şənbə günü, 26 sentyabr 2026
     

Şəhərsalma ustası olan xalqın WUF13-də dünyaya öyrədəcəyi çox pozitivlər var...

Image


Azərbaycan xalqı qədim şəhərsalma mədəniyyətinə malikdir. Gəncə, Bakı, Qəbələ, Naxçıvan, Təbriz, Dərbənd və başqa şəhərlər xalqımızın şəhəryaratma tarixində xüsusi yer tutur. Bu şəhərlər qədim şəhərsalma mədəniyyətimizin çox unikal nümunələridir.

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında Prezident İlham Əliyev Azərbaycanın qədim şəhər salma mədəniyyətinə malik olduğunu bildirib:“Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər”.

Prezident İlham Əliyev vurğulayıb ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib: “Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı şəhəryaradan xalqdır.

Alimlərimizin araşdırmalarında da qeyd olunur ki, Azərbaycanda şəhərsalma mədəniyyəti minillik tarixə malik olub, qədim yaşayış məskənlərindən müasir meqapolislərə qədər mürəkkəb inkişaf yolu keçib.

Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyevin “Azərbaycanın qədim və orta əsrlərdə şəhərsalma tarixi” adlı məqaləsində vurğulanır ki, Arxeoloji tədqiqatlar şəhərsalma prosesinin Azərbaycanda Tunc dövrünə təsadüf etdiyini və erkən əkinçi cəmiyyətin tərəqqisi nəticəsində təşəkkül tapdığını təsdiqləyir. “Azərbaycanda şəhər mədəniyyətinin inkişafında Atropatena və Albaniya dövlətlərinin fəaliyyəti mühüm mərhələ olub. Yazılı mənbələrdə Albaniyada 29 şəhər və iri yaşayış məskəninin mövcudluğu əksini tapıb. Albaniyanın paytaxtı olmuş Qəbələdə genişmiqyaslı arxeoloji qazıntılar aparılıb, qədim şəhərin tikililəri üzə çıxarılıb. Qəbələnin arxeoloji memarlığı Albaniyanın antik şəhərsalma və memarlığının başlıca xüsusiyyətlərinin dərk olunmasına imkan yaradır”.

Məqalədə qeyd olunur ki, orta əsrlərdə Azərbaycanda müsəlman tipli şəhərlər formalaşıb. Yazıda bildirilir ki, IX-X əsrlərdə bu proses sürətlənib, şəhərsalma fəaliyyəti genişlənib, şəhər həyat tərzi möhkəmlənib, sosial-psixoloji kontekst dəyişib, yeni tip şəhər formalaşıb. “Müsəlman Şərqinin digər ölkələrində olduğu kimi, Azərbaycanda da artıq IX-X əsrlərdə müsəlman şəhəri üçün bütün səciyyəvi əlamətlər mövcud idi. Şəhərlərin əsasən üç topoqrafik hissədən - narınqala (iç qala), şəhristan (içərişəhər) və rabaddan (bayır şəhər) ibarət olması müsəlman cəmiyyətində baş verən sosial-iqtisadi proseslərlə şərtlənmişdi. Şəhər landşaftında məhəllə və Came məscidləri, minarələr və müsəlman memarlığının digər ictimai-dini binaları xüsusi önəm kəsb edirdi. Binaların tikintisində müsəlman memarlığı üçün səciyyəvi olan çatma tağlar, tağ-tavanlar, günbəzlər, çatma tağlı portallar, şəbəkəli pəncərələr, stalaktit karnizlər kimi konstruktiv elementlərdən, interyerin bədii tərtibatında gəc üzrə oyma bəzəklərdən geniş istifadə olunurdu.

Erkən İslam dövründə (VIII-X əsrlər) formalaşan müsəlman tipli Azərbaycan şəhəri səlcuqlar dövründə çiçəklənmə çağını keçirib. Tədqiqatçılar XII əsrdə Azərbaycanda 70-ə yaxın şəhərin olduğunu müəyyənləşdiriblər. Həmin şəhərlərdən bəziləri - Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Naxçıvan, Dərbənd öz köhnə adlarını saxlayıb. Bu şəhərlərdə həyat indiyədək davam etməkdədir. Tarix səhnəsindən silindikdən sonra öz adını yaxın yaşayış məskəninə vermiş şəhərlər də az deyil. Qəbələ, Şabran, Gəncə, Şəmkir, Beyləqan bu qəbildəndir. Arxeoloji tədqiqata cəlb olunmuş bir sıra şəhər yerlərinin, o cümlədən Bəndovan, Şəhərgah və digər abidələrin hansı şəhərə mənsubluğu, onların tarixi adları müəyyənləşdirilməyib. I Bəndovan və II Bəndovan şəhər yerlərinin arxeoloji tədqiqinin özəlliyi ondadır ki, bu abidələrdə sahilkənarı ərazidəki qazıntılar sualtı axtarışlarla əlaqəli şəkildə aparılır. 1938-1940-cı illərdə qədim Gəncə şəhər yerində İsaq Cəfərzadənin rəhbərliyi ilə aparılmış tədqiqatlar Azərbaycanda şəhər arxeologiyası istiqamətində ilk ciddi nailiyyət hesab oluna bilər”.

