şənbə günü, 26 sentyabr 2026
     

Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi zəruriliyi

Image


Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü ilk dəfə 2024-cü ildə Şuşada keçirilmişdir. Növbəti görüş "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunda 2026-cı il mayın 13-də Qazaxıstanın Şuşa ilə qardaşlaşmış şəhəri, Türk Dünyasının Mənəvi Paytaxtı" olan Türküstan şəhərində keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında türk dövlətləri ilə rəqəmsal inkişaf, Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsinin icra olunmasını, layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsinin planlaşdırılmasını, türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini, gələcəkdə Zəngəzur dəhlizinin də yer alacağı Orta Dəhlizin əhəmiyyətinin daha da artmasını, Orta Dəhliz boyunca gömrük prosedurlarının sadələşdiriməsini, Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sisteminin elektron icazələrin operativ şəkildə verilməsini təmin etməsini bildirməklə yanaşı, bir daha vurğuladı ki, "ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir".

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2025-ci il 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində də beynəlxalq münasibətlərdə olan yeni reallıqları, Qərb ölkələrində siyasi və mənəvi böhranların olduğunu, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı kimi yeni aktorun güc mərkəzinə çevrilə biləcəyini vurğulamışdı: "...Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır".

Zirvə görüşündə türk dövlətləri arasında siyasi, iqtisadi, rəqəmsal və mədəni əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Türküstan Bəyannaməsi də imzalandı. Bəyannamədə türk dövlətləri arasında birliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, süni intellekt, rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlığın artırılması, nəqliyyat, enerji və ticarət əlaqələrinin genişləndirilməsi, investor xidmətlərini asanlaşdıran rəqəmsal platformaların inkişafının dəstəklənməsi, türk dünyasının ortaq tarix, dil və mədəni irsinin qorunması, regional təhlükəsizlik və sabitlik məsələlərində koordinasiyanın gücləndirilməsi, beynəlxalq platformalarda ortaq mövqelərin dəstəklənməsi məsələləri əksini tapmışdır.

Türk dünyasını birləşdirmək, birgə inkişafını təmin etmək məqsədilə yaradılan Türk Dövlətləri Təşkilatının fəaliyyətində əsas vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülh yaradılması, türk dövlətlərinin xarici siyasət məsələlərinə ortaq yanaşma, beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa qarşı birgə mübarizə, regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, informasiya mübadiləsinin təşviq edilməsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsidir. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı və bu qurumun müəyyən inkişaf yolu keçməsində hər cür maneələri dəf edən Türk dünyasının liderlərindən olan Heydər Əliyevin və Süleyman Dəmirəlin rolu böyükdür. Ümummilli lider Heydər Əliyev türkdilli, türkmənşəli respublikaların ümumi toplantısı olan Türk Dövlətləri Başçılarının zirvə toplantılarına üzv dövlətlərin hər birinin müstəqil dövlət kimi mövcud olması, dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, ortaq dəyərlərin qiymətləndirilməsi, tarixi irsi canlandırmaq baxımından önəm verirdi. Belə toplantılarda həmçinin Qafqazdakı münaqişələrin nizamlanması, bölgədə təhlükəsizlik, iqtisadi, mədəni, elmi və sairən məsələlər də müzakirə edilirdi. Heydər Əliyev qurumda bütün türk dövlətlərinin, xalqlarının, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Qaqauziya, Tatarıstan, Başqırdıstan nümayəndələrinin bir yerdə olması, kökləri haqqında müzakirələr edilməsinin türk xalqlarının birləşdirilməsi baxımından əhəmiyyətini bildirirdi. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur.

