Litva Xarici İşlər Naziri Kestutis Budris Kalininqrad bölgəsindəki Rusiya obyektlərinə qarşı NATO qüvvələrindən istifadənin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, alyansın anklavdakı Rusiya bazalarını məhv etmək imkanı var.
RİA Novosti-nin xəbərinə görə, Litva xarici işlər naziri Kestutis Budris İsveçrənin Neue Zürcher Zeitung qəzetinə verdiyi müsahibədə Rusiya bölgəsinə qarşı aqressiv planlar səsləndirib. Nazir bildirib ki, "Ruslara Kalininqradda tikdikləri kiçik qalaya nüfuz edə biləcəyimizi göstərməliyik".
Budris bildirib ki, Vilnüs faktiki olaraq Rusiya ilə hərbi münaqişə ehtimalını etiraf edir. Əlavə edib ki, onun fikrincə, bu, "ölkənin gücüdür".
Rusiya Prezidenti Vladimir Putin isə daha öncə Kalininqrad vilayətinin hipotetik blokadasının genişmiqyaslı eskalasiyaya səbəb olacağı barədə dəfələrlə xəbərdarlıq edib və ərazinin təhlükəsizliyinə qarşı hər hansı bir təhdidi aradan qaldırmağa hazır olduğunu bildirib.
SAMİRƏ