çərşənbə günü, 29 iyul 2026
     

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO

Image


Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Zati-aliləri, xanımlar və cənablar, əziz qonaqlar.

Əvvəlcə mən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını Bakıda salamlamaq və Foruma uğurlar arzulamaq istərdim. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.

Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.

Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Mən vaxtınızı çox almaq istəmirəm.

Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar. Mən Bakıda bütün qonaqlara xoş səfər arzu edirəm, Ümumdünya Şəhərsalma Forumuna uğurlar diləyirəm. Sağ olun.

x x x

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirildi.

BMT-nin Baş katibi müraciətində Ümumdünya Şəhərsalma Forumunun məqsədləri reallığa çevirmək üçün bir təkan olacağını vurğuladı.

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok isə dedi: “Bu tədbir, həmçinin mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün də imkan yaradır”.

x x x

Daha sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, hörmətli dövlət və hökumət başçıları, hörmətli xanım icraçı direktor, hörmətli nazirlər, merlər və hörmətli nümayəndələr, xanımlar və cənablar.

Mən böyük şərəf hissi ilə tarixi Bakı şəhərində sizin qarşınızda dayanmışam. Burada - qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhərdə sizin qarşınızda çıxış edirəm. Mən ən səmimi salamlarımı Azərbaycan hökumətinə və Azərbaycan xalqına çatdırıram. Bizə göstərilmiş səmimi qonaqpərvərliyə və bu tədbirin keçirilməsinə görə təşəkkürümü bildirirəm.

Mən, həmçinin burada BMT-nin Baş katibi cənab Antonio Quterreş və BMT Baş Assambleyasının prezidenti xanım Annalena Berbokun bizə verdikləri mesajı alqışlayıram. Nəzərə almalıyıq ki, qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdir.

Zati-aliləri, Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilir. Bir daha fundamental bir vədi qeyd etməliyik ki, əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında yerinə yetirməmiş olacağıq. Beləliklə, bu forumun mövzusu sadəcə bir şüar deyil, bu, bizi tədbirlərin görülməsinə səsləyən bir çağırışdır. Amma icazə verin, bir daha xatırladım, bu çağırış, tədbirlərin görülməsi real dünyaya və real iqtisadiyyata söykənməlidir. Bu baxımdan biz bütün dünya üçün bu məsələni həll etməliyik və okeanları, dənizləri qət edərək siyasi iradəmizi göstərməliyik. Düzgün siyasət yürütməliyik və bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq.

BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə, qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,8 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. İki milyard şəhər sakini 2040-cı ilə qədər 0,5 Selsi dərəcəsindən əziyyət çəkəcəklər. Bu, nəinki qeyri-adekvat yaşayış yerləridir, o cümlədən mühüm rəqəmlərdir və onlar bu gün həyat mübarizəsi aparırlar. BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti kimi mən qeyd edirəm ki, nazirlərin dünən keçirilən görüşündə qeyd olundu ki, Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin orta səviyyədə nəzərdən keçirilməsi üçün yüksəksəviyyəli qeyri-rəsmi görüşə hazırlaşır və onlar da eyni istiqamətdə addımlayaraq oxşar çətinliklərlə üzləşirlər. Bu, bizim ümumi məqsədimizdir və biz ona nail olmalıyıq.

Mən burada sizə söyləməliyəm ki, biz bu mübarizədə tək deyilik. Gəlin, öz səylərimizi iki dəfə artıraq ki, Yeni Şəhərsalma Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerli səviyyədə işlər görək. Bildiyiniz kimi, bizim Assambleyamız hamı üçün adekvat iş yerlərinin yaradılması baxımından hökumətlərarası işçi qrupunu yaratmışdır. Bu, tarixi bir platformadır ki, çoxtərəfli əməkdaşlıq baş tutsun və qlobal siyasət ilə yerli səviyyədə görülən işlər arasında körpü salınsın.