Alimin vurğuladığına görə, tədqiqatlar nəticəsində toplanan maddi mənbələr hazırda da orta əsr Gəncə şəhərinin səciyyəsi üçün başlıca mənbədir. “Keçən əsrin 50-60-cı illərində Mil düzündə orta əsr Beyləqan şəhər yerində aparılmış arxeoloji qazıntılar Azərbaycanın orta əsr şəhərsalma və memarlığının öyrənilməsində mühüm hadisə olub. Oxşar genişmiqyaslı qazıntılar XXI əsrin birinci rübündə Şəmkir şəhər yerində aparılıb. Orada üzə çıxarılan arxeoloji memarlıq kompleksləri, mədəni təbəqələrin yatımından əldə olunan artefaktların kolleksiyası orta əsr şəhər həyatını qabarıq əks etdirir.

Naxçıvan, Şamaxı, Bakı, Dərbənd şəhərlərində həyat bu günədək davam etdiyindən bu abidələrdə aparılan arxeoloji qazıntıları müasir şəhərsalma ilə əlaqələndirilir. Belə bir şəraitdə şəhərin müxtəlif hissələrində qazıntılar aparmaqla tarixi şəhərlərin ümumi mənzərəsini və inkişaf dinamikasını müəyyənləşdirmək mümkündür. Tarixi şəhərlərin özünəməxsus silueti şəhər yerlərində arxeoloqlar üçün üzə çıxardıqları memarlıq komplekslərinin, şəhərlərin plan quruluşunun müəyyənləşdirilməsində və düzgün şərhində olduqca əhəmiyyətlidir. Bu aspektdə İçərişəhər unikal abidədir. Müasir dünyada qədim və orta əsr şəhər yerlərində arxeoloji qazıntı sahələrində üzə çıxarılmış komplekslərin qorunması, muzeyləşdirməsi diqqət mərkəzindədir. Bu aspektdə genişmiqyaslı arxeoloji qazıntılar aparılan Şəmkir şəhər yerində tarixi-mədəni landşaftın, üzə çıxarılmış arxeoloji memarlıq komplekslərin, xüsusilə çiy kərpic memarlığı komplekslərinin konservasiya və muzeyləşdirilməsi şəhərsalma irsimizin daha etibarlı, uzunmüddətli qorunmasını təmin edər”.

Qeyd edək ki, XIX əsrin sonlarında Bakı şəhəri neft sənayesinin inkişafı ilə sürətlə böyümüş, Avropa şəhərsalma prinsipləri (düzbucaqlı küçə sistemi, çoxmərtəbəli binalar) tətbiq olunmağa başlanmışdır. Şəhərlərin nizamsız böyüməsinin qarşısını almaq üçün ilk baş planlar hazırlanmış, memar Qoslavski və Skibskinin layihələri əsasında Bakının müasir mərkəz memarlığı formalaşmışdır.

Sovet hakimiyyəti illərində şəhərlər sənaye mərkəzlərinə çevrilmiş, mikrorayonlar, standart yaşayış massivləri və geniş prospektlər şəhərsalma modelinə çevrilmişdir. Sumqayıt, Mingəçevir və Daşkəsən kimi şəhərlər məhz sənaye potensialına uyğun olaraq sıfırdan planlaşdırılıb salınmışdır.

Müsatəqillik dövründə Bakı sürətlə dəyişərək regionun ən böyük müasir meqapolislərindən birinə çevrilmişdir. Müasir memarlıq nümunələri (Alov Qüllələri, Heydər Əliyev Mərkəzi) tarixi irslə vəhdət təşkil etmişdir.

Azərbaycanda ərazi planlaşdırılması və şəhərsalma prinsipləri dövlət tərəfindən tənzimlənir. Şəhərsalma və memarlıq sahəsində islahatların təsdiqi olaraq 2026-cı il ölkədə "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Qarabağ və Şərqi Zəngəzurda "Ağıllı şəhər" konsepsiyası (Zəngilanın Ağalı kəndi, Füzuli və s.) əsasında sıfırdan şəhərsalma prosesləri həyata keçirilir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