Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və məskunlaşdırma layihələrinə təxminən 15 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan bununla regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib.
ZÜMRÜD