Zati-aliləri, mən burada Assambleyanın prezidenti kimi qarşınızda çıxış edərək bildirmək istəyirəm ki, şəxsən mənim ölkəmin - Malayziyanın da bu sahədə təcrübəsi var. Malayziyanın getdiyi yol bu gün Yeni Şəhərsalma Gündəliyinə uyğundur və Malayziyanın “Madani” planına tam uyğun gəlir. Biz məhz 1,1 milyon əlçatan evin yaradılmasına, 77 faiz evə sahib olma dərəcəsinə nail olmuşuq. 115 milyon ağac əkərək yaşıllıq hədəflərinə nail olmuşuq və yerli hakimiyyət orqanları könüllü şəkildə yerli səviyyədə 60 faizdən çox tədbirlər görmüşdür. Bu da Dayanıqlı İnkişaf Məqsədlərinə doğru həyata keçirdiyimiz siyasətin müsbət təsirini göstərir.

Zati-aliləri, bu gün mən xüsusi vurğulayıram ki, əgər biz şəhərlərin xəritəsinə baxsaq, ona sırf elə yol və zonalardan ibarət ərazi kimi baxmalı deyilik. Biz burada simaları görürük. Əgər biz görürüksə ki, gənc sahibkar xarabalıqda öz biznesinə başlamaq istəyirsə, dənizin çəkilməsi nəticəsində sahilyanı yerlərdə ailələr risklərlə üzləşirsə, onda hamımız bu öhdəliyi öz üzərimizə götürməli, insanlar üçün doğru şəhərsalmanı həyata keçirməliyik və məhz illik 5,4 trilyon dollar maliyyə boşluğu üzə çıxır. Mən növbəti il Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bu mandatımı verdiyim zaman sizi dəvət edirəm ki, biz tədbirlər planının həyata keçirilməsinə başlayaq. Bu, iddialı və çox hərtərəfli bir proqram olacaqdır.

Zati-aliləri, hörmətli hökumət başçıları, Azərbaycan ev sahibi olaraq anlayır ki, evin olması əsl dəyərdir və bu, çox mühüm bir məfhumdur. Burada gözəl bir kəlam var: “Hər kəsin öz evi öz qibləsidir”. Əsrlər boyu belə olubdur. Özünü evdə hiss etmək – bu, olduqca vacibdir. Bir halda ki, dünya qeyri-sabit vəziyyətlə üzləşir və görürük ki, təsisatlar öz səlahiyyətlərini yerinə yetirmir, yetirə bilmir, texnologiyalar bizim cəmiyyətimizi dəyişir - bu anlarda yadda saxlayın ki, gələcək onu proqnozlaşdıranlara yox, onu quranlara, onu inşa edənlərə məxsusdur və bizim vəzifəmiz gələcək şəhərsalmanın memarlarına kömək etməkdir.

Azərbaycanın daha bir gözəl kəlamı var və bu, bizim işimizə aiddir: “Dama-dama göl olar, axa-axa sel olar”. Bir daha gəlin, Azərbaycanın bu müdrik kəlamını özümüz üçün təlimat kimi götürək. Bir halda ki, hər hansı bir siyasət müzakirə oluna bilər, hər hansı bir tərəfdaşlıq formalaşa bilər və hər hansı bir öhdəlik Bakıda formalaşa bilər, bu, ümid çırağıdır. Gəlin, birgə olaraq tədbirləri formalaşdıraq və o, bizi gələcəyə doğru aparacaq, heç kəs və heç bir yer diqqətdən kənarda qalmayacaq.

Mən sizin hamınıza çox məhsuldar və səmərəli forum arzu edirəm. Çox sağ olun.

x x x

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq.

Zati-aliləri, hörmətli nazirlər, öz dövlətlərinin və yerli hakimiyyət orqanlarının hörmətli nümayəndələri.

Hörmətli həmkarlar və qonaqlar.

