İran mediası və Tehran administrasiyasına yaxın etibarlı mənbələr iki ölkə arasında gizli mətn layihəsini deşifrə edib.
İran mediasının məlumatına görə, ABŞ əvvəlki sərt və güzəştsiz mövqeyindən kəskin şəkildə dönərək, danışıqlar davam etdiyi müddətcə İran neftinə tətbiq edilən ağır sanksiyaları müvəqqəti olaraq "dayandırmağı" qəbul edib.
Vaşinqton administrasiyası yekun razılaşma əldə olunana qədər, yalnız ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) vasitəsilə müvəqqəti güzəştlər təklif edə bilər. Bunun əksinə olaraq, Tehran administrasiyası bütün iqtisadi blokadanın tamamilə və birdəfəlik qaldırılmasında israr etməyə davam edir.
Tahir TAĞIYEV