çərşənbə günü, 29 iyul 2026
     

Trampın ardınca Putin dərhal Çin səfərinə qərar verdi... Kreml narahatdır...

Image


Abutalıb Səmədov: "Putinin bu səfərdən maksimum nəticə əldə edəcəyini düşünmürəm"

Rusiya Prezidenti Vladimir Putin 19–20 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Səfər Çin sədri Şi Cinpin tərəfindən edilən dəvət əsasında baş tutacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Səfər Rusiya ilə Çin arasında 2001-ci ildə imzalanmış "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə"nin 25 illiyi münasibətilə keçirilir. Həmin müqavilə iki ölkə arasında strateji tərəfdaşlığın əsas sənədlərindən biri hesab olunur.

Kremlin açıqlamasına görə, Vladimir Putin və Şi Cinpin aşağıdakı məsələləri müzakirə edəcəklər:

Rusiya və Çin münasibətləri daha da yaxşılaşdırmaq istəyirlər. Onlar ticarəti artırmaq və birlikdə daha çox işləmək barədə danışacaqlar. Həmçinin qaz və enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Görüşdə dünya təhlükəsizliyi və bölgədə baş verən hadisələr də müzakirə olunacaq.

İki dövlət arasında texnologiya və sənaye sahəsində yeni layihələr baş tutacaq.

Məlumata əsasən, görüş zamanı bir sıra yeni sənədlərin imzalanması və ortaq bəyanatların qəbul olunması gözlənilir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, səfərin proqramı artıq tam razılaşdırılıb və görüşlər “çox geniş və məzmunlu” olacaq.

Siyasi ekspertlərin fikrincə, bu səfər beynəlxalq siyasət baxımından mühüm əhəmiyyət daşıyır. Çünki son illərdə Rusiya və Çin Qərb ölkələri ilə münasibətlər fonunda bir-birinə daha da yaxınlaşıb və strateji əməkdaşlığı gücləndirirlər.

Maraqlıdır, Trampdan sonra Putin Çinə gedir. Bu səfər Trampın Çinə təsirini neytrallaşdırmaq məqsədi daşıyırmi? Əgər belədirsə, Putin məqsədinə nə qədər nail ola bilər?

Politoloq Abutalıb Səmədov hesab edir ki, Donald Trampın hakimiyyətə qayıdışından sonra Qərb blokunda zəifləmə meylləri daha açıq şəkildə görünməyə başlayıb. Ekspertin sözlərinə görə, ABŞ ilə Avropa arasında münasibətlərin soyuması və NATO daxilində fikir ayrılıqlarının dərinləşməsi beynəlxalq güc balansına ciddi təsir göstərir.

Səmədov bildirib ki, ABŞ rəsmilərinin zaman-zaman NATO-dan çıxmaq barədə verdiyi açıqlamalar alyansın gələcəyi ilə bağlı sualları artırır. Onun fikrincə, ABŞ-ın iştirakı olmadan NATO əvvəlki təsir gücünü itirə bilər.

Politoloq diqqətə çatdırıb ki, ABŞ-ın milli təhlükəsizlik strategiyasında əsas rəqib kimi Çin göstərilir. Çin həm iqtisadi potensialını artırır, həm də hərbi gücünü sürətlə genişləndirir. Bununla yanaşı, Pekinin beynəlxalq nüfuzu da yüksəlməkdə davam edir.

Ekspert qeyd edib ki, İranla bağlı gərginliyin qısa müddətdə səngiməsindən sonra Donald Trampın Çinə səfəri böyük maraq doğurub. Onun sözlərinə görə, ABŞ və Çin arasında bir sıra razılaşmalar əldə olunsa da, İran məsələsində Pekinin Vaşinqtona hansı dəstəyi verəcəyi tam aydın olmayıb.

Abutalıb Səmədovun sözlərinə görə, Trampın səfərindən qısa müddət sonra Vladimir Putinin Çinə planlaşdırılan səfəri də xüsusi diqqət mərkəzindədir. O hesab edir ki, Moskva və Pekin arasında münasibətlər ABŞ-Çin əlaqələrindən daha isti xarakter daşıyır və Ukrayna müharibəsi fonunda Çin Rusiyaya müəyyən çərçivədə dəstək verməyə davam edir.

Politoloq bildirib ki, Putin və Si Cinpin arasında keçiriləcək danışıqlarda “Sibirin Gücü-2” qaz kəməri layihəsi, BRİKC və ŞƏT-in gücləndirilməsi, eləcə də İran məsələsi əsas müzakirə mövzuları olacaq. Onun fikrincə, Trampın siyasəti nəticəsində zəifləyən Qərb blokunun yaratdığı şəraitdən Rusiya və Çin maksimum yararlanmağa çalışır.

Ekspert vurğulayıb ki, ABŞ uzun müddətdir Moskva ilə Pekin arasında məsafə yaratmağa çalışır. Buna baxmayaraq, Rusiya və Çin öz maraqları çərçivəsində daha sıx əməkdaşlıq yollarını axtarırlar. Bununla belə, Çin ABŞ və Avropa İttifaqı ilə iqtisadi münasibətlərin əhəmiyyətini nəzərə almağa məcburdur.