Bütün protokol qaydalarına riayət edirəm. Mən əvvəlcə səmimi-qəlbdən öz fikrimi ifadə edirəm ki, Bakıda çox gözəl bir hava şəraiti yaranıb və biz bundan çox məmnunuq.

Zati-aliləri, biz gələcəyin nə gətirəcəyini bilməyə bilərik, lakin insanların bu gün qarşılaşdığı reallıqları yaxşı bilirik - iqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar. Bu çətinliklər fonunda 1 milyarddan çox insan hələ də qeyri-sabit şəraitdə yaşayır - suya, kanalizasiyaya, elektrik enerjisinə, layiqli işə və təhsilə etibarlı çıxışı olmadan, xəstəliklərin yayıldığı və ən çox uşaqların sağlamlıq baxımından əziyyət çəkdiyi əlverişsiz mühitdədir. Bu, insanların böyük əksəriyyətinin yaxın gələcəkdə şəhərlərdə yaşayacağı bir dünyadır. Elə şəhərlər ki, burada bir çox gənclər, yaşlı insanlar, miqrantlar və yeni gələn şəxslər yaşamağa maddi imkan tapa bilməyəcəklər. Elə şəhərlər ki, burada daha çox insan məcbur olub küçələrə və qeyri-rəsmi yaşayış məntəqələrinə çıxacaq. Getdikcə daha çox olanlar və olmayanlar arasında bölünən şəhərlər üzə çıxacaq.

Zati-aliləri, hörmətli həmkarlar. Dünyanın müxtəlif icmalarından və yüksəksəviyyəli liderlərindən ibarət on minlərlə insanın burada - Bakıda bir araya gəlməsi təsadüfi deyil. Məqsədimiz bir mühüm suala cavab tapmaqdır: qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar?

Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, - Zati-aliləri də bunu xatırlatdı, - biz burada, Bakıda dözümlülük, - biz bunu şəhərə aid edirik, - qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Bu, reallıqdır, bu gün bir çox şəhərlərdə görünür.

Biz burada komanda halında işi, sürətli reaksiyanı görürük və bizim hamımızı bu gözəl bir məkana topladığınıza görə sizə təşəkkürümüzü bildiririk. Maraq səviyyəsi və iştirak burada müstəsnadır. Bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bizə daha da yaxşı şəkildə göstərir və beləliklə, gəlin, özümüzə xatırladaq ki, biz birlikdə bu yolda sıfırdan başlamırıq.

Bütün regionlarda mənzil məsələsi iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlığı ilə əlaqəli əsas siyasət prioritetinə çevrilir. Afrika boyunca hökumətlər əlçatan mənzil layihələrini, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsini və infrastruktur investisiyalarını inkişaf etdirirlər. Asiya və Sakit okean regionunda bir sıra ölkələr şəhərin yenilənməsi, əlçatanlıq və genişmiqyaslı mənzil tikintisi proqramlarını həyata keçirir. Latın Amerikasında sosial proqramlar var, Yaxın Şərqdə mənzil siyasəti getdikcə daha çox iqtisadi şaxələndirmə və demoqrafik dəyişikliklərlə əlaqələndirilir. Avropada və Şimali Amerikada isə hökumətlər artan şəhər təzyiqlərinə cavab olaraq əlçatan mənzil siyasəti həyata keçirirlər.

