Ermənistanda seçki kampaniyası zamanı "Vətəndaş Müqaviləsi" Partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan sərt açıqlamalar verib. Paşinyan xüsusilə maskalı silahlı şəxslərin video yayaraq onu hədələməsinə qəzəblənib.
O, "Qarabağ ləhcəsi ilə danışan hər kəsin maskasını ifşa edəcəyini" bildirib və əlavə edib ki, internetdə müxtəlif videolar yayanların susdurulacağı və maskalarının "lazım olduqları yerə soxulacağını" bildirilib: "Maskalarınızı çıxarın! Çıxarın maskalarınızı! Robun (Robert Koçaryan - red.) itləri, Serjin (Sarkisyan - red.) itləri, Qaqonun (Sarukyan - red.) itləri! Hamınızı əzəcəyəm”.
Robert Köçəryanın oğulları Qaqik Tsarukyan və Samvel Karapetyandan bəhs edən Paşinyan onları "əclaflar" və "döyüş meydanından qaçanlar" adlandırıb. "Siz qorxaq xainlərsiniz, maskalarınızı çıxarın, hamınızı diz çökdürüb məhv edəcəyəm", - deyə Paşinyan bildirib.
Tahir TAĞIYEV