şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Kinooperator, kinorejissor Valeri Kərimov yaşasaydı 70 yaşını qeyd edəcəkdi...
Tarix: 25.05.2015 / 02:31
Bölmə: Mədəniyyət
Muxtar Dadaşov, Xan Babayev, Rasim Ocaqov, Kənan Məmmədov Azərbaycan kinooperatorlarının ön cərgələrində dayanır. Onların açdığı cığırın davamçısı olan bir neçə sənətkar var ki, milli kinomuzu onların iştirakı olmadan təsəvvür etmək çətindir. 70 illik yubileyi mayın 27-də qeyd ediləcək Valeri Kərimov da bu sıraya daxil olan peşəkar kinooperatorlardandır. Belə deyək, kinonun əsas müəllifi rejissor və ssenari müəllifidir, amma görən gözü operatordur.
Nə qədər mükəmməl ssenari yazılsa da, quruluşçu rejissor o filmə yüksək səviyyədə quruluş versə də, aktyor oyunu misilsiz olsa da, operator usta olmasa, ortalığa keyfiyyətli filmin çıxması mümkün deyil. Valeri Kərimov ustad adını qazanan, kinolarımıza peşəkar münasibətlə yanaşan, kamerasının gözü ilə onu lentə alan, tarixləşdirən kinooperatorlardan olub. Özü də çəkdikləri ilə birgə tarixə çevrilib, xatirələrdə yaşayır. Həyat özü elə bir filmdir. Adam var ömür filmi çoxseriyalı, adam da var ki, bir seriyalı olur.
Ancaq bu film o qədər zəngin, dolğun, mənalı olur ki, insanlar ondan daha çox nümunə götürə bilir. Zaman özü yetişdirir qəhrəmanları, sənətkarları, ustadları...Onların ömrünü, istedadını, taleyini isə Tanrı verir. Birinə çox, birinə az verir. Əsas odur ki, insan ona verilən ömrü mənalı yaşasın. Adam var az yaşayır, ancaq çox iş görür, adam da var çox yaşayır, heç kimə faydası dəymir.
Qəhrəmanımız həyatdan doyunca kam ala bilməsə də, yaratdıqları ilə insanların yaddaşında, xatirəsində özünə əbədi yaşamaq hüququ qazanıb.
Yarımçıq film...
Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi Valeri Kərimov sənətinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Mayın 27-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilən xatirə gecəsi keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytında yer alan məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Kinoşünaslar bildirir ki, Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. Professional kinooperator kimi 30-a yaxın film çəkən V.Kərimov bu filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.
Kinoya gətirən yollar...
Valeri Kərimov doğulanda artıq İkinci Dünya Müharibəsi bitmişdi. 1945-ci il iyunun 26-da Bakıda anadan olan Valeri Kərimov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməzdən əvvəl istehsalatda çalışıb, "Bakıtuneltikinti" idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlib. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. 1969-1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil alan gənc operatorun Bakıya, doğma kinostudiyaya qayıtdıqdan sonra ilk böyük işi "Çarvadarların izi ilə" bədii televiziya filmi olub. Film yazıçı - dramaturq İlyas Əfəndiyevin məşhur "Körpüsalanlar" romanının motivləri əsasında 1974-cü ildə lentə alınıb. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər. Filmin adı da buradan götürülüb. Əsərin qəhrəmanları ulu babalarının açdığı cığırla gedərək yollar çəkən inşaatçılardır. Filmdə mövzu ilə bağlı çox maraqlı və gözoxşayan mənzərələr var. Operator həmin mənzərələri sevərək lentə alıb, Azərbaycanın təbiətini, zəhmət adamlarını tamaşaçılara sevdirə bilib.
Yeni filmlər...
Kinoşünaslar deyir ki, kinoya böyük məhəbbəti ilə seçilən Valeri Kərimovun istedadı diqqətdən qaçmır. Belə ki, 1974-cü ildə "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı çəkməyə dəvət alır. "Baladadaşın ilk məhəbbəti" novellasında rejissor F.Əliyevlə, "Nəğmə dərsi"ndə isə rejissor G.Əzimzadə ilə işləyir. Birinci filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır, ikinci filmdə isə şəxsi həyatı uğursuz qurulan gənc fəhlənin balaca oğlu ilə gizli görüş və söhbətlərindən danışılır. Göründüyü kimi, hər iki filmdə gənc qəhrəmanların keçirdikləri hiss və həyəcanlar, onların hadisələrlə bağlı psixoloji vəziyyətləri ön plana çıxarılıb.