TDT-na daxil olan dövlətlərin əraziləri böyükdür, əhalinin sayı da çoxdur. TDT-na üzv və müşahidəçi olan dövlətlərin ümumilikdə ərazisi 95.046,3709 km², əhalisi təxminən 178 milyondu (Türkiyənin ərazisi 783.562 km², əhalisi 85, 5 milyon, Azərbaycanın ərazisi 86, 6 km², əhalisi 10 milyon, Qazaxıstanın ərazisi 2,724,900 km², əhalisi 20 milyon, Özbəkistanın ərazisi 448,978 km², əhalisi 38 milyon, Qırğızıstanın ərazisi 199,951 km², əhalisi 7 milyon, Türkmənistanın ərazisi 491.200 km², əhalisi 7 milyon, Macarıstanın ərazisi 93,030 km², əhalisinin sayı 10 milyon, Şimali Kipr Türk Republikasının ərazisi 3,355 km², əhalisinin sayı 300 min). TDT-nın güc mərkəzinə çevrilməsini təşkilata daxil olan dövlətlərin ərazisinin böyüklüyü, əhalisinin çoxluğu ilə yanaşı zəngin təbii ehtiyyatları, iqtisadiyyatının çoxşaxəli olması, geostrateji mövqeləri də şərtləndirir. Çinlə Böyük Britaniyanı birləşdirəcək uzunluğu 10 min mildən çox olan Tarixi İpək Yolunun 17 iştirakçısından (Çin, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Rusiya, Belarus, Polşa, Almaniya, Niderland, Belçika, Böyük Britaniya) 4-ü (Qazaxıstan, Qırğızıstan, Azərbaycan,Türkiyə) türk respublikasıdır.

TDT-da üzv olan Türkiyə böyük geosiyasi nüfuza malik olub, NATO hərbi təşkilatında güclü orduya sahib dövlətdir. Dünyada sülh və təhlükəsizliyə vasitəçi olan ədalətli bir dövlət kimi nüfuz qazanmışdır. Türkiyənin xarici siyasət təcrübəsi, hərbi quruluşu, siyasi sabitliyi və intellektual insan potensialı, eləcə də Orta Asiya və Qafqaz türk dövlətlərinin təbii ehtiyatları, böyük coğrafi ölçüləri və bir çox başqa səbəblərlə TDT vacib bir birliyə çevrilməlidir.

TDT-nın digər üzvü Azərbaycan dünya xəritəsində yerləşməsinə, neft və qaz ilə zəngin olmasına görə və çoxşaxəli iqtisadi əlaqələr baxımından fərqlənir. Türkiyə ilə yanaşı humanitar yardımlarda fəal iştirak edir.

Təşkilatın digər üzvlərinin də özəllikləri var. Qazaxıstan zəngin neft ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Özbəkistan təbii qaz, zəngin qızıl, uran ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Qırğızıstan əlvan metalları ilə zəngindir.

TDT-da müşahidəçi ölkə olan Türkmənistanın geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir. Təbii qaz və neft ehtiyatına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Macarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Şimali Kipr Türk Republikası Ağ dəniz ilə əhatə olunmuş strateji əhəmiyyətli respublikadır.

Türklər tarix boyu mədəniyyət və adət-ənənələrə söykənən qardaşlıq münasibətlərinə diqqət yetirərək, vahid bir millətin övladları olduqları barədə inamlarını qorumağa müvəffəq olmuşlar. Tarixin bütün dövrlərində türk dövlətləri, xüsusən də Azərbaycan və Türkiyə bir-birləri ilə əlaqələr saxlamışlar, türk kimliyini unuitmamışlar. TDT-da inteqrasiya prosesindəki maneələri aradan qaldırmaq üçün həll yollarını müəyyən etmək əhəmiyyət kəsb etmişdir. TDT siyasi, iqtisadi, mədəni sahədə əlaqələrini türk kimliyi bağlılığı nöqteyi-nəzərindən həyata keçirməlidir. TDT-nın üzv dövlətləri arasında sərbəst gediş-gəliş, sərbəst yaşama, ortaq ordu, ortaq bazar münasibətləri qurulmalıdır. Dövlətlərarası əlaqələrdə ortaq tarix, mədəni dəyərlər, normalar və dil kimi elementləri ön plana çıxarmaqla, türk dünyası münasibətlərinin daha sıx formalaşmasına şərait yaratmaq lazımdır.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