İlon Maskdan oğul dünyaya gətirən amerikalı mühafizəkar fəal Eşli Sent-Kler sosial mediada münasibətlərini açıqlayaraq, Tesla şirkətinin baş direktorunun o hamilə qaldıqdan dərhal sonra "qəribə hala gəldiyini" iddia edib.
27 yaşlı Sent-Klerin sözlərinə görə, o, milyarderlə 2023-cü ildə münasibətə başlayıb. TikTok-da paylaşdığı videoda qadın tənha ana olduğunu və ağ paltarda evlənmək şansının artıq sıfır olduğunu düşünürdüyünü, lakin daha çox uşaq istədiyini bildirib. Onun sözlərinə görə, onlar Sent-Bartelemiyaya səfər zamanı uşaq dünyaya gətirməyi müzakirə ediblər. "Amma hamilə qalan kimi hər şey qəribələşməyə başladı. And içirəm ki, bundan əvvəl o, daha normal idi - normal söhbətlər, normal davranış. Və sonra o sadəcə çox qəribələşdi", - fəal şikayətlənib.
O, Maskın digər keçmiş sevgililəri kimi ona da birgə valideynlik vəd etdiyini, lakin milyarderin bu vədə sadiq qalacağını gözləmədiyini deyib.
Sent-Kler onu da bildirib ki, hamiləlik dövründə Mask onu Nyu-Yorkdakı dəbdəbəli mənzildə təcrid vəziyyətində saxlayıb.
SAMİRƏ