Valeri Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. "Alma almaya bənzər", "Yuxu" kinokomediyalarını, lirik-macəra janrında olan "De ki, məni sevirsən", "Qaladan tapılmış mücrü" ekran əsərlərini, detektiv janrda çəkilmiş "Arxadan vurulan zərbə" filmini, "Qızıl uçurum" melodramını, "Qorxma, mən səninləyəm", "Yarımçıq qalmış serenada" musiqili filmlərini, "Ailə" sosial-dramını, müharibə mövzusunda çəkilmiş "Sizi dünyalar qədər sevirdim", müasir mövzuda olan "Bir ailəlik bağ evi", "İlıq dənizdə buz parçası", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Yay gününün xəzan yarpaqları", "Sürəyya" və s. filmləri buna misal göstərmək olar.
"Qızıl uçurum" - həyat dərsi...
Milli kinomuzda tutduğu yerə görə xüsusi seçilən "Qızıl uçurum" filminə də Valeri Kərimov operatorluq edib. O bu filmi həmkarı Kənan Məmmədovla birgə işləyib. Məlum olduğu kimi, filmdəki əhvalatlar XX əsrin əvvəlində baş verir. O dövrün həyatını ekranda canlandırmaq üçün həm filmin rəssamı, həm də operator kino texnikasının müxtəlif vasitələrindən istifadə edib. Kinoşünaslar qeyd edir ki, burada rəssamla operatorların qarşılıqlı əlaqəsinin və birgə yaradıcılıq fəaliyyətinin nəticəsini görünür. İki müxtəlif başlanğıcın-təsvirin ifadə vasitələri ilə psixologiyanın sintezi müşahidə edilir.
Sakit təbiətin yaratdıqları...
Valeri Kərimovun kamerasının gözü, istedadının gücü ilə bizə təqdim etdiyi filmlərdən biri də "Bir ailəlik bağ evi" filmidir. Kinoşünaslar bildirir ki, filmdəki hadisələr əvvəldən axıra kimi sakit intonasiyada təsvir olunur. Operator Valeri Kərimovun kamerası tələsmədən əvvəlcə filmin baş qəhrəmanı Eldarın evində, sonra dəniz sahilindəki bağ evində cərəyan edən hadisələri lentə köçürür, valideynlərlə övladlar arasında yaranmış problemləri tamaşaçılara çatdırmağa çalışır. Rejissorlar V.Kərimovla birgə işləməkdən razılıq edirdilər. Filmin çəkilişində əsas tənzimləyici sima rejissordur. Bununla belə, onun operatorla birgə işi, fikir birliyinin vacibliyi əsas şərtlərdəndir. Çünki tamaşaçı ekranda baş verən hadisələri operatorun gözü ilə görür. Ona görə də rejissor operatora inanmalı, ona etibar etməlidir. V.Kərimovla işləyən rejissorlar da ona etibar edir, inanırdılar. Valeri Kərimov 36 il Azərbaycan kinosunun inkişafına xidmət edib.
Kinoşünaslar bildirir ki, musiqili film çəkmək çox çətindir, ona görə ki, belə filmlərdə bir sıra musiqi parçaları, mahnılar səslənir. Əvvəlcədən fonoqrama yazılmış bu mahnıları hadisələrin gedişi prosesində aktyorların ifasında səsləndirmək heç də asan məsələ deyil. Bunun üçün yaradıcı qrupun, xüsusən də operatorun üzərinə böyük məsuliyyət düşür. "Qorxma, mən səninləyəm" filminə baxarkən bunun nə demək olduğunu bir daha yəqin edəcəksiniz. Burada gözəl musiqi də var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Hadisələri dinamik inkişaf edən filmin ritmi hər kadrda görünür. Bütün bunları bacarıqla, zövqlə lentə alan operator Valeri Kərimov ekranda Azərbaycanın füsunkar təbiətini, onun mənzərəli dağlarını və vadilərini sevə-sevə təcəssüm etdirib.
