ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını istəyib, Tehran da qarşılığında beş illik müddət təklif edib.
“New York Times” qəzetinin iki İran və bir ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, vitse-prezident Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dondurmağı və zənginləşdirilmiş uranı ölkədən çıxarmasığı istəyib.
İddia edilir ki, ABŞ-ın 20 illik dondurma tələbinə cavab olaraq, İran uranı zənginləşdirmə fəaliyyətlərini beş il müddətinə müvəqqəti olaraq dayandırmağı təklif edib, lakin Tramp bu təklifi rədd edib.
Digər tərəfdən, zənginləşdirilmiş uranın ölkədən çıxarılması tələbini də rədd edən Tehran, mövcud uran ehtiyatlarının "zənginləşdirmə səviyyələrini azaltmağı" təklif etdiyi bildirilir.
Xəbərdə həmçinin qeyd olunur ki, İran və ABŞ rəsmiləri danışıqların ikinci mərhələsinin keçirilməsini müzakirə edirlər, lakin detallar barədə ətraflı məlumat verilmir.
Tahir TAĞIYEV