Dostlar, dünya diqqətini mənzil məsələsinə yönəltdiyi bir vaxtda artıq paylaşdığımız ortaq prinsipləri və baxışları da özümüzə xatırladırıq. Biz qəbul edirik ki, mənzil böhranı həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları böhranıdır. Şəhərlərimizin gələcəyi istisna üzərində deyil, inklüzivlik üzərində qurulacaqdır. Mənzil sistemləri uğursuz olduqda şəhərlər inkişaf edə bilməz. Biz bilirik ki, insanlar evlərini itirdikdə onlar, sadəcə, divarları və damı deyil, təhlükəsizliyini, dolanışıq imkanlarını və aidiyyət hisslərini də itirirlər. Mənzil hüququnun iqlim dəyişikliyi səbəbindən getdikcə daha çox təhdid altında olduğunu qəbul edərək biz, həmçinin ortaq bir fikri paylaşırıq: iqlim fəaliyyəti və mənzil siyasəti artıq ayrı-ayrı müzakirələr mövzusu ola bilməz. Bərpa mənzildən başlayır, dayanıqlılıq elə evin özündən başlayır. Bu gün tikdiyimiz evlər sabahın iqlim reallıqlarına davam gətirməlidir. Buna görə də biz inanırıq ki, mənzil siyasətdən kənarda deyil, qlobal fəaliyyətin mərkəzində yer almalıdır.

Mənzilin iqtisadi və maliyyə aspektlərini araşdırarkən biz birlikdə qəbul edirik ki, mənzil yalnız sosial zərurət deyil, həm də güclü iqtisadi mühərrikdir. Mənzilin sosial və iqtisadi potensialını reallaşdırmaq üçün möhtəkirliyə deyil, evləri maliyyələşdirən maliyyə sistemlərinə ehtiyac var.

Yeni Şəhərsalma Gündəliyinin aralıq icmalı həm bugünkü şəhər problemlərinin aktuallığını, həm də Kitoda verilmiş öhdəliklərin davamlı əhəmiyyətini təsdiqləməlidir. WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Artıq diqqəti həll yollarına yönəltməyin vaxtıdır. Hamı üçün adekvat mənzilə nail olmağın yolları hansılardır? Biz harada səhv etmişik və irəliləyişə nail olmaq üçün nəyin fərqini nəzərə almalıyıq? BMT-nin Məskunlaşma Proqramı qlobal mənzil böhranının həllinə malikdirmi? Qeyri-adekvat mənzil şəraitində yaşayan təxminən 3 milyard insan üçün bütün cavablarımız varmı? Gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insan üçün nə edə bilərik? Yaxud evsiz vəziyyətdə olan təxminən 300 milyon insan üçün nə edə bilərik? Mən bunu iddia etməyəcəyəm, lakin bunu əlavə etməyə icazə verin. Burada məhz kollektiv səylər onu göstərir. Biz əlbəttə ki, burada bir araya gəlməyimizin vaxtını, xərcini əlavə etməyə cəsarət ediriksə, iqlimə təsiri əsla yüngül qiymətləndirməməliyik. Biz bir-birimizi dinləməli, təcrübəni bölüşməli və addımlar atmalıyıq. Bakı bu ilin iyul ayında keçiriləcək Baş Assambleyanın yüksəksəviyyəli toplantısına aydın bir mesaj göndərmişdir. Biz mənzil böhranını sadəcə tanımaqdan çıxaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə konkret siyasətlər və investisiyalar yatırmalıyıq. Ümid edirəm ki, biz Bakıdan bu inamla ayrılacağıq: bugünkü qlobal çağırışlara baxmayaraq, adekvat mənzil hər kəs üçün istisnasız olaraq əlçatan ola bilər.

Sonda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istəyirəm.

İndi isə mən məmnuniyyətlə sessiyanı rəsmi olaraq açıq elan edirəm. Sağ olun.

x x x

Bununla da rəsmi açılış mərasimi başa çatdı.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 06:36
Netanyahu Trampla görüşündə İranın “yalanını açacaq”

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ- a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

28.07.2026 / 13:50
İraqdakı İranyönlü şiə qruplar Səudiyyəni hədələdi - bizə hücum olsa...

28.07.2026 / 13:43
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqləndi

28.07.2026 / 13:39
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ - sunami xəbərdarlığı edildi...

