şənbə günü, 10 oktyabr 2026
     

Das­tan ya­ra­dı­cı­lı­ğı döv­lət­çi­lik mə­də­niy­yə­ti­mi­zin tə­rən­nüm­çü­sü ki­mi...

Image


Azər­bay­can xal­qı­nın folklor ör­nək­lə­ri keç­miş­dən bu gü­nə da­şı­nan qiy­mət­li xə­zi­nə­dir. Bu xə­zi­nə­də xal­qı­mı­zın söz yad­da­şı, ta­ri­xi, mə­də­niy­yə­ti, döv­lət­çi­lik ənə­nə­si, el­mi, hə­yat tər­zi, dün­ya­gö­rü­şü ək­si­ni ta­pıb.

Uzaq za­man­lar­dan ya­di­gar qa­lan ör­nək­lə­rin sı­ra­sın­da das­tan ya­ra­dı­cı­lı­ğı xü­su­si yer tu­tur. Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can xal­qı­nın hə­yat tər­zi­ni, mə­də­ni dü­şün­cə­si­ni, bə­dii-es­te­tik tə­fək­kü­rü­nü özün­də ifa­də edən folklor mətnlə­ri sı­ra­sın­da das­tan­la­rı­mı­zın ye­ri ay­rı­ca­dır. Das­tan­lar hər bir xal­qın ta­le­yin­də, ta­ri­xin­də, ədə­biy­yat və mə­də­niy­yə­tin­də müs­təs­na rol oy­na­yır. Azər­bay­can xal­qı­nın das­tan ya­ra­dı­cı­lı­ğı çox zən­gin­dir və biz o das­tan­la­rın hər bi­rin­də öz ta­ri­xi­mi­zin, mə­də­niy­yə­ti­mi­zin bir his­sə­si­ni gö­rü­rük.

Mə­lu­mat üçün bil­di­rək ki, Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı­nın həcmcə ən bö­yük jan­rı das­tan­dır. O da bəl­li­dir ki, Azər­bay­can ədə­biy­ya­tın­da das­ta­na epos da de­yi­lir. Baş­qa janrlar­dan fərqli ola­raq, das­tan­da həm nəsr, həm də nəzm his­sə­lə­ri olur. Das­tan­da­kı hər han­sı bir əh­va­lat, ha­di­sə nəsrlə söy­lə­nir və ye­ri gəl­dik­cə, möv­zu ilə bağ­lı şe­ir par­ça­la­rı da ve­ri­lir. Folklor­şü­nas alim­lər qeyd edir ki, bu xü­su­siy­yə­ti­nə gö­rə das­tan bə­zən epik-li­rik ad­la­nan xü­su­si bir ədə­bi nö­və aid edi­lir. Das­ta­nın nəzm his­sə­si, adə­tən, qoş­ma və gə­ray­lı­lar­dan iba­rət olur və saz ha­va­sı üs­tün­də oxu­nur. Das­tan­lar möv­zu və məz­mun­la­rı­na gö­rə iki nö­və bö­lü­nür: qəh­rə­man­lıq das­tan­la­rı, mə­həb­bət das­tan­la­rı.

Qəh­rə­man­lıq das­tan­la­rın­da xal­qın hə­ya­tı ilə bağ­lı ta­ri­xi ha­di­sə­lər­dən, onun haqq-əda­lət və azad­lıq uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə­dən bəhs edi­lir. Be­lə das­tan­la­rın qəh­rə­man­la­rı xalq içə­ri­sin­dən çıx­mış mərd və igid in­san­lar olur. Ən məş­hur qəh­rə­man­lıq das­tan­la­rı "Ki­ta­bi-Də­də Qor­qud", "Ko­roğ­lu", "Qa­çaq Nə­bi", "Qa­çaq Kə­rəm", "Sət­tar­xan" das­tan­la­rı sa­yı­lır. Qəh­rə­man­lıq das­tan­la­rı, əsa­sən, xalq qəh­rə­man­la­rı haq­qın­da olan rə­va­yət və nəğ­mə­lər əsa­sın­da ya­ra­nır.

