Bazar günü günü, 27 sentyabr 2026
     

Şəhid 8 polisdən biri, qaçqın düşəndə 11 aylıq idi - Mahmudov Seymur...

Image


Gülnarə Mahmudova: “Hiss edirdim ki, bu oğlumla son görüşümdür, o bir daha geri qayıtmayacaq”

Çinar boylu oğulları

Torpaq oldu, Vətən oldu

Sakit, həlim anaları

Bübül kimi ötən oldu

Özləri getdilər, sözləri, xatirələri, izləri qaldı, ata-analarının ürəyində sağalmaz yaralar açdı ayrılıqları. Ağlamağı özlərinə peşə etdi anaları, gülməyi yadırğadılar, unutdular. Şəhidlərin ölməz Vətən, şəhid oğlun sağdır ana. Şəhid polis Seymur Elsəvər oğlu Mahmudovun anası Gülnarə Mahmudova “Fəxr edirəm ki, Seymur kimi oğul böyütmüşəm”-deyir. Oğlu sağ olanda qara saçı ilə ağ paltar geyən ana, oğlu şəhid olandan sonra ağ saçı ilə qara libaslara bürünüb. Gülnarə Mahmudova ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin Azərbaycan Milli Kitabxanasında keçirilən təqdimat mərasimində söhbətləşdik.

Seymur Mahmudov 2023-cü ilin 19 senyabrında səhər saatlarında qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi nəticəsində baş verən partlayış zamanı şəhd olan səkkiz polisdən biridir.

Antiterror şəhidi Seymur Mahmudovun anası deyir ki, oğlu 11 il 3 ay 6 gün vətənə layiqli polis kimi xidmət edib. “Lokal antiterror tədbirlərinin başlanmasına vəsilə olan minaya düşərək şəhid olan 8 polis nəfərindən biri mənim oğlum Seymurdur. Çox vətənpərvər, ata-anasını sevən bir övlad idi. Seymuru özümüzün seçdiyim qızla nişanlandırmaq istəyirdik. Amma qismət olmadı. oğlum erməni terrorunun qurbanı oldu. Seymurun arzuları yarımçıq qaldı, valideyn olaraq bizim də ömrümüz, həyatımız viran oldu. İki oğlum vardı-Seymur və Teymur. Seymur gözümüzün ilki idi, onu da fələk əlimizdən aldı. Bütün ümidlərimiz, arzularımız Seymurla bağlı idi. 32 yaşında şəhid oldu, şəkillərindən başqa heç bir nişanə qalmadı...”

Ana deyir ki, oğlunun xatirələri ilə yaşayır. Oğlu şəhid olandan sonra onun məzarına yaxın olmaq üçün Binəqədiyə köçdüklərini və hər gün oğlunun məzarını ziyarətə getdiyini deyir ana.

Mahmudov Seymur Elsevər oğlu 12 iyul 1991-ci ildə Bakıda anadan olub. “Biz Cəbrayıldan çıxanda Seymur qucağımda 11 aylıq körpə idi. Böyüyəndən sonra hey deyirdi ki, ana, səni Cəbrayıla özüm aparacağam. Özü Qarabağa getdi, amma qayıtmadı. Seymur gedəndə hamı deyirdi ki, darıxma, sağ-salamat geri qayıdacaq, amma hiss edirdim ki, bu oğlumla son görüşümdür, o bir daha geri qayıtmayacaq. Elə də oldu. Övladının başına gələcək hadisəni ana əvvəlcədən duyur. Analar hisslərində heç zaman yanılmırlar. Biz illər əvvəl Seymuru qorumaq üçün Qarabağdan çıxdıq, amma demə ki, onun qismətinə Qarabağda şəhid olmaq yazılıbmış.

Seymur sevgi dolu, gözü tox uşaq olaraq böyüdü. Ailəmiz böyük idi, nənə-baba sevgisindən də nəsiblənmişdi balam. Nənəsinin tək sirdaşı olan Seymur böyüklərə dərin hörmətlə yanaşardı, uşaqla uşaq, böyüklə böyük kimi davranardı.

Onun idmana uşaq yaşlarından marağı vardı, 5 yaşından etibarən müxtəlif idman növləri ilə məşğul olmağa başlamışdır. Seymur uzun illər karate, sərbəst güləş, qaydasız döyüş, hapkido və s. kimi idman növlərində yarışlara qatılmış, sertifikatlar almış, medallar qazanmışdır”.

Seymur 1997-ci ildə 246 nomrəli məktəb- liseydə təhsil almağa başlayıb və 2008-ci ildə bu məktəbdən məzun olmuşdur. Seymur 2009-cu ildə 1 il 6 aylıq əsgəri xidmətə yollanmış və xidmətini Zaqatala Sərhəd qoşunlarında çəkmişdir. Seymurun ən böyük sevgisi məhz Vətənimizə olub: “O, hətta hərbi xidmətə yollananda ona “harda xidmət etmək istərdin” sualı verilib, o isə “Azərbaycan bayrağı dalğalanan hər yerdə xidmət etməyə hazıram” cavabını verib.

