Ermənistan İstintaq Komitəsi baş nazir Paşinyana qarşı təhdidlərin yer aldığı videonun yayılmasından sonra araşdırmalara başlayıb.
Komitənin məlumatında, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlandığı bildirilib.
Qeyd edək ki, mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əli avtomatlı silahlı şəxslər Ermənistan və qondarma “Artsax”ın bayraqları fonunda Paşinyana qarşı təhdid səsləndirərək, onu ölümlə hədələyiblər.
Tahir TAĞIYEV