Onu da bil­di­rək ki, Azər­bay­can xal­qı das­tan qəh­rə­ma­nı olan ba­ha­dır­la­rı­mı­za xü­su­si sev­gi bəs­lə­yir. Döv­lə­ti­miz də bu qəh­rə­man­la­ra say­ğı­lı­dır. Bu gün Azər­bay­can döv­lə­ti xalq qəh­rə­man­la­rı­na res­pub­li­ka­mı­zın ən müx­tə­lif yer­lə­rin­də hey­kəl qo­yur, on­la­rın xa­ti­rə­lə­ri­ni əbə­di­ləş­di­rir. Qeyd edək ki, xalq qəh­rə­ma­nı Ko­roğ­lu­nun pay­taxtda və Azər­bay­ca­nın di­gər böl­gə­lə­rin­də hey­kəl­lə­ri qo­yu­lub, Ba­kı­da həm də Ko­roğ­lu­nun adı­nı da­şı­yan met­ros­tan­si­ya­sı fə­a­liy­yət gös­tə­rir, hey­kə­li ucal­dı­lıb. Sö­zü­mü­zün ca­nı odur ki, xal­qı­mız və döv­lə­ti­miz das­tan qəh­rə­man­la­rı­na bö­yük diq­qət­lə ya­na­şır.

Mə­həb­bət das­tan­la­rı­na gə­lin­cə, qeyd edək ki, das­ta­nın bu nö­vü say­ca qəh­rə­man­lıq das­tan­la­rın­dan çox­dur. Bu das­tan­lar­da əsas möv­zu se­vən gənclə­rin saf və tə­miz mə­həb­bə­ti, düz il­qa­rı, və­fa və sə­da­qə­ti­dir. Mə­həb­bət das­tan­la­rı bir-bi­ri­ni se­vən gənclə­rin hə­ya­tın­da baş ve­rən ha­di­sə­lər­dən bəhs edir. Çox za­man on­la­ra yu­xu­da ikən bu­ta ve­ri­lir və bun­dan son­ra qəh­rə­man haqq aşi­qi­nə çev­ri­lə­rək sev­di­yi qı­zın da­lın­ca yo­la dü­şür. Müx­tə­lif ma­ne­ə­lər­lə rastla­şan qəh­rə­man bə­zən sev­gi­li­si­nə qo­vuş­sa da, bə­zən də bu­na na­il ola bil­mir. Das­tan qəh­rə­man­la­rı da­ha çox sa­zın və sö­zün gü­cü ilə qa­lib gə­lir. "Qur­ba­ni", "Ab­bas və Gül­gəz", "Aşıq Qə­rib", "Ta­hir və Zöh­rə", "Şah İs­ma­yıl" və baş­qa das­tan­lar məş­hur mə­həb­bət das­tan­la­rı sil­si­lə­si­nə aid­dir. Mə­həb­bət das­tan­la­rı ənə­nə­vi ola­raq us­tad­na­mə ilə baş­la­yır və du­vaq­qap­ma ilə bi­tir. Us­tad­na­mə hik­mət­li məz­mun­lu qoş­ma­ya de­yi­lir. Du­vaq­qap­ma­da isə sev­gi­li­lə­rin bir-bi­ri­nə qo­vuş­ma­sı tə­rif­lə­nir. Du­vaq­qap­ma­lar kö­nü­la­çan, şən məz­mun da­şı­yır və mü­xəm­məs şək­lin­də olur. So­nu fa­ciə ilə qur­ta­ran das­tan­lar­da du­vaq­qap­ma ol­mur. Çün­ki bu­ra­da sev­gi­li­lə­rin vü­sa­lı müm­kün ol­ma­dı­ğı üçün du­vaq­qap­ma mə­ra­si­mi də ke­çi­ril­mir.

Təd­qi­qat­çı­lar qeyd edir ki, das­tan Azər­bay­can türklə­ri­nin bə­dii tə­fək­kü­rü­nün ən bö­yük və ən qə­dim nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Das­tan, əs­lin­də, ozan-aşıq ya­ra­dı­cı­lı­ğı­nın məh­su­lu olub, türk xalqla­rı­nın epik dü­şün­cə­si­nin tə­za­hü­rü­dür və aşıq ya­ra­dı­cı­lı­ğı­nı şi­fa­hi xalq ədə­biy­ya­tı ilə bağ­la­yan əsas amil­dir. Das­tan­lar­da epik təh­ki­yə ilə li­rik təq­di­mat, nəsrlə nəzm vəh­dət təş­kil et­di­yi üçün, bu, fərqli bir janrdır. Bu­ra­da epik-li­rik mən­zə­rə var. 

