Sanksiyalar və yanacaq blokadası Kubada islahatları stimullaşdıra bilmədiyi üçün ABŞ administrasiyası adaya qarşı hərbi əməliyyatları nəzərdən keçirməyə başlayıb.
"Əhval-ruhiyyə qəti şəkildə dəyişib. (...) İndi İranla bağlı işlər pisləşib və kubalılar gözləniləndən daha dözümlü olduqlarını sübut ediblər. Buna görə də, hərbi əməliyyatlar gündəmdədir", - deyə "Politico"nun məlumatlı mənbəyə istinadən xəbərində deyilir.
Xatırladaq ki, daha öncə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi doqquz kubalı fiziki şəxsə və Kuba Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına Kuba Dövlət Şurasının sədri Xuan Laso, əks-kəşfiyyatın rəhbəri Xose Miqel Qomes del Valyin, ədliyyə naziri Rosabel Qamon Verde, energetika naziri Visente de la O Levi, rabitə naziri Marin Areviç, eləcə də bir neçə Kuba hərbi komandanı daxildir.
SAMİRƏ