün bir çox heykəltəraş da bu arzudadır. Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən müsabiqədə iştirak edəcəyini deyən X.Əhmədov hesab edir ki, o, yaradıcılıq potensialından istifadə edərək böyük xeyriyyəçinin obrazını yaratmağa çalışacaq. “Bu müsabiqənin açıq şəkildə elan edilməsi bu məsələdə şəffaflığın təmin olunmasına şərait yaradacaq. Hesab edirəm ki, mən də daxil olmaqla, bir sıra heykəltəraşlar Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqəyə qatılacaqlar. Mən Hacı Zeynalabdin Tağıyevin heykəlinin hansı formada olmasını artıq özüm üçün müəyyən etmişəm, lakin bu, yaradıcılıq sirri olduğu üçün, sizə bu barədə heç bir söz deyə bilmərəm. Ümumiyyətlə, heykəltəraşların hamısı bu heykəli bir-birindən xəbərsiz işləyəcəklər”.

Bir sıra tanınmış heykəltəraşların müsabiqədə iştirakının rəqabət yaradacağını istisna etməyən X.Əhmədovun sözlərinə görə, bu, sağlam rəqabət olmalıdır. “Bilirəm ki, bu məsələdə güclü rəqabət olacaq. Mən hazırda bu heykəli işləməyə hazırlaşıram. Ümid edirəm ki, onun şəxsiyyətinə layiq heykəl yarada biləcəyəm. O, yaxın tarixdə yaşamış şəxsiyyətdir və onun obrazını elə vermək lazımdır ki, siması tam əks olunsun”.

X.Əhmədov onu da bildirdi ki, müsabiqə hələ yeni elan edilib və yaxın zamanlarda müsabiqə ilə bağlı yaradıcılıq məsələləri Rəssamlar İttifaqında müzakirə edilə bilər.

  • Fəxrəddin Əliyev: “Mənim bu müsabiqədə iştirak etmək və belə böyük bir şəxsiyyətin heykəlini işləmək fikrim var”

Heykəltəraş Fəxrəddin Əliyev də “Bakı-Xəbər”ə bildirdi ki, müsabiqədə iştirak edəcək. “Mənim bu müsabiqədə iştirak etmək və belə böyük bir şəxsiyyətin heykəlini işləmək fikrim var. Ancaq hələlik heç nə etməmişəm. H.Z.Tağıyevin heykəli hazırlanarkən onun tikdiyi binaları da nəzərə almaq lazımdır. Onun heykəlinin qoyulması üçün bir meydança olmalıdır. Şevçenkonun, Puşkinin heykəli üçün yaradılan meydança kimi, onun da heykəlinin yaradılması üçün meydanca müəyyən edilməlidir. Belə yaxşı olardı. Bu heykəl onun bütün missiyasını, tariximizdə oynadığı rolu əks etdirməlidir”.

  • Əlisəfa Əsgərov: “Bu müsabiqədə güclü rəqabət olacaq”

Heykəltəraş Əlisəfa Əsgərov da müsabiqədə iştirak edəcək. “Mən bu müsabiqədə iştirak edəcəyəm. H.Z.Tağıyevin heykəlini hazırlayarkən gözəl eskizlər vermək mümkündür. Bu heykəl hazırlanarkən həm onun dövrünün mənzərəsini, həm də gördüyü işləri göstərmək lazımdır. Hesab edirəm ki, bütün heykəltəraşlar müsabiqədə iştirak edərək bu böyük şəxsiyyətin obrazını yaradacaqlar. Düşünürəm ki, mənim də iştirak edəcəyim bu müsabiqədə güclü rəqabət olacaq, ancaq hər kəs müsabiqəyə öz yaradıcılıq nümunəsini təqdim edəcək” - deyə Ə.Əsgərov vurğuladı.

  • Heykəltəraşlar Zakir Əhmədov və İslam Abdullayev isə müsabiqəyə qatılmayacaqlar

Heykəltəraş Zakir Əhmədov isə bizimlə söhbətində müsabiqəyə qatılmayacağını bildirdi. Bunun səbəbinə gəlincə, heykəltəraş “Qardaşım, Xalq rəssamı Xanlar Əhmədov müsabiqədə iştirak edəcək. Ona görə də mən iştirak etmirəm” - deyə bildirdi.      

Heykəltəraş İslam Abdullayev də müsabiqəyə qatılmayacaq. O, müsabiqənin şəffaf keçiriləcəyinə inanmır. “Mənim bu müsabiqədə iştirak etmək fikrim yoxdur. Artıq bəllidir ki, kimlər hazırlayacaq. Burada müsabiqəlik iş yoxdur” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