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, das­tan­lar ya­ran­ma yol­la­rı­na gö­rə fərqlə­nir. Bə­zi das­tan­lar na­mə­lum ozan-aşıq­lar tə­rə­fin­dən ya­ra­dı­lır. "Ko­roğ­lu","Qa­çaq Nə­bi" das­tan­la­rı be­lə ya­ra­nıb. "Qur­ba­ni", "Ab­bas və Gül­gəz", "Aşıq Qə­rib", "Va­qif" das­tan­la­rı isə hə­min aşıq­la­rın (şa­ir­lə­rin) mə­həb­bət möv­zu­sun­da yaz­dıq­la­rı şe­ir­lə­rə və on­lar ba­rə­sin­də xalq rə­va­yət­lə­ri­nə əsa­sən ya­ra­nıb.

Vur­ğu­la­yaq ki, bir sı­ra xalq das­tan­la­rı əsa­sın­da  Ü.Ha­cı­bə­yov "Ko­roğ­lu", Z.Ha­cı­bə­yov "Aşıq Qə­rib", M.Ma­qo­ma­yev "Şah İs­ma­yıl" və s. ope­ra­la­rı­nı ya­zıb. 

Mə­lu­mat­la­ra gö­rə, aşıq sə­nə­ti­nin ya­ra­dı­cı­lıq ka­mil­li­yi­ni gös­tə­rən tə­rəf­lə­rin­dən bi­ri də das­tan ya­ra­dı­cı­lı­ğı­dır ki, biz on­dan çox mət­ləb­lər öy­rə­ni­rik. Das­tan­lar əsrlər­dən bə­ri da­şı­nıb gə­lib və Azər­bay­can aşıq sə­nə­tin­də zən­gin ənə­nə­lə­rə ma­lik olan das­tan­çı­lıq mə­də­niy­yə­ti for­ma­la­şıb.

Təd­qi­qat­çı­lar ya­zır ki, "Oğuz­na­mə", "boy", "na­ğıl", "qis­sə" və s. ad­lar al­tın­da ay­rı-ay­rı dövrlər­də in­ti­şar ta­pan das­tan jan­rı ço­xəsrlik ta­ri­xə ma­lik­dir. Das­tan həm də çox­his­sə­li ədə­bi-mu­si­qi əsə­ri­dir. Das­ta­nın məz­mu­nu na­ğıl şək­lin­də ifa­də olu­nur, qəh­rə­man­la­rın mo­no­loq­la­rı mah­nı epi­zod­la­rı ilə ve­ri­lir.

Qəh­rə­man­lıq das­tan­la­rı ilə bağ­lı təd­qi­qat apa­ran alim­lər vur­ğu­la­yır ki, "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nın­da VII-X, "Ko­roğ­lu"da XVI-XVII, "Sət­tar­xan" və "Qa­tır Məm­məd" das­tan­la­rın­da isə XX əs­rin əv­vəl­lə­ri­nə məx­sus ta­ri­xi olay­lar das­tan­çı­lıq ənə­nə­si­nə uy­ğun ola­raq təs­vir edi­lib.

Mə­lum­dur ki, aşıq sə­nə­ti­nin çox də­rin kök­lə­rə ma­lik, ta­ri­xi tə­ka­mül sa­yə­sin­də ya­ra­nan bu sə­nət in­ci­lə­ri Azər­bay­can mil­li mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da müs­təs­na ro­la ma­lik olub və xal­qı­mı­za məx­sus qey­ri-mad­di epik mə­nə­vi abi­də­lər sı­ra­sın­da öz la­yiq­li ye­ri­ni tu­tub. Hər han­sı bir mü­əy­yən jan­rı təm­sil edən bə­dii ya­ra­dı­cı­lıq nü­mu­nə­si in­san­la­rın ic­ti­mai tə­ləb­lə­ri­ni nü­ma­yiş et­di­rir. Bir tə­rəf­dən in­san­la­rın mə­nə­vi- es­te­tik tə­lə­ba­tı­nı ödə­yən, di­gər tə­rəf­dən isə bə­şər ta­ri­xi­ni, xal­qın ge­ne­tik yad­da­şı­nı özün­də ya­şa­da­raq, dün­ya­nın in­ki­şa­fı­nı tə­rən­nüm edən bu nü­mu­nə­lər ümum­bə­şə­ri mə­də­ni ir­sin ən ka­mil nüs­xə­lə­ri­dir.

