İran xarici hərbi təcavüzə qarşı mübarizə apararkən, eyni zamanda da ölkə daxilində casuslara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir.
İranın Təhlükəsizlik Xidmətinin rəisi Əhməd Rza Radan ABŞ və İsrailin hücumlarının başladığı 28 fevraldan bəri ölkədə "dövlətə xəyanət və casusluq" şübhəsi ilə 6500-dən çox insanın saxlanıldığını açıqlayıb. O, saxlanılanlardan 567-sinin "İran əleyhinə inqilabi qruplarla əlaqəli" olduğunu iddia edib.
Radan həmçinin bildirib ki, 2025-ci ilin dekabrında başlayan etirazlarla bağlı həbslər hələ də davam edir.
Tahir TAĞIYEV