NATO, Litvada yerləşdirilən Rumıniya F-16 qırıcı təyyarələrinin Estoniya hava məkanında naməlum bir pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
NATO sözçüsü Allison Hart məsələ ilə bağlı araşdırmaların davam etdiyini və NATO ilə Estoniya hakimiyyətinin sıx əlaqədə olduğunu bildirib.
NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Litvada fəaliyyət göstərən Rumıniya F-16 qırıcı təyyarələrinin Estoniya hava məkanında PUA vurduğunu təsdiqləyən Hart deyib: "NATO ərazimizi qorumaq və xalqımızın təhlükəsizliyini təmin etmək üçün potensial hava təhdidlərinə qarşı 24/7 saat hazırdır".
Bundan əvvəl açıqlama verən Estoniya müdafiə naziri Hanno Pevkur Estoniya hava məkanına daxil olan PUA-nın Vortsjarv gölü üzərində NATO qırıcı təyyarəsi tərəfindən vurulduğunu bildirmişdi.
Tahir TAĞIYEV