28.07.2026 / 13:25
Ukrayna Moskvada daha bir logistika mərkəzini vurdu…

28.07.2026 / 13:10
İrandan Azərbaycana 7 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

28.07.2026 / 12:53
Putin Prezident İlham Əliyevə zəng edib

28.07.2026 / 12:38
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlandı

28.07.2026 / 11:56
Ukraynanın keçmiş prezidenti Yanukoviç soyadını dəyişdirdi və Soçiyə köçdü…

28.07.2026 / 11:41
Rəsmi Bakıdan Rusiya XİN-ə sərt təpki - buna son qoyulmalıdır...

28.07.2026 / 11:19
Qara dənizdə Rusiyanın vurduğu Türkiyə gəmisi batdı...

28.07.2026 / 11:01
ŞOK!!! İran Tramp ailəsini açıq sui-qəsdlə təhdid etdi - "Bizi gözləsin"…

28.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlandı

28.07.2026 / 10:27
Abşeronda uşaq yanan doqquzmərtəbədən özünü atdı...

28.07.2026 / 10:22
Zelenski Trampla görüşmək üçün ABŞ-a getdi...

28.07.2026 / 10:04
ABŞ danışıqlar sona çatana qədər Hörmüzün açıq qalmasını istədi, İran rədd etdi…

28.07.2026 / 09:47
Azərbaycan nefti 95 dollara satılır

28.07.2026 / 09:12
Putindən ordu ilə bağlı yeni qərar – şəxsi heyətin sayı 27 min nəfər artdı…

28.07.2026 / 08:25
İran Ukraynanı qisasla hədələdi - Xəzərdə dənizçinin ölümünə görə…

28.07.2026 / 08:12
İran Hörmüzü keçən Rusiya gəmilərinə xüsusi imtiyaz verir

28.07.2026 / 07:58
Livan öz ərazisindən Aralıq dənizinə “neft yolu” təklif etdi

28.07.2026 / 07:47
Tramp İranı Venesuela ilə müqayisə etdi - “…onlar məğlub edilməlidir”…

28.07.2026 / 07:39
İran-Oman danışıqları yenidən başladı, ikincilər nikbindir

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 21:09
Ermənistan şirkətləri də faktiki olaraq geosiyasi vəziyyətin girovuna çevriliblər...

27.07.2026 / 21:03
Husilər Səudiyyənin liman şəhərində neft obyektlərini bombaladı…

27.07.2026 / 20:55
Ermənistanın yeni enerji dəhlizi ABŞ və Rusiyanın xoşuna gələcəkmi...

27.07.2026 / 20:40
BMT və NATO-da Rusiyaya qarşı 2 gediş - Putin hələ də Trampı “tumarlayır”... niyə?

27.07.2026 / 20:27
Moldova separatçı Dnestryanı problemini su və Ukrayna vasitəsilə həll etməyə çalışır

27.07.2026 / 20:18
Zelenski İranla münasibətlərin pisləşməsinə münasibət bildirdi – birinci onlar bizə hücum edib…

27.07.2026 / 20:10
ABŞ İranda yenidən iğtişaşlar yaratmaq istəyir

27.07.2026 / 19:56
Neft sənayesinə zərbələr və Ukrayna ssenarisi: ruslar Qazaxıstanı seçim qarşısında qoyur...

27.07.2026 / 19:40
Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

27.07.2026 / 19:26
Tramp və İrandan ziddiyyətli açıqlamalar – biri “danışıqlar aparırıq” deyir, digəri “heç bir danışıq aparılmır” deyir…

27.07.2026 / 19:11
Fransa səfiri İran XİN-ə çağırıldı - üzr istəməlisiniz…

27.07.2026 / 18:53
34 yaşlı xanım baş direktor Putinin ən böyük kabusu oldu – HHM sistemləri çökdü, Kremlin bütün planları alt–üst oldu…

27.07.2026 / 18:30
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib

27.07.2026 / 18:02
Ermənistanın eks-ombudsmanı TRİPP-i aparıb Bjezinskiyə bağladı

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