Həzi Aslanov haqda filmi...
Kinoşünaslar bildirir ki, Valeri Kərimovun operatoru olduğu, rejissor Rasim İsmayılovun çəkdiyi "Sizi dünyalar qədər sevirdim" bədii filmi çox dəyərlidir. Film Azərbaycan xalqının rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasından söhbət açır. Ekran əsərində Həzi Aslanovun və onun Volqa çayının sahillərindən Pribaltika (Baltikyanı) cəbhəsinədək döyüş yolu keçmiş igid tankçılarının hünəri inandırıcı kadrlarla canlandırılıb. Filmin çəkilişlərinə çoxlu əsgər və hərbi texnika cəlb olunmuşdu. Qeyd edək ki, biz həmin ekran əsərinədək müharibə mövzusunda çəkilən filmlərimizdə bu cür miqyaslı döyüş səhnələrinə rast gəlməmişdik. Film Stalinqrad altında tank döyüşü ilə başlayır. Əlbəttə, belə batal səhnələrini çəkmək çətindir. Kinoşünaslar deyir ki, Kinostudiyamızın bu sahədə təcrübəsi çox olmasa da, baş operator Valeri Kərimov öz köməkçiləri ilə birgə işin öhdəsindən bacarıqla gəlib. Ekspertlər bildirir ki, onun kamerası döyüş səhnələrindən başqa insan qəlbinin hərarətini, döyüntülərini tamaşaçıya çatdırmağa müvəffəq olub, döyüşlərin getdiyi ərazinin təbiətinin gözəlliyini göstərə bilib. Film bütövlükdə Azərbaycan kinematoqrafiyasının uğuru kimi qiymətləndirilib, filmə ümumittifaq baxışı keçirilib. Sovet İttifaqı Qəhrəmanı Adil Quliyev "Bütün həyatı döyüşdür" məqaləsində film barədə yazıb: "Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Demək istəyirəm ki, heç bir kadrda bunlar butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir. O, ekranda döyüşün ab-havasını, bunun detallarını verə bilmişdir..." ("Bakinski raboçi" qəzeti, 25 fevral 1986-cı il).
Kinooperatorluqdan kinorejissorluğa...
Arxiv materiallarından bəlli olur ki, Valeri Kərimov son vaxtlar kinoda özünü yeni sahədə - rejissorluqda sınamaq istəyirdi. Böyük zəhmət və istedadla 1989-cu ildə bu istəyinə də nail olan sənətkar "Debüt" studiyasında yazıçı Əkrəm Əylislinin ssenarisi üzrə "Həmyerli" adlı qısametrajlı bədii filmə quruluş verir. Bu dünyada öz yerini necə axtarıb tapmalı, qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.
"Ailə" filmi ona ölüm gətirdi...
53 yaşayıb bu həyatda. Ancaq bu 53 ildə çox işlər görüb.
V.Kərimov 1998-ci il martın 9-da "Ailə" filmini çəkərkən qəflətən vəfat edib. Bu ölüm Azərbaycan kinosunun xəzinəsindən böyük bir peşəkarı apardı. Onu da qeyd edək ki,
Valeri Kərimov, peşə fəaliyyəti ilə yanaşı, kino sahəsində təşkilati işlərdə də yaxından iştirak edirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi işinə vicdanla yanaşır, kinomuzun inkişafı naminə hər iki cəbhədə-yaradıcılıq sahəsində və ictimai işlərdə həvəslə çalışırdı. Çünki o, kino adamı idi, kinonun vurğunu idi. Kinonu ürəkdən sevməyən adam onun yolunda fədakarlıq göstərə bilməz. V.Kərimov kinoya könüldən bağlı olduğu üçün qısa ömrünün böyük hissəsini kinoya bəxş edib. Onun ömrü havaya xərclənməyib, kinoya, sənətə, incəsənətə xərclənib. Kinoya həsr edilən ömür isə film kimi keçir - mənalı, məzmunlu, işıqlı, təlatümlü, tufanlı, boranlı, sonda isə günəş doğur...
Ruhunuz şad olsun, Valeri Kərimov, 70 yaşınız mübarək, istedadlı kino adamı!
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