Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dron hücumu həyata keçirilib. Əbu-Dabi Media Ofisinin açıqlamasına görə, dron hücumu Əl-Dəfra bölgəsindəki Bərəkə Atom Elektrik Stansiyasının daxili təhlükəsizlik dairəsi ətrafında elektrik generatorunda yanğına səbəb olub.
Açıqlamada hücumda heç kimin xəsarət almadığı və obyektdə radiasiya səviyyəsinin normal olduğu bildirilərək, bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb.
"Federal Nüvə Tənzimləmə Orqanı (FANR) yanğının stansiyanın təhlükəsizliyinə və ya əsas sistemlərinə təsir etmədiyini, bütün qurğuların normal işlədiyini təsdiqləyib..." – deyə açıqlamada bildirilir.
Tahir TAĞIYEV