çərşənbə axşamı günü, 19 may 2026
     

Makron Səudiyyə şahzadəsi Salmanı çoxdankı cinayətilə yaxaladı...

Image


Azər Həsrət: "İranı bu günə qoyan da Fransa oldu"

Parisdəki istintaq məhkəməsi 2018-ci ildə İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda baş vermiş jurnalist Camal Qaşıqçı cinayətini araşdırmaq qərarı verib. Bu qərar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana qarşı verilmiş iddia əsasında qəbul edilib.

Parisdəki Apellyasiya Məhkəməsi 11 may 2026-cı ildə insan hüquqları təşkilatlarının iddiasını qəbul olunmuş hesab edərək, istintaq hakiminin işə başlamasına icazə verib. Belə ki, 2022-ci ilin iyulunda - vəliəhd şahzadənin Paris səfəri zamanı Qaşıqçının əməkdaşlıq etdiyi Amerika təşkilatı DAWN ("Ərəb dünyası üçün demokratiya") və İsveçrənin "Trial International" hüquq müdafiə qurumu Fransız məhkəməsinə müraciət etmişdi. Daha sonra beynəlxalq "Sərhədsiz Reportyorlar" (RSF) da onlara qoşuldu.

Araşdırma "işgəncə və zorla yoxa çıxarılma" ittihamlarını əhatə edəcək. Fransız qanunvericiliyinə görə, hakimlər xaricdə törədilmiş bəzi ağır cinayətlər üzrə istintaq aça bilər, lakin adətən şübhəlinin ölkədə olması tələb olunur. Bundan əlavə, istintaqın açılması ibn Salmana rəsmi ittiham irəli sürüldüyü anlamına gəlmir.

Bu iş üzrə Türkiyədə 26 səudiyyəli şübhəli üzrə araşdırma aparılmış, lakin 2022-ci ildə iş Ər-Riyada ötürülmüşdü.

ABŞ-da 2021-ci ilin fevralında kəşfiyyat ibn Salmanın Qaşıqçının "tutulması və ya öldürülməsi" planını şəxsən təsdiqlədiyi barədə məlumat yayıb. Lakin 2022-ci ildə Bayden administrasiyası ona immunitet tanıyıb və federal məhkəmə jurnalistin nişanlısı Xədicə Cəngizin iddiasını rədd edib.

Camal Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbuldakı Səudiyyə konsulluğunda Ər-Riyaddan gəlmiş xüsusi təyinatlılar tərəfindən qətlə yetirilib. Vəliəhd şahzadə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürsə də, əmr verdiyini inkar edib. Bununla belə, BMT-nin xüsusi məruzəçisi Anyes Kallamar ibn Salmanın şəxsən məsuliyyət daşıdığına dair ciddi əsasların olduğu nəticəsinə gəlib.

Fransa Səudiyyə şahzadəsinə qarşı bu cinayət araşdırmasına niyə məhz indi başladı?

Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, əlbəttə, Fransa bu işdə müəyyən siyasi məqsədlər güdür: "Biz bu məsələyə qiymət verəndə nəzərə almalıyıq ki, ABŞ-ın İranla müharibəsi atəşkəs rejimində olsa da, hələ başa çatmayıb. Belə bir şəraitdə Fransa açıq şəkildə İran tərəfdarı kimi çıxış edir. Bu müharibədə Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələri İranın hədəfindədir. Yəni İran onları mütəmadi olaraq vurur, müxtəlif obyektləri dağıdır, dinc insanları öldürür. Faktiki olaraq, Fransa ABŞ-ın müharibə hərəkatına qarşı çıxaraq İranın yanında dayanır. Təbii, ABŞ-a qarşı çıxmaq o deməkdir ki, Fransa həm də Amerikanın bölgədə müttəfiqləri olan ərəb ölkələrinə də qarşı çıxır. Yəni indiki mərhələdə məsələni bu cür dəyərləndirmək olar. Hazırda Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə ABŞ-ın tərəfindədir, Fransa isə İranın tərəfindədir.

