Çərşənbə axşamı səhər saatlarında Çinin elektrik avtomobilləri nəhəngi BYD-nin Şençjen şəhərindəki sənaye parkında dəhşətli hadisə baş verib. Şirkətin dayanacağında genişmiqyaslı yanğın baş verib və səmanı qara tüstü bürüyüb. Yanğınsöndürənlər və polis dərhal hadisə yerinə gələrək fəlakətin qarşısını alıblar.
Şirkət rəsmiləri alovların içində qalan ərazinin sınaq və metal qırıntıları üçün istifadə edilən dayanacaq olduğunu bildiriblər. Yanğın tez bir zamanda nəzarət altına alınıb və söndürülüb, ölən və ya yaralanan olmadığı vurğulanıb. Yanğın xəbərindən sonra BYD-nin səhmləri 0,6 faiz ucuzlaşıb.
Haber7 portalı yazır ki, mütəxəssislər elektrikli nəqliyyat vasitələrinin yanğınlarının söndürülməsinin çətin olduğunu qeyd edərək, bu nəqliyyat vasitələrinin daxili yanma mühərrikli avtomobillərdən çox fərqli şəkildə yandığını qeyd edirlər. Onlar elektrikli nəqliyyat vasitələrinin akkumulyatorlarındakı təhlükəyə diqqət çəkirlər: "Elektrikli nəqliyyat vasitələrində yanğın ümumiyyətlə daha uzun çəkir və söndürmək olduqca çətindir. Bu nəqliyyat vasitələri söndürülmüş kimi görünsələr belə, yenidən alovlanmağa meyllidirlər".
Tahir TAĞIYEV