Təd­qi­qat­çı­lar ya­zır ki, bü­tün bu de­yi­lən xü­su­siy­yət­lə­ri təm­sil edən, epik rə­va­yət ki­mi mey­da­na çıx­mış das­tan­lar Azər­bay­can xal­qı­nın mü­ba­ri­zə­si haq­qın­da car çə­kən uni­kal sə­nət nü­mu­nə­lə­ri­dir. Das­ta­nın müx­tə­lif funksi­o­nal is­ti­qa­mət­lə­ri (kom­mu­ni­ka­tiv, tər­bi­yə­e­di­ci və təb­li­ğe­di­ci) özün­də bir­ləş­dir­mə­si də bu­nun­la izah olu­nur.

Qeyd edi­lə­nə gö­rə, epik tab­lo­lar sı­ra­sın­da ən la­yiq­li və şə­rəf­li yer­lər­dən bi­ri­ni tu­tan "Ko­roğ­lu" das­ta­nı öz bə­dii-ta­ri­xi əhə­miy­yə­ti­nə gö­rə "Ki­ta­bi-Də­də Qor­qud" "Ma­nas", "İqor pol­ku haq­qın­da das­tan" və s. möh­tə­şəm epik abi­də­lər­lə mü­qa­yi­sə olu­na bi­lər. Xalq ara­sın­da ya­yım­lan­ma­sı eti­ba­ri­lə bu das­ta­na tay olan ikin­ci bir epik əsər tap­maq çə­tin­dir.

"Ko­roğ­lu" das­ta­nı təx­mi­nən otu­za ya­xın qol­dan ("Alı ki­şi", "Ko­roğ­lu­nun Ər­zu­rum sə­fə­ri", "Dur­na te­li", "Dər­bənd sə­fə­ri" və s.) iba­rət iri­həcmli sil­si­lə­vi epik əsər­dir. İfa­çı­lıq təc­rü­bə­sin­də bu qol­lar ay­rı-ay­rı­lıq­da səs­lən­sə də, on­lar ümu­mi sü­jet xət­ti ilə bir­lə­şən va­hid bir kom­po­zi­si­ya təş­kil edir.

Sə­ciy­yə­vi­dir ki, Azər­bay­can aşıq sə­nə­tin­də "Ko­roğ­lu" das­ta­nı­nın özü­nə­məx­sus ənə­nə­vi ha­va­la­rı ("Bo­zu­ğu Ko­roğ­lu", "Cən­gi Ko­roğ­lu", "Dö­şə­mə Ko­roğ­lu", "Ko­roğ­lu mü­xəm­mə­si", "Nə­fəs­çək­mə Ko­roğ­lu" və s.) möv­cud­dur. Mu­si­qi­şü­nas­lar vur­ğu­la­yır ki, yük­sək tes­si­tu­ra­da zil səs­lə oxu­nan "Ko­roğ­lu" ha­va­la­rı­nın ma­hir ifa­çı­la­rı xalq ara­sın­da "ko­roğ­lu­xan" ad­la­nır. Məş­hur ko­roğ­lu­xan Hü­seyn Bo­zal­qan­lı­nın (1860-1941) ye­tir­mə­si Ələk­bər Ələs­gə­ro­vun mə­lu­ma­tı­na gö­rə, keç­miş­də "Ko­roğ­lu" qol­la­rı ifa edi­lər­kən yal­nız bu das­ta­na məx­sus ha­va­lar oxun­ma­lı idi.

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, XIX-XX əsrlər­də ye­ni ta­ri­xi şə­ra­i­tə uy­ğun ola­raq das­tan­la­rın qu­ru­lu­şun­da, on­la­rın möv­zu da­i­rə­sin­də mü­hüm də­yi­şik­lik­lər mü­şa­hi­də olu­nur­du.

