Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin Naxçıvan istiqaməti üzrə reysləri ləğv olunub.
AZAL-dan verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
Qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.
ZÜMRÜD