şənbə günü, 26 sentyabr 2026
     

Bəzi ölkələrdə ərzaq panikası, polis reydləri, "Toyota" çökür - Hörmüzün fəsadları...

Image


ABŞ və İsrailin İranla müharibəsi qlobal şirkətlərə azı 25 milyard dollara başa gəlib və bu rəqəm artmaqda davam edir. "Reuters" agentliyinin münaqişə başlayandan bəri ABŞ, Avropa və Asiya nəhənglərinin hesabatları əsasında apardığı təhlilə görə, biznes dünyası enerjidaşıyıcıların kəskin bahalaşması, təchizat zəncirinin qırılması və Hörmüz boğazının bağlanması səbəbindən reallıqla üz-üzə qalıb.

Ən azı 279 qlobal şirkət zərəri kompensasiya etmək üçün məhsulun qiymətlərini qaldırıb və istehsalı azaldıb. Bəzi korporasiyalar dividendlərin ödənilməsini və səhmlərin geri satın alınmasını dayandırıb, işçiləri məcburi məzuniyyətə göndərib və hökumətlərdən təcili maliyyə yardımı tələb edib. "Whirlpool" şirkətinin baş icraçı direktoru Mark Bitzer vəziyyəti belə şərh edib: "Sənayedəki bu geriləmə qlobal maliyyə böhranı dövrünə bənzəyir və digər resessiyalardan daha ağırdır". Məişət texnikası istehsalçısı artıq illik gəlir proqnozunu yarıbayarı azaldıb və dividendləri dondurub. "Procter&Gamble", Malayziyanın qoruyucu istehsalçısı "Karex" və Yaponiyanın avtomobil nəhəngi "Toyota" da hərbi əməliyyatların yaratdığı xərc böhranı barədə xəbərdarlıq edib. İranın Hörmüz boğazını bağlamasından sonra neftin bir barelinin qiyməti 100 dolları ötüb. Bu, daşınma xərclərini kəskin artırıb, xammal tədarükünü iflic edib və qlobal dəniz marşrutlarını tamamilə pozub. "Reuters" vurğulayır ki, araşdırılan şirkətlərin beşdə biri müharibənin birbaşa maliyyə zərbəsinə məruz qaldığını bəyan edib. Onların arasında kosmetika, təkər, yuyucu vasitələr istehsalçılarından tutmuş, kruiz operatorları və aviaşirkətlərə qədər onlarla fərqli sektor var. Ağır itkilər verən şirkətlərin əksəriyyəti Böyük Britaniya və Avropada yerləşir ki, buralarda enerji xərcləri müharibədən əvvəl də yüksək idi. Şirkətlərin təxminən üçdə biri isə Yaxın Şərq neftindən kritik dərəcədə asılı olan Asiya regionunun payına düşür. Aviaşirkətlərin ümumi itkisi 15 milyard dollara çatıb, çünki təyyarə yanacağının qiyməti təxminən iki dəfə artıb. Böhran uzandıqca antirekordlar yenilənir: "Toyota" münaqişə səbəbindən 4.3 milyard dollarlıq zərər gözlədiyini, "Procter&Gamble" isə xalis mənfəətinin 1 milyard dollar azalacağını açıqlayıb.

"The Financial Times" qəzeti pandemiya dövründəki həyəcanlı alış-verişləri xatırladan səhnələrdən bəhs edərək yazır ki, hazırda bir sıra ölkələr istehlakçıların xam neftdən tutmuş, tibbi şprislərə qədər müxtəlif məhsulları ehtiyat yığmasının qarşısını almağa və bununla da qıtlıq riskini önləməyə çalışır. İran müharibəsi başlayan kimi Hörmüz boğazı bağlanan anda Cənubi Koreya sakinləri plastik zibil torbalarını yığmağa başlayıblar. Avstraliyada isə benzin kanistrləri boşalırdı – kənd yerlərində sürücülər və fermerlər yanacaq ehtiyatlarını ələ keçirirdilər. Çində ötən ay mümkün qoruyucu qıtlığı barədə sosial media paylaşımları yayılmışdı. Qəzet hökumətlərin məsələyə müdaxilə etməyə məcbur olduğunu vurğulayır. Məsələn, Cənubi Koreyada polis şpris ehtiyatı saxladığı şübhəsi ilə şirkətlərə qarşı reydlər keçirib. Naften çatışmazlığı tibbi təchizata təhdid yarada bilər. Hindistanda isə onlayn inflüenserlər biletlə "Diet Coke" partiləri təşkil edirlər – bu içkinin məhdud miqdarda olması ona yeni prestij qazandırıb. "The Financial Times" yazır ki, koronavirus pandemiyası dövründə tualet kağızı qıtlığı yaranmışdı, lakin o zaman panikanın qarşısını almaq mümkün olmuşdu. İndi isə neft və digər əsas malların qlobal qıtlığı getdikcə daha real hala çevrilir. Ailələr, şirkətlər və hökumətlər ehtiyatlarını artırmağa çalışırlar. Qəzetə açıqlama verən iqtisadçılar istehlakçıların bu davranışını təbii sayırlar. Onların fikrincə, hökumətlər mümkün qədər prosesə müdaxilə etməməlidirlər. Bunun əvəzinə bəzi mexanizmlər tətbiq edilə bilər – məsələn, qiymətlərin qaldırılması insanların davranışını dəyişməyə vadar edər. OECD-nin baş iqtisadçısı Mauro Pisu deyir: "İstehlakçıların doğru hesab etdikləri kimi davranmasına, düzgün qiymətlərlə üzləşməsinə imkan vermək lazımdır". Lakin bir çox hökumətlər bunun əksini edir. OECD-nin monitorinq apardığı azı 50 ölkədə yanacaq vergiləri azaldılıb və ya qiymətlərin qalxmasının qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq edilib. Mauro Pisu vurğulayır ki, bu halda istehlakçılar qısa müddətdə məmnun qala bilərlər, lakin bu addım qıtlığı daha da gücləndirəcək. İqtisadçıların digər tövsiyəsi əhalini ehtiyatların kifayət qədər olmasına inandırmaqdır. Məsələn, Avstraliya ötən həftə ölkənin quru yanacaq ehtiyatlarını gücləndirmək üçün 10 milyard dollarlıq bir paket açıqlayıb. Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirməyə başladıqdan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib və Hörmüz boğazını faktiki olaraq bağlayıb. Müharibəyə qədər dünya neft və qaz tədarükünün 20 faizi məhz bu boğazdan keçirdi. Aprelin 8-dən etibarən tərəflər arasında atəşkəs qüvvədədir və sülh planına dair təkliflər mübadiləsi aparılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