Alim­lər bil­di­rir ki, bu gün Azər­bay­can aşıq­la­rı­nın re­per­tu­a­rın­da həm tə­şək­kül döv­rü or­ta əsrlər­lə bağ­lı das­tan­lar, həm də XIX-XX əs­rin məş­hur aşıq­la­rı­nın hə­ya­tı ilə bağ­lı olan das­tan­lar mü­hüm yer tu­tur. Bun­lar­dan "Aşıq Alı­nın Tür­ki­yə sə­fə­ri", "Aşıq Alı­nın İran sə­fə­ri", "Aşıq Ələs­gə­rin Qa­zax sə­fə­ri", "Şəm­kir­li Aşıq Hü­seyn və Rey­han xa­nım", "Lə­tif şah" və s. das­tan­la­rı gös­tər­mək olar.

Alim­lər bil­di­rir ki, das­ta­nın baş­lan­ğıc mə­qa­mın­da hər bir aşıq mü­hi­ti­nin mü­əy­yən mə­də­ni-ta­ri­xi amil­lər­dən mey­da­na gə­lən özü­nə­xas mu­si­qi qu­ru­mu tə­şək­kül ta­pıb. Be­lə ki, Göy­çə aşıq­la­rı­nın apar­dı­ğı məc­lis­lər adə­tən us­tad aşıq­la­rın şe­ir­lə­ri­nə oxu­nan "Di­va­ni", "Təc­nis", "Sal­la­ma gə­ray­lı" ha­va­la­rı ilə baş­la­nır ki, bu da hə­min aşıq mək­tə­bi­nin klas­sik aşıq sə­nə­ti ilə sıx bağ­lı­lı­ğı­na, onun zən­gin po­e­tik ənə­nə­lə­ri­nə ma­lik ol­ma­sı­na də­la­lət edir. Aşıq­şü­nas­lar ya­zır ki, Gən­cə­ba­sar aşıq mü­hi­ti­nin nü­ma­yən­də­lə­ri isə, bir qay­da ola­raq, us­tad­na­mə­lə­ri "Di­va­ni", "Təc­nis" və "El ha­va­sı" ("Qa­ra­çı") ha­va­la­rı ilə ifa edir­lər. Gös­tə­ri­lən aşıq mü­hit­lə­ri ilə mü­qa­yi­sə­də Şir­van aşıq­la­rı tə­rə­fin­dən apa­rı­lan məc­lis­lə­rin baş­lan­ğı­cı­nın mu­si­qi dü­zü­mü da­ha çox də­yiş­kən­li­yə, va­ri­antlı­ğa ma­lik­dir. Be­lə ki, Şir­van aşıq­la­rı­nın məc­lis­lə­rin­də bi­rin­ci us­tad­na­mə "Piş­ro" ("Peş­rov") ha­va­sı ilə ifa olu­nur, ikin­ci us­tad­na­mə oxun­mur, yal­nız söy­lə­nir, üçün­cü us­tad­na­mə­də isə hər han­sı bir "Şi­kəs­tə" nö­vü is­ti­fa­də edi­lir.

Təd­qi­qat­çı­lar ya­zır ki, "Das­tan­çı­lıq" an­la­yı­şı­nın əha­tə et­di­yi janrlar­dan bi­ri də qa­ra­vəl­li­dir. Ya­xın keç­mi­şə qə­dər bə­zi hal­lar­da iki-üç ge­cə söy­lə­nən das­tan­la­rın ifa­sı za­ma­nı əsas sü­jet xət­ti ilə bağ­lı ol­ma­yan, in­ter­me­di­ya sə­ciy­yə­li qa­ra­vəl­li­lər söy­lə­nir­di. Məz­mun­ca yu­mo­ris­tik-sa­ti­rik xa­rak­ter­li olan qa­ra­vəl­li­lə­ri bə­zi hal­lar­da das­tan­çı aşıq, çox vaxt isə onu mü­şa­yi­ət edən ba­la­ban­çı söy­lə­yir­di. Das­ta­nın təh­ki­yə­si pro­se­sin­də qa­ra­vəl­li həm ha­di­sə­lə­rin son­ra­kı in­ki­şa­fı­na din­lə­yi­ci­nin diq­qə­ti­ni cəlb et­mək, həm də das­tan­çı aşı­ğa qı­sa­müd­dət­li is­ti­ra­hət ve­ril­mə­si üçün is­ti­fa­də edi­lir­di.

