Nile Post qəzetinin məlumatına görə, Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası səbəbindən əl sıxmağı və digər təhlükəli salamlaşmaları müvəqqəti olaraq qadağan edib.
Nəşr bildirib ki, bu qadağa Səhiyyə Nazirliyi Konqo Demokratik Respublikasının (KDR) Uqanda sərhədini keçən iki vətəndaşında Ebola virusuna yoluxma halının təsdiqlənməsindən sonra tətbiq edilib.
Qeyd edək ki, 17 mayda Ümumdünya Səhiyyə Təşkilatı KDR və Uqandada Ebola epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib.
SAMİRƏ