Səmədov hesab edir ki, Çinin Rusiyaya həddindən artıq yaxınlaşması Avropa ilə münasibətlərdə problemlər yarada bilər. Xüsusilə Ukrayna müharibəsi davam etdiyi müddətdə Pekinin kəskin addımlardan çəkinəcəyi gözlənilir.

Politoloqun qənaətinə görə, Putin və Si Cinpin görüşündən sonra dünyanı təəccübləndirəcək qərarların qəbul edilməsi ehtimalı yüksək deyil. Daha çox dostluq və əməkdaşlıq mesajlarının veriləcəyi, Çin rəhbərliyinin həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışacağı gözlənilir.

"Putinin bu səfərdən maksimum nəticə əldə edəcəyini düşünmürəm. Daha çox qarşılıqlı dəstək və əməkdaşlıq bəyanatları səslənəcək", – deyə Abutalıb Səmədov vurğulayıb.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 06:36
Netanyahu Trampla görüşündə İranın “yalanını açacaq”

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ- a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

28.07.2026 / 13:50
İraqdakı İranyönlü şiə qruplar Səudiyyəni hədələdi - bizə hücum olsa...

28.07.2026 / 13:43
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqləndi

28.07.2026 / 13:39
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ - sunami xəbərdarlığı edildi...

28.07.2026 / 13:25
Ukrayna Moskvada daha bir logistika mərkəzini vurdu…

28.07.2026 / 13:10
İrandan Azərbaycana 7 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

28.07.2026 / 12:53
Putin Prezident İlham Əliyevə zəng edib

28.07.2026 / 12:38
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlandı

28.07.2026 / 11:56
Ukraynanın keçmiş prezidenti Yanukoviç soyadını dəyişdirdi və Soçiyə köçdü…

28.07.2026 / 11:41
Rəsmi Bakıdan Rusiya XİN-ə sərt təpki - buna son qoyulmalıdır...

28.07.2026 / 11:19
Qara dənizdə Rusiyanın vurduğu Türkiyə gəmisi batdı...

28.07.2026 / 11:01
ŞOK!!! İran Tramp ailəsini açıq sui-qəsdlə təhdid etdi - "Bizi gözləsin"…

28.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlandı

28.07.2026 / 10:27
Abşeronda uşaq yanan doqquzmərtəbədən özünü atdı...

28.07.2026 / 10:22
Zelenski Trampla görüşmək üçün ABŞ-a getdi...

28.07.2026 / 10:04
ABŞ danışıqlar sona çatana qədər Hörmüzün açıq qalmasını istədi, İran rədd etdi…

28.07.2026 / 09:47
Azərbaycan nefti 95 dollara satılır

28.07.2026 / 09:12
Putindən ordu ilə bağlı yeni qərar – şəxsi heyətin sayı 27 min nəfər artdı…

28.07.2026 / 08:25
İran Ukraynanı qisasla hədələdi - Xəzərdə dənizçinin ölümünə görə…

28.07.2026 / 08:12
İran Hörmüzü keçən Rusiya gəmilərinə xüsusi imtiyaz verir

28.07.2026 / 07:58
Livan öz ərazisindən Aralıq dənizinə “neft yolu” təklif etdi

28.07.2026 / 07:47
Tramp İranı Venesuela ilə müqayisə etdi - “…onlar məğlub edilməlidir”…

28.07.2026 / 07:39
İran-Oman danışıqları yenidən başladı, ikincilər nikbindir

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 21:09
Ermənistan şirkətləri də faktiki olaraq geosiyasi vəziyyətin girovuna çevriliblər...

27.07.2026 / 21:03
Husilər Səudiyyənin liman şəhərində neft obyektlərini bombaladı…

27.07.2026 / 20:55
Ermənistanın yeni enerji dəhlizi ABŞ və Rusiyanın xoşuna gələcəkmi...

27.07.2026 / 20:40
BMT və NATO-da Rusiyaya qarşı 2 gediş - Putin hələ də Trampı “tumarlayır”... niyə?

27.07.2026 / 20:27
Moldova separatçı Dnestryanı problemini su və Ukrayna vasitəsilə həll etməyə çalışır

27.07.2026 / 20:18
Zelenski İranla münasibətlərin pisləşməsinə münasibət bildirdi – birinci onlar bizə hücum edib…

27.07.2026 / 20:10
ABŞ İranda yenidən iğtişaşlar yaratmaq istəyir

27.07.2026 / 19:56
Neft sənayesinə zərbələr və Ukrayna ssenarisi: ruslar Qazaxıstanı seçim qarşısında qoyur...

27.07.2026 / 19:40
Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

27.07.2026 / 19:26
Tramp və İrandan ziddiyyətli açıqlamalar – biri “danışıqlar aparırıq” deyir, digəri “heç bir danışıq aparılmır” deyir…

27.07.2026 / 19:11
Fransa səfiri İran XİN-ə çağırıldı - üzr istəməlisiniz…

27.07.2026 / 18:53
34 yaşlı xanım baş direktor Putinin ən böyük kabusu oldu – HHM sistemləri çökdü, Kremlin bütün planları alt–üst oldu…

27.07.2026 / 18:30
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib

27.07.2026 / 18:02
Ermənistanın eks-ombudsmanı TRİPP-i aparıb Bjezinskiyə bağladı

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