2012-ci ildə öz üzərində çalışaraq Polis Akademiyasında kurslara qatılan Seymur elə həmin il də polis kimi işə qəbul olunub. O, 11 il 3 ay 6 gün vətənə layiqli polis kimi xidmət edib. “O, işi gərəyi demək olar ki, Qarabağın bütün bölgələrində - Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Xocavənd rayonlarında xidmət göstərib. Seymur bu illər ərzində işinə olan hörməti, məsuliyyəti, nizam-intizamlılığı ilə seçilib, “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.

Bir polisin ən əsas xüsusiyyətləri, onun güclü, cəsur, vicdanlı olmasıdır. Seymurun uşaqlıqdan idmanla məşğul olması, dəqiqliyi onun cəsarəti və qorxmazlığı ilə tamamlanırdı. Sərrast atıcı idi, heç bir hədəfdən yayınmırdı. Seymur döyüşsə, heç bir mənfur düşmən onu məğlub edə bilməzdi, ancaq belə xain bir plan onu bizdən ayrı sala bilərdi...”

Ana deyir ki, oğlu həmişə işini vicdanla, mərhəmətlə, təqdirəlayiq şəkildə yerinə yetirib, dəfələrlə aidiyatlı orqanlar tərəfindən təltif olunub: “Hətta bir dəfə mitinqlərin birində yaşlı kişini özünəməxsus mülayim tərzdə sakitləşdirməsi, su alıb içirməsi medianın diqqətindən yayınmamış, “Xəbərlər”də göstərilmişdi. Seymuru tanıyan hər kəs bilir ki, o öz kiçik büdcəsindən ehtiyacı olan hər kəsə maddi-mənəvi kömək göstərirdi. Bu köməkləri isə heç vaxt dilinə gətirmirdi. Şəhid olduqdan sonra bizi ziyarətə gələn həmkarları onun barəsində belə faktlar danışırlar və biz də qürurlanırıq”.

Seymur təkcə insanlara yox, insana möhtac heç bir canlıdan mərhəmətini əsirgəməyib. Onların həyətində 11 pişik Seymurun işdən gəlməsini həyəcanla gözləyib, maşın həyətə daxil olan kimi ona tərəf qaçıblar, o heyvanlara yem alırdı, yaralarını sarırdı, sevgi göstərirdi.

Uşaqlıq illərindən polis kimi işlədiyi dövrə qədər qədər həm ailədə, həm öz nəslində, həm cəmiyyətdə nümunəvi bir insan kimi sevilirdi. Onu məktəbdə müəllimlərdən soruşun, qonşulardan, qohumlardan, işdə digər polis yoldaşlarından soruşun, hamı onun haqqında başqa cür yaxşı hekayə danışacaq, özünün də son “məni gözəl xatırlayın” statusu kimi hamı onu gözəl xatırlayır. Arzularını, bütün həyatını Vətənə qurban edən Seymur ölümü ilə yaxınlarının ürəyini dağladı , amma torpaqlarımızın bütövlüyünün təmin olunmasına təkan oldu.

Seymurgil 18 sentyabr 2023-cü ildə gecə saatlarında antiterror əməliyyatı məqsədilə xidmət üçün Xocavəndə yola düşmüşdür. Amma erməni terrorunun qurbanı oldular”-deyə Gülnarə ana bildirdi.

Gülnarə ana Vətən yolunda xidməti vəzifəsini yerinə yetirərkən şəhidliyə ucalan oğlu ilə fəxr edir. Deyir ki, oğlanları Seymur və Teymurun adını yazıçı İmran Qasımovun vaxtilə populyar olan “Cəbhədən Cəbhəyə” əsərinin qəhrəmanlarının adından götürülüb. “Nişanlı vaxt yoldaşımla əhd etmişdik ki,iki oğlumuz olarsa birinin adını Teymur, birinin adını Seymur qoyaq. Seymurumun ömrü əsərin qəhrəmanı Teymurun ömrü kimi nakam oldu. Amma onun kimi cəsur və igid idi oğlum”.

Gülnarə ana danışdıqca kövrəlir, haldan-hala düşür, yaralı ürəyindəki xatirələri dilə gətirməyə sözlər axtarır. Hansı sözü seçib desin ki, balasının igidliyini, cəsarətini göz önündə canlandırsın, Vətən, torpaq, bayraq sevgisini dilə gətirsin...Onun oğlu bütün şəhidlərimiz kimi hər şeydən, hər kəlmədən ucada dayanır, üçrəngli müqəddəs bayrağımız kimi...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