Yaxşı xatırlayırıq ki, bu gün bərbad durumda olan İranın memarı Fransa dövləti olub. Bunu onunla əlaqələndirirəm ki, 1979-cu ildə İranda islam inqilabının lideri olan Xomeyni Tehrana Fransadan təyyarə ilə uçub gələrək İranda hakimiyyəti ələ almışdı. Əslində onu Fransa yetişdirmişdi, elə İranı bu günə qoyan da Fransa oldu. Fransa İranın məhz bu statusda qalmasında maraqlıdır. Çünki nə qədər ki İran kimi dövlət cəhalət içində üzəcək, Fransa kimi dövlətlər İslam dininə qarşı düşmənçiliyi daha rahat şəkildə körükləyə biləcək. İran İslam dünyasının üz qarası kimi tanınır, bütün dünya İranı belə tanıyır. Fransaya da məhz İslamın adına bu cür üz qarası vacibdir. Nəticə etibarı ilə İranı əsas tutaraq İslam dininə qarşı hərəkatı daha "əsaslı" şəkildə davam etdirirlər — islamofobiyanı Avropada daha geniş şəkildə yaya bilirlər. Fransa məhz bu faktorları rəhbər tutaraq İranın ayaqda qalması, eləcə də ABŞ tərəfdarı olan ərəb ölkələrinin küncə sıxışdırılması baxımından bu addımı atır. Digər tərəfdən, burada prosedur məsələləri də unudulmamalıdır. Görünür, proses bütün məhkəmə instansiyalarından keçirilib və indi gəlib bu mərhələyə yetişiblər"

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

19.05.2026 / 14:27
DOST Mərkəzlərinin bahalı icarə obyektlərində oturmasının anlamı nədir?..

19.05.2026 / 14:05
Bakı-Tiflis-Bakı sərnişin qatarının işləməsində mühüm yenilik gözlənilir...

19.05.2026 / 13:59
Makron Səudiyyə şahzadəsi Salmanı çoxdankı cinayətilə yaxaladı...

19.05.2026 / 13:43
5 dövlət yük daşımalarında vahid tranzit həllər barədə saziş imzaladı...

19.05.2026 / 13:04
İran Amerikanı "gözlənilməz əks-ssenarilər"lə hədələdi...

19.05.2026 / 12:12
Elçin Yusubov: İşğaldan azad edilmiş ərazilərdə müasir və dayanıqlı yaşayış modeli formalaşdırılır

19.05.2026 / 11:03
ADY-dən Bakı-Tbilisi qatarı ilə bağlı açıqlama...

19.05.2026 / 10:55
Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır

19.05.2026 / 10:47
Bakı-Tbilisi qatarı 6 illik fasilədən sonra bərpa olunur...

19.05.2026 / 10:33
Azərbaycanın azad olunmuş ərazilərinə qayıdan ailələrin sayı açıqlanıb

19.05.2026 / 10:29
Paşinyan seçki toplantısında Qarabağ klanına bağırdı - “…siz gedib ölməli idiniz”…

19.05.2026 / 10:26
WUF13: Azərbaycanın beynəlxalq arenada yeni uğuru

19.05.2026 / 10:10
Şuşada 27 tarixi abidə bərpa olunub

19.05.2026 / 09:18
Xamneyinin heç bir yerini kəsməyiblər - İran nazirliyi rəsmi xəbər yaydı

19.05.2026 / 09:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

19.05.2026 / 09:06
Prezident: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"

19.05.2026 / 09:03
"Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır" - Prezidenti

19.05.2026 / 08:55
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - FOTO/VİDEO

19.05.2026 / 08:14
Litva XİN rəhbəri NATO-nu Kalininqrada hücum etməyə çağırdı

19.05.2026 / 07:23
ABŞ indi də Kubada hərb variantını nəzərdən keçirir…

18.05.2026 / 23:12
Tramp İranın son təklifini də rədd etdi – Tehran nüvə məsələsində geri addım atmır...

18.05.2026 / 22:06
Paşinyan Azərbaycanla sülh üçün “qarant” institutundan imtina etdi...

18.05.2026 / 21:45
Naxçıvana uçuşlar LƏĞV EDİLDİ

18.05.2026 / 21:30
WUF-13 üçün yeni təcrübə - azad rayonlarda “yaşıl model”...

18.05.2026 / 21:18
Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirildi

18.05.2026 / 20:45
Kremldən Azərbaycanın “3+3” formatına gecikmiş “qayğı dəstəyi”...

18.05.2026 / 20:12
Azərbaycan türk dövlətlərinin arasında əvəzsiz birləşdirici həlqəyə çevrilir... detalları Prezident dedi...

18.05.2026 / 19:56
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta təhsil məktəbində ehtiramla anılıb

18.05.2026 / 19:52
Prezidentin sosial media hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb - VİDEO

18.05.2026 / 19:33
MDU-da “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” adlı Beynəlxalq Elmi Konfrans...

18.05.2026 / 19:14
Tehrandan yeni iddia - ABŞ İran neftinə sanksiyaları dayandırır...

18.05.2026 / 18:50
Elvin Hacıyevə yüksək vəzifə verildi...

18.05.2026 / 17:43
Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO

18.05.2026 / 17:31
Neftin qiyməti 180 dollara qədər yüksəlir - Azərbaycan üçün yeni imkanlar yaranır

18.05.2026 / 17:19
"BMT-nin öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması mütləqdir" - Keniya Prezidenti

18.05.2026 / 17:11
Bəzi ölkələrdə ərzaq panikası, polis reydləri, "Toyota" çökür - Hörmüzün fəsadları...

