ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatı son anda təxirə saldığını açıqlayıb.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp hücum qərarına cəmi bir saat qalmış üç ölkədən zəng gəldiyini deyib: “Üç ölkə zəng etdi. Dedilər ki, gözləyə bilərsinizmi? Biz razılaşmaya yaxınlaşdığımızı düşünürük’”.
Tramp danışıqlar üçün ondan cəmi bir neçə gün vaxt istəndiyini deyib: “İki və ya üç gün, bəlkə də cümə, şənbə, bazar... Bəlkə də gələn həftənin əvvəli. Məhdud bir müddət, çünki onların nüvə silahına sahib olmasına icazə verə bilmərik”.
İranla razılaşma ehtimalı barədə hələlik qəti danışmayan Tramp, “hələ əmin deyiləm” deyib və razılaşma əldə edilmədiyi təqdirdə İrana yeni bir hücumun başlaya biləcəyinə işarə edib: “İrana daha bir böyük zərbə vurmalı ola bilərik”.
Tahir TAĞIYEV