Təd­qi­qat­çı­lar ya­zır ki, mə­həb­bət das­tan­la­rı­nın ifa­sı, bir qay­da ola­raq, du­vaq­qap­ma ad­la­nan böl­mə ilə ta­mam­la­nır. Du­vaq­qap­ma bi­la­va­si­tə das­ta­nın məz­mu­nu ilə bağ­lı ol­ma­yan mü­xəm­məs­dən iba­rət­dir. Be­lə­lik­lə, ək­sər hal­lar­da mə­həb­bət das­tan­la­rı məş­hur us­tad aşıq­la­rın şe­ir­lə­ri­nə oxu­nan "Baş mü­xəm­məs" və ya "Or­ta mü­xəm­məs" ha­va­la­rı­nın nik­bin sə­da­la­rı ilə bi­tir.

Aşıq ya­ra­dı­cı­lı­ğı­nın ali jan­rı sa­yı­lan das­tan­da bu sə­nə­tə məx­sus olan bü­tün özəl cə­hət­lər ay­dın şə­kil­də tə­za­hür edib. Be­lə ki, şi­fa­hi ənə­nə­yə əsas­la­nan di­gər sə­nət növ­lə­ri­nə xas olan impro­vi­zə, kon­tekst, in­va­ri­ant, va­ri­ant və s. an­la­yış­lar das­tan­çı­lıq mə­də­niy­yə­ti­nin də tə­məl məf­hum­la­rı sı­ra­sı­na da­xil­dir. Das­tan­çı­lıq ənə­nə­si­nə aid olan bü­tün bu an­la­yış­lar "das­tan­çı aşıq" məf­hu­mu ət­ra­fın­da cəm­lə­şir.

XIX əsrdə Aşıq Alı, Aşıq Mu­sa, Aşıq Ələs­gər, Şəm­kir­li aşıq Hü­seyn, Var­xi­yan­lı aşıq Mə­həm­mə­din və s. us­tad aşıq­lar tə­rə­fin­dən məz­mun və for­ma eti­ba­ri­lə zən­gin das­tan­lar və ye­ni aşıq ha­va­la­rı ya­ra­nıb. Di­gər tə­rəf­dən, us­tad sə­nət­kar­lar öz­lə­rin­dən əv­vəl­ki dövrlər­də də ya­ran­mış das­tan­la­rı da ci­la­la­mış, bə­zi hal­lar­da isə on­la­rın ye­ni qol­la­rı­nı ya­rat­mış­lar. Bu ba­xım­dan das­tan­la­rı bir tə­rəf­dən ay­rı-ay­rı us­tad aşıq­la­rın əsə­ri, di­gər tə­rəf­dən isə ne­çə-ne­çə aşıq nəs­li­nin kol­lek­tiv ya­ra­dı­cı­lı­ğı­nın bəh­rə­si he­sab et­mək olar.

Azər­bay­can das­tan­la­rı­nın top­la­nıb ya­zı­ya alın­ma­sı sa­hə­sin­də ol­duq­ca ge­niş­miq­yas­lı iş­lər gö­rü­lüb. Das­tan ya­ra­dı­cı­lı­ğı­mı­zın ta­rix­ləş­mə­si, ki­tab­laş­ma­sı sa­hə­sin­də xid­mət­lə­ri olan­lar haq­qın­da gə­lən say­la­rı­mız­da ya­za­ca­ğıq.

Xal­qı­mı­zın mə­nə­vi ir­si­nin əsas­la­rın­dan bi­ri­ni təş­kil edən das­tan­la­rı­mız döv­lət­çi­lik ta­ri­xi­mi­zin, mə­də­niy­yə­ti­mi­zin, də­yər­lə­ri­mi­zin bir top­lu­su­dur. Das­tan­lar­dan ta­ri­xi­mi­zin qə­dim dövrlə­ri boy­la­nır.

İra­də SA­RI­YE­VA 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