Müharibəyə son qoymaq üçün Pakistan vasitəsilə təqdim edilən İranın yenilənmiş razılaşma təklifi Vaşinqton tərəfindən "qeyri-kafi" adlandırılaraq rədd edilib. ABŞ mediasının məlumatına görə, Ağ Ev Tehranın yeni razılaşma təklifini rədd etdikdən sonra hərbi variantları müzakirə etmək üçün toplantı çağırıb.
“Axios” xəbər saytına danışan ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, İran nüvə proqramı ilə bağlı güzəştə getməsə, hərbi əməliyyatlar bərpa ediləcək: "Tehranın təqdim etdiyi yenidən işlənmiş mətndə heç bir mənalı irəliləyiş yoxdur və heç bir güzəştdən söhbət getmir. Əgər İran nüvə proqramı ilə bağlı konkret addımlar atmasa və sərt tələblərindən imtina etməsə, fevral ayında başlayan hərbi əməliyyatlar daha böyük bir güclə yenidən başlaya bilər.
Həqiqətən də irəliləyiş əldə edə bilmirik. Bu gün çox kritik bir nöqtədəyik. İranlıların bəzi güzəştlərə getməsinin vaxtıdır. Nüvə proqramı ilə bağlı real, möhkəm və ətraflı müzakirəyə ehtiyacımız var. Əgər bu baş verməsə, bombalar vasitəsilə danışacağıq ki, bu da çox pis olacaq".
Gizli şəkildə aparılan dolayı danışıqlara daha yaxından nəzər saldıqda, İranın irəli sürdüyü əks təklifin yalnız simvolik irəliləyişlər əhatə etdiyi görünür.
Yeni atəşkəs mətnində razılaşması Tehranın nüvə silahı əldə etməməklə bağlı öhdəliklərini artırsa da, uranın zənginləşdirilməsinin dayandırılması və ya yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından imtina edilməsi ilə bağlı heç bir ətraflı öhdəlik götürmür.
Tahir TAĞIYEV