18.05.2026 / 17:05
"WUF13 urbanizasiya və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır" - Sadır Japarov

18.05.2026 / 16:58
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib - FOTO

18.05.2026 / 16:55
Azərbaycanın üzərindən tranzit yükdaşımalar 14 milyon tonu keçdi...

18.05.2026 / 16:45
Trampdan gözlənilməz qadağa - kiber texnologiyalarda Çindən zəif olduğunu etiraf etdi...

18.05.2026 / 16:42
Kobaxidze WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür etdi

18.05.2026 / 16:37
"Prezident İlham Əliyev Bakını hər kəsin gələcəkdən bəhs etdiyi məkana çevirib" - İliyana Yotova

18.05.2026 / 16:30
"İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır" - Aleksandar Vuçiç

18.05.2026 / 16:23
İlham Əliyev TDT-yə XXI əsrin “böyük hədəfini” göstərdi...

18.05.2026 / 16:19
Tramp neft ixracı ilə bağlı Rusiyanın çox gözlədiyi qərarı vermədi...

18.05.2026 / 16:10
“Robun itləri, Serjin itləri, Qaqonun itləri, hamınızı əzəcəyəm” - Paşinyandan sərt açıqlamalar...

18.05.2026 / 16:04
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18.05.2026 / 15:53
Trampın ardınca Putin dərhal Çin səfərinə qərar verdi... Kreml narahatdır...

18.05.2026 / 15:47
Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib - FOTO

18.05.2026 / 15:46
Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi zəruriliyi

18.05.2026 / 15:42
Ermənistanda seçkiqabağı yayılan bir səs yazısı aləmi qatdı...

18.05.2026 / 15:39
Avropa mahnı nüsabiqəsində də Azərbaycana qarşı qərəz işlətdi...Cəmi 1 səs...

18.05.2026 / 15:38
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub - FOTO

18.05.2026 / 15:33
İran hakimiyyətində İsrail casus şəbəkəsinin kökünü kəsdilər...

18.05.2026 / 15:17
ABŞ Qəzzanı Həmasla bölüşdürmək qərarı verdi...

18.05.2026 / 15:15
İqlim dəyişmələrinin ağır təbii fəsadları Bakıda bir daha göründü...

18.05.2026 / 15:01
Əli avtomatlı maskalı şəxslər Paşinyanı hədələdi...

18.05.2026 / 14:54
Kreml bir həftədə 3-cü dəfə Ukraynadan tələb etdi-BMT susdu... -BMT susdu...

18.05.2026 / 14:23
Azərbaycan faktoru Ermənistanda seçkilərin taleyini həll edən əsas amilə çevrilir…

18.05.2026 / 14:12
Prezident İlham Əliyev “Sea Breeze”ə baş çəkməyi tövsiyə etdi

18.05.2026 / 14:03
Prezident Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

18.05.2026 / 13:55
"Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib" - Hikmət Hacıyev

18.05.2026 / 13:42
"Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq" - BMT-nin Baş katibi

18.05.2026 / 13:30
Prezident İlham Əliyev: "Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər"

18.05.2026 / 13:23
"Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük" - Prezident

18.05.2026 / 13:22
Prezident: "Biz qədim tariximizlə qürur hissi duyuruq"

18.05.2026 / 13:15
"Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır" - Prezident İlham Əliyev

18.05.2026 / 13:10
Prezident: "Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk"

18.05.2026 / 13:08
"Ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq" - Prezident

18.05.2026 / 13:05
Prezident İlham Əliyev: "Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik"

18.05.2026 / 13:04
"Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Prezident

18.05.2026 / 12:59
Prezident: "Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar"

18.05.2026 / 12:54
"WUF13-də rekord sayda iştirakçıları qəbul edirik" - Prezident

18.05.2026 / 12:15
"Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir" - Gürcüstanlı nazir

18.05.2026 / 12:04
Bərdədə canavar kəndə hücum etdi...

18.05.2026 / 11:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO

18.05.2026 / 11:30
Qlobal Cənub QHT Platformasının WUF13-də ilk tədbiri keçirilir

18.05.2026 / 11:09
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

18.05.2026 / 11:05
Hər ay ərzağa nə qədər pul xərcləyirik? - Qeyri-ərzaqların bahalaşma tempi pis deyil...

18.05.2026 / 10:52
WUF13 “Urban Expo” sərgisinin açılışı oldu

18.05.2026 / 10:36
Türk müğənni Haluk Levent WUF13-də konsert proqramı ilə çıxış etdi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək

XƏBƏR ARXİVİ