Cümə günü, 14 avqust 2026
     

Yaradıcılıq ittifaqlarının yeni qalmaqalı – Prezident mükafatçılarının sayı barədə niyə hesabat verilmir…

Image


Yazıçılar Birliyi üzvlərinin 70-i Prezident mükafatı, 10-a yaxını isə Prezidentin fərdi təqaüdünü alır
Aşıqlar Birliyinin yalnız iki üzvü Prezidentin fərdi təqaüdçüsüdür
Rəssamlar İttifaqının 70 üzvü Prezident mükafatı alır, fərdi təqaüd alanların sayı isə…
Bəstəkarlar İttifaqının 40 üzvü Prezident mükafatı, 21 üzvü isə Prezidentin fərdi təqaüdünü alır…

 

Yaradıcı insanların stimullaşdırılması dövlətin həyata keçirdiyi sosial mədəniyyət siyasətinin tərkib hissəsidir. Son 20-25 ildə Azərbaycanın yaradıcı şəxslərinə, rəssamlara, heykəltəraşlara, memarlara, sənətşünaslara, yazıçılara, şairlərə, ədəbiyyatşünaslara, bəstəkarlara, musiqişünaslara Prezidentin fərdi təqaüdü və Prezident mükafatları verilir.

Prezident təqaüdləri ömürlük verilsə də, Prezident mükafatı birillik verilir. Lakin elə insanlar var ki, onlar yaradıcılıq qurumlarının rəhbərliyinin “xüsusi diqqətində” olduğu üçün, hər il adı Prezident mükafatçıları siyahısına salınır. Sözsüz ki, bu da yaradıcılıq qurumları üzvlərinin narazılığına səbəb olur və bu proses hətta qalmaqalla müşayiət olunur. Bəzən deyirlər ki, filan gənc yazıçı birlik, ittifaq sədrinin xüsusi rəğbətini qazandığı üçün onun adı hər il yenilənən siyahıya daxil edilir. Yaradıcı adamlar hesab edirlər ki, 300 manat məbləğində olan Prezident mükafatı alanların hər il tərkibi dəyişdirilməlidir ki, başqaları da bu mükafatlardan bəhrələnə bilsin.  

Mətbuatda yer alan fikirlərə görə, Prezident təqaüdü alan yazıçı, şair, rəssam və bəstəkarların siyahısı açıqlanmır. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Prezident təqaüdü alacaq üzvlərin siyahısını Mədəniyyət Nazirliyinə yaradıcı ittifaqlar təqdim edir” - deyə bildirib.

O, həmçinin, qeyd edib ki, nazirlik təqaüd alanların sadəcə maliyyələşməsini təmin edir: “Burada hər üç yaradıcı ittifaq – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqının təqdim etdiyi siyahıya baxılır. Qurumların təqdim etdiyi siyahı təsdiqlənir. Yazıçılar İttifaqından 70 nəfər yaşlı, 50 nəfər gənc yazıçıya, Rəssamlar İttifaqından 50 nəfər yaşlı, 20 nəfər gənc rəssama, Bəstəkarlar İttifaqından isə 30 nəfər yaşlı, 10 nəfər gənc bəstəkara 1 illik təqaüd müəyyən olunub.

Yaşlı nəsil mədəniyyət nümayəndələrinə aylıq 300 manat, gənclərə isə 200 manat Prezident təqaüdü verilir. Növbəti illərdə siyahı yenilənir və nazirliyə təqdim edilir. Qeyd etdiyim kimi, nazirlik siyahını sadəcə təsdiq edir və maliyyə ayırır. Həmin yaradıcı ittifaqlar özləri məlumat versələr, siyahı ilə əlaqədar sualları cavablandırsalar, daha yaxşı olar”.

Hansı yaradıcı ittifaqın neçə üzvü Prezidentin fərdi təqaüdünü, neçə üzvü Prezident mükafatı alır?

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Birliyin təqaüd və mükafat alan üzvlərinin sayı heç zaman gizlədilmir. Onun bildirdiyinə görə, Birlik üzvü olan 20 nəfər gənc, 50 nəfər yaşlı və orta yazlı yazar 1 illik Prezident mükafatı alır. “Ümumilikdə, Azərbaycan Yazıçılar Birliyinin 70 üzvü Prezident mükafatı alır. Prezidentin fərdi təqaüdçülərinin sayına gəlincə, onların sayı 10 nəfərə qədərdir”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə bizimlə söhbətində bildirdi ki, Birliyin yalnız iki üzvü - əməkdar mədəniyyət işçiləri aşıq Mahmud Məmmədov və aşıq Ulduz Quliyeva Prezidentin fərdi təqaüdünü alır. “Birliyin heç bir üzvü Prezident mükafatı almır. Keçən ilə qədər yalnız əməkdar mədəniyyət işçisi Samirə Əliyeva alırdı, bu il onun adı siyahıya düşmədi. Ancaq mən aşıqlara Prezident mükafatı və Prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Hazırda aşıq Əli Quliyevin Prezidentin fərdi təqaüdünə layiq görülməsinə çalışırıq. Ümid edirəm ki, hazırda ağır xəstə vəziyyətində olan görkəmli aşıq Prezidentin fərdi təqaüdünə layiq görüləcək” - deyə M.Qasımlı bildirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbraihimov isə bildirdi ki, Rəssamlar İttifaqının 20 nəfər gənc, 50 nəfər yaşlı nəslə aid olan üzvü 1 illik Prezident mükafatı alır. “Əslində, yaradıcılıq ittifaqlarının üzvlərinə Prezident mükafatının verilməsi ideyası Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilova məxsusdur. O bir neçə il əvvəl təklif etmişdi ki, gənc rəssamların həvəsləndirilməsi üçün belə bir mükafatın verilməsi çox yaxşı olardı. Sağ olsun dövlətimiz, yalnız Rəssamlar İttifaqının deyil, digər yaradıcılıq qurumlarının da üzvlərinə Prezident mükafatı verilməsini reallaşdırdı. Bizim ittifaqda 20 nəfər gənc, 50 nəfər isə yaşlı rəssam Prezident mükafatı alır. Prezident təqaüdçülərinin sayını isə dəqiq bilmirəm” - deyə o bildirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova isə “Bakı-Xəbər”ə verdiyi məlumatda qeyd etdi ki, İttifaqın 40 üzvünə 1 illik Prezident mükafatı verilir. “Hər il siyahı dəyişdiyindən, mən sizə adları deyə bilməyəcəyəm. Ancaq 10 nəfər gənc, 30 nəfər isə yaşlı nəslin nümayəndəsi Prezidentin xüsusi sərəncamına əsasən xüsusi mükafat alır. Bu aiddir Bəstəkarlar və Rəssamlar ittifaqlarına, eyni zamanda, Yazıçılar Birliyinə. Prezidentin fərdi təqaüdçülərinə gəlincə, 21 nəfər İttifaq üzvü fərdi təqaüd alır” - deyə Sevda Hüseynova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