ABŞ-ın hücumlarının gözlənilməz əks ssenarilərlə qarşılaşacağını və ABŞ-ın bir daha "bataqlığa batacağını" bildirən İran Baş Qərargahının sözçüsü briqada generalı Şikarçi iddia edib ki, Tramp Təl-Əvivdən gələn təxribatlar əsasında hərəkət edir.
ABŞ-a İrana mümkün hücumlar barədə xəbərdar edən Şikarçı, ABŞ-ın İrana yeni hücumunun daha da dağıdıcı nəticələrə səbəb olacağını bildirib.
İran lideri Müctəba Xameneinin baş müşaviri və ölkənin aparıcı siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti də Trampın Tehrana qarşı təhdid dolu ritorikası ilə bağlı xəbərdarlıq edib: "İsrailin ipi ilə quyuya girməyin baha başa gələcəyi var... Trampın Təl-Əvivin təhriki ilə artan təhdidləri strateji tələdir".
Tahir TAĞIYEV