şənbə günü, 26 sentyabr 2026
     

XIX əsrdən başlamış şəhərlərin yeni yüksəliş dövrü - Azərbaycan təcrübəsi...

Image


Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın diqqətinin yenidən Azərbaycan üzərində cəmlənməsinə səbəb olub. İlk növbədə o baxımdan ki, WUF13 COP29-dan sonra Bakıda keçirilən olduqca əlamətdar tədbir kimi də artıq tarixdə öz yerini alır.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu beynəlxalq tədbir şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Təsadüfi deyil ki, tədbirə 182 ölkədən 45 mindən çox iştirakçı qatılıb. Daha bir mühüm nüans odur ki, belə genişmiqyaslı beynəlxalq tədbir qlobal əməkdaşlıq və müxtəlif tədbirlərin mərkəzinə çevrilən Azərbaycan üçün daha bir mühüm mərhələ kimi qəbul edilir. Bu forumun Azərbaycanda keçirilməsi ölkənin əsas qlobal tədbirləri təşkil etmək qabiliyyətinə olan güclü beynəlxalq inamı və müasir şəhərsalma siyasətinin tanınmasını əks etdirir. Bolqarıstan prezidenti İliyana Yotova WUF13-də Liderlərin Sammitində bu xüsusda qeyd edir: “Mən ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm. O, Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən bəhs edir”. Onu da qeyd edək ki, şəhərsalma və davamlı inkişaf prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi gündəliyinin əsas strateji prioritetləri kimi müəyyən edilib. Bu kontekstdə müasir şəhər ekosistemlərini inkişaf etdirərkən memarlıq irsinin qorunması dövlət siyasətinin əsas sütunu olaraq qalır. Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi sektora verilən əhəmiyyəti bir daha göstərir. Ümumiyyətlə, qeyd edək ki, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesi yeni mərhələyə qədəm qoyub. Sənaye inqilabı, iqtisadi canlanma və ticarətin inkişafı şəhərlərin formalaşmasını və genişlənməsini sürətləndirərək, şəhər həyatının mərkəzləşməsinə zəmin yaradıb. Bakı, Şuşa, Gəncə kimi şəhərlər yalnız iqtisadi və mədəni mərkəz kimi deyil, həm də memarlıq və şəhərsalma baxımından özünəməxsus nümunələr təqdim edib. Bu dövrdə şəhərlərin planlı şəkildə inkişaf etdirilməsi tarixi abidələrin qorunması və müasir tələblərə uyğun modernizasiya başlanğıcı kimi qiymətləndirilə bilər. Tarixi memarlıq irsinin qorunması ilə yanaşı, müasir infrastruktur elementlərinin şəhər həyatına inteqrasiyası bu dövrün ən mühüm xüsusiyyətlərindən olub. Müasir dövrdə Azərbaycan şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri tarixi abidələrin qorunması ilə müasirləşmənin vəhdətini təmin etməkdir. Bu siyasət yalnız binaların bərpasından ibarət deyil, eyni zamanda şəhərlərin funksional, ekoloji və sosial baxımdan modernləşdirilməsini də əhatə edir. Tarixi mərkəzlərin bərpası, memarlıq üslublarının qorunması, eləcə də müasir infrastruktur elementlərinin yerləşdirilməsi şəhərsalma prosesində tarixi-mədəni və müasir tələblərin uzlaşdırılmasını təmin edir. Bu yanaşma Azərbaycan şəhərsalmasının həm milli kimliyini qoruyur, həm də beynəlxalq standartlara cavab verən müasir şəhər modeli yaratmağa imkan verir.

Azərbaycan prezidenti və birinci vitse-prezidentinin şəhərsalma məsələlərinə diqqəti bu siyasətin uğurla həyata keçirilməsinin əsas amillərindəndir. Yenə prezidentin və birinci vitse-prezidentin diqqəti nəticəsində Bakı, Gəncə, Sumqayıt, Şuşa kimi şəhərlərdə yalnız infrastruktur yenilənməsi deyil, həm də şəhərlərin sosial, mədəni və ekoloji aspektləri nəzərə alınaraq kompleks layihələr həyata keçirilib. Bu isə şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsi və urbanistik mühitin daha funksional olması ilə nəticələnir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri Azərbaycanın şəhərsalma siyasətinin ən mühüm nümunələrindən biridir. Qarabağ və digər ərazilərdə dağıdılmış infrastrukturların bərpası, yeni yaşayış massivlərinin, mədəniyyət və təhsil obyektlərinin inşası və yol-nəqliyyat sistemlərinin yaradılması Azərbaycan şəhərsalma sahəsində unikal təcrübə nümayiş etdirir. Bu proses yalnız fiziki bərpadan ibarət deyil, həm də sosial-iqtisadi canlanma, mədəni irsin qorunması və yeni həyatın təşkili baxımından strateji əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş bölgələrin bərpası və urbanizasiyası Azərbaycanın şəhərsalmada inteqrativ və planlı yanaşmasının göstəricisidir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyev qeyd edib: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq”.

Onu da xüsusi qeyd edək ki, Azərbaycanın bu unikal təcrübəsi yalnız milli səviyyədə deyil, həm də qlobal miqyasda diqqət çəkir. Müasir dünyada münaqişələrin və hərbi qarşıdurmaların artdığı bir dövrdə Azərbaycan təhlükəsiz və effektiv şəhərsalma siyasətini uğurla həyata keçirir. Ölkə COP29 və WUF13 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yalnız ekoloji və şəhərsalma sahəsində qlobal müzakirələr üçün platforma yaratmır, eyni zamanda təhlükəsiz və dayanıqlı mühitin təminatçısı kimi nümunə göstərir. Bu isə Azərbaycanın urbanizasiya və şəhərsalma sahəsində həm regional, həm də qlobal səviyyədə önəmli bir model kimi çıxış etməsinə səbəb olur. Başqa sözlə, qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan bir ölkə olaraq, Azərbaycan təkcə nəzəri konsepsiyalar inkişaf etdirmir, həm də innovativ yanaşmalar tətbiq edir və onları təcrübədə uğurla tətbiq edir. Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunub. Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Prosesə böyük töhfə verən ölkələrdən biri qismində isə Azərbaycan qəbul olunur. Dünyada nəzərə alınır ki, Azərbaycanın şəhərsalma siyasəti tarixi irsi qorumaq, müasir standartlara uyğun infrastruktur yaratmaq və sosial rifahı yüksəltmək prinsiplərinə əsaslanır. Ölkə rəhbərliyinin bu sahəyə verdiyi diqqət işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin uğurla həyata keçirilməsi və beynəlxalq tədbirlərin təhlükəsiz şəkildə təşkili ölkənin urbanizasiya sahəsində unikal təcrübəsini ortaya qoyur. Azərbaycanın şəhərsalma modeli, həm tarixi-mədəni mirasın qorunması, həm də müasir və funksional şəhər mühitinin yaradılması baxımından regionda və dünyada nümunəvi təcrübə kimi qiymətləndirilir. Bu mənada, Azərbaycanın şəhərsalma sahəsində ən diqqətçəkən layihələrinə indi dünyada da maraq böyükdür.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