İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-ın İrana qarşı təhdidlərinə cavab verib.
Əkrəminiya İran millətinə və onun qanuni hüquqlarına hörmət etməyin "düşmən" üçün yeganə çıxış yolu olduğunu bildirib: "Əgər düşmən yenidən axmaqcasına davranarsa və İsrailin tələsinə düşərsə və İrana hücum edərsə, yeni alətlər və metodlarla yeni cəbhələr açılacaq".
Əkrəminiya İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində nəzarətinə işarə edərək, boğazın statusunun müharibədən əvvəlki kimi olmayacağını bildirib.
İran Silahlı Qüvvələrinin atəşkəs prosesinə müharibə prosesi kimi yanaşdığını və buna hazırlaşdığını bildirən Əkrəminiya İranın mühasirəyə alınmayacağını bildirib.
Tahir TAĞIYEV