şənbə günü, 26 sentyabr 2026
     

ABŞ Qəzzanı Həmasla bölüşdürmək qərarı verdi...

Image


Tofiq Abbasov: "Ümumiyyətlə, ABŞ-İsrail tandeminin Yaxın Şərqdəki fəaliyyəti heç bir kriteriya ilə qənaətbəxş hesab edilə bilməz"

Trampın 20 maddəlik Qəzzada sülh planı dalana dirəndi. Həmas tərksilah olunmur. Tramp deyib ki, belə olan halda biz sülh planını Qəzzanın nəzarətdə olmayan hissələrində icra edəcəyik. Bu o deməkdirmi ki, Qəzza Həmasla ABŞ arasında bölüşdürülür?

Trampın dediyi yanaşma ondan ibarətdir ki, əgər Həmas silahı yerə qoymasa və Qəzzanın idarəçiliyindən çəkilməsə, ABŞ və tərəfdaşları Qəzzanın tam hamısında yox, yalnız Həmasın tam nəzarət etmədiyi və ya gələcəkdə nəzarətdən çıxarıla biləcək hissələrdə yeni idarəetmə və bərpa planı qurmağa çalışacaq. Yəni söhbət birbaşa "Qəzza ABŞ ilə Həmas arasında bölünür" mənasında rəsmi xəritə bölgüsündən getmir. Amma praktiki nəticə kimi müəyyən ərazilərin fərqli idarə olunması ehtimalı yaranır.

Əsas məqam budur ki, ABŞ və İsrail Həmasın həm siyasi, həm də hərbi güc kimi qalmasını qəbul etmək istəmir. Həmas isə tərksilah olunmağı özünün tam məğlubiyyəti hesab edir və buna razılaşmır. Bu səbəbdən də sülh planı dalana dirənir.

Trampın "nəzarətdə olmayan hissələrdə planı icra edəcəyik" fikri belə başa düşülür:

Əgər Qəzzanın müəyyən bölgələri Həmasdan təmizlənərsə və ya başqa qüvvələrin nəzarətinə keçərsə, həmin ərazilərdə humanitar yardım, yenidənqurma, təhlükəsizlik sistemi və yeni yerli idarəçilik qurula bilər. Yəni ABŞ demək istəyir ki, "Həmasın razılığını gözləmədən bəzi bölgələrdə yeni model yarada bilərik".

Bu isə faktiki olaraq Qəzzada ikili vəziyyət yarada bilər: bir tərəfdə Həmasın təsirinin qaldığı bölgələr, digər tərəfdə isə beynəlxalq dəstəklə idarə olunan zonalar.

Amma bu, rəsmi dövlət bölgüsü deyil. Çünki Qəzza beynəlxalq hüquqa görə ayrıca dövlət deyil və onun bölünməsi üçün beynəlxalq razılaşma yoxdur. Daha çox müharibə şəraitində yaranan faktiki nəzarət zonalarından söhbət gedir.

Belə planların ən böyük problemi odur ki, Həmas tam sıradan çıxmasa, həmin bölgülər uzunmüddətli sabitlik yaratmır. Digər tərəfdən, fələstinlilər arasında da belə yanaşmaya etiraz edənlər çoxdur. Çünki bir çox insan bunu xarici nəzarətin artması və Qəzzanın parçalanması kimi görür.

Yəni qısa desək, Trampın mesajı budur: "Həmas bütün Qəzzada planın qarşısını alırsa, biz heç olmasa Həmasın tam nəzarət etmədiyi yerlərdə öz modelimizi tətbiq edəcəyik". Bu isə siyasi baxımdan Qəzzanın faktiki olaraq müxtəlif nəzarət zonalarına bölünməsi ehtimalını artırır, amma hələlik rəsmi bölgü anlamına gəlmir.

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, son zamanlar Trampın irəli sürdüyü bütün təşəbbüslər ya yarımçıq təşəkkül tapır, ya da dalana dirənir: "Qəzza planı da istisna deyil. Qəzza bölgəsində ilk dəfə Tramp İsrail rəhbərliyini atəşkəsə məcbur etdi. Sonradan belə bir plan üzə çıxdı ki, Qəzza bölgəsində yaşayış məntəqələri tikiləcək, rahat şərait yaradılacaq, turizm bölgəsinə çevriləcək və s. Ancaq sonda bəlli oldu ki, 30 milyardlıq Qəzzanın tikilməsi layihəsi Trampın kürəkəni Jared Kushnerə veriləcək. Buna İsrail rəhbərliyi ciddi narazılığını bildirdi. Benyamin Netnyahunun fikrincə, İsrail ordusu Qəzzada əməliyyatları məntiqi sonluğa qədər davam etdirmək istəyir, lakin ABŞ buna mane olur. Amma Tramp öz nüfuzundan istifadə edərək Netanyahunu susdurdu ki, "mən demişəmsə, belə olmalıdır, vəssalam".

İndi bəlli olur ki, İsrail və ABŞ Qəzza və İran istiqamətində qarşıya qoyduqları heç bir nəticəyə çata bilmirlər. Vəziyyətdən çıxış yolu axtarılır. Fars körfəzi blokadadadır, Qəzza isə tamamilə ağır vəziyyətdədir. Qəzzada ərəblər silahı yerə qoymayıb, Hizbullah da fəaliyyətdədir. Belə olan halda Tramp çıxış yolu kimi Qəzzanın öz nəzarətlərində olan hissələrində 20 bəndlik planını həyata keçirməyi təklif edir. Bu nəinki diqqət çəkən, heç yarımçıq bir plan təsiri belə bağışlamır. Qəzza o qədər də böyük ərazi deyil, orada təxminən 2 milyona yaxın əhali yaşayan, Aralıq dənizi sahillərində yerləşən kiçik bir zolaqdır. Üstəlik, burada İsrail ordusu əməliyyatları davam etdirir. Belə bir şəraitdə Qəzzada hər hansı sülh planını həyata keçirmək mümkün deyil. Döyüş gedən bölgədə hansı şirkət işləməyə razı olar? Belə bir planın baş tutmaması ağlabatan deyil, çünki Həmas çox ciddi şəkildə müqavimət göstərir. Hazırda Həmasla İsrail ordusu arasında döyüşlər gedir.

İsrail tərəfi əvvəl də gurultulu bəyanat vermişdi ki, “biz iki həftəyə oranı təmizləyəcəyik”, amma artıq iki il yarımdır Qəzzada döyüşlər gedir. 100 minə yaxın insan ölüb. Ölənlərin 17 mindən çoxu uşaqlardır. Hazırda Qəzzada humanitar fəlakət yaşanır, sabitlik yoxdur. İsrail ordusu öz dəhşətli aksiyalarını davam etdirir. Ancaq Həmas da qurduğu tunellər vasitəsilə manevr edərək İsrail ordusunu ciddi itkilərə məruz qoyur. Buna görə də İsrail ordusu aqressivləşir və öz məqsədlərinə çatmaq üçün dəridən-qabıqdan çıxır.

Ümumiyyətlə, ABŞ-İsrail tandeminin Yaxın Şərqdəki fəaliyyəti heç bir kriteriya ilə qənaətbəxş hesab edilə bilməz. Çünki bütün məsələlər yarımçıqdır və onlara qarşı döyüşən qüvvələr kifayət qədər güclüdür. İsrailin bu işğalçı siyasətinə Yaxın Şərqdəki qüvvələr birmənalı olaraq “yox” deyir. Onlar anlayırlar ki, geri addım atsalar, bu böyük faciə ilə nəticələnəcək. Odur ki, sona qədər müqavimət göstərməyə qərar veriblər”.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