Bazar günü günü, 22 noyabr 2026
     

Yazıçılar Birliyinin qurultayı yenə təxirə salındı - şayiələr baş alıb gedir...

Image


Azərbaycan Yazıçılar Birliyi (AYB) ətrafında baş verən ən kiçik bir hadisə belə cəmkiyyətdə maraqla qarşılanır. Bu gün ən çox müzakirə edilən məsələlərdən biri AYB-nin XIII qurultayıdır ki, onun da keçirilmə vaxtı tez-tez dəyişdirilir.

Qeyd edək ki, hələ 2021-ci ildə AYB sədri, Xalq Yazıçısı Anar Rzayev birliyin XIII qurultayının azad Şuşada keçiriləcəyini bildirib. Qeyd edilirdi ki, qurultayın 2022-ci ilin oktyabr ayında Şuşada keçirilməsi planlaşdırılır. Sonra açıqlama gəldi ki, qurultay sentyabrın 30-da Bakıda keçiriləcək, ardınca qurultayın oktyabrın 2-də (bəzi mənbələrdə 3-də), ardınca isə 5-də keçiriləcəyi bildirildi. Lakin bunların heç biri deyəsən özünü doğrultmur. AYB-dən gələn xəbərlər onu göstərir ki, bu yaxınlarda qurultayın keçirilməsi gözlənilmir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı təxirə salınıb. Bu bardə AYB katibliyinin  geniş tərkibdə toplantısında qərar verilib. 

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.

Ədəbi ictimaiyyətdə gəzən söz-söhbətlərə görə, gecikmənin səbəbi həm birlik sədri vəzifəsinə namizədlərlə bağlıdır, həm də AYB xaricdən çoxlu sayda qonaq gözləyir və o qonaqların da bura gəlməsində müəyyən problemlər yaranıb.

Qurultayın hansı səbəbdən vaxtının tez-tez dəyişdirildiyinə aydınlıq gətirilməsi üçün AYB-nin mətbuat xidmətinin rəhbərinə sorğu göndərdik. Amma yazını çapa hazırladığımız müddətdə sorğumuza cavab gəlmədiyi üçün ekspertə üz tutduq.

AYB mövqe bildirərsə onu da işıqlandıracağıq. İndi isə keçək ekspertin fikrinə. Görək, bu barədə ekspert nə deyir?

  • “...Bilmirlər ki, hansı haqla, qabiliyyətlə AYB-ni idarə edəcəklər”

Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, AYB üzvü Dəyanət Osmanlı “Bakı-Xəbər”ə maraqlı fikirlər açıqladı: “Fikrimcə, Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi vaxtının dəyişdirilməsi o qədər də önəmli deyil. Əsas odur ki, qurultay keçirilsin. Vaxtın dəyişdirilməsinin səbəblərini, yəqin ki, birliyin katibləri daha dəqiq bilirlər. Çünki bu cür qərarlar katiblikdə müzakirə olunur. Hesab edirəm ki , bu dəyişdirilmə qurultaya hazırlıq prosesi ilə bağlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Yazıçılar Birliyi ədəbi-ictimai nüfuzu böyük olan təşkilatdır və bütün uyğun məsələlərin müzakirəsi və nəticə bu nüfuza, statusa, gələcək fəaliyyətə bağlıdır.

İndi qurultaydan gözləntilər və dövlətin ədəbiyyat siyasətinin istiqamətlərinin sonrakı icrası haqqında düşünmək lazımdır. Çünki dövlətin ədəbiyyat siyasəti bu təşkilat vasitəsi ilə həyata keçirilir. AYB-nin üzvlərinin sayı kifayət qədər artıb. Son iki ildə üzvlüklə bağlı artım oncəki illərlə müqayisədə daha coxdur.

Bu gün Azərbaycan ədəbiyyatında bir sıra problemlər mövcuddur. Ədəbiyyata kütləvi axın müşahidə olunur. Sosial şəbəkələrdən birbaşa ədəbiyyata gəlir, yazıçılıq vəsiqəsi alırlar. Sonra da yazmaq barədə düşünməkdən ziyadə iddialar irəli sürməyə başlayırlar. Əli qələm tutan hər kəs özünü böyük yazıçı sayır. Əvvəl Anardan təqaüd tələb edir, ala bilməyəndə təhqirə keçir. Belə dar dünyagörüşlü yazarlar  “ədəbiyyat”ı idarə etmək istəyirlər. Amma bilmirlər ki, hansı haqla, qabiliyyətlə AYB-ni idarə edəcəklər.  Dünən alayarımçıq yazmağa başlayan birisi  çıxıb Anar haqqında hədyanlar söyləyir. Hadisə axtaran internet medianın çoxluğu və qeyri-peşəkarlığı da onlara imkan yaradır ki, ölkənin, millətin dəyərlərini ləkələsinlər. Əlbəttə ki, belələrini müxtəlif vədlərlə öyrədib ortaya salan ambisiyaları özündən böyük qüvvələr var. İnsan öncə özünü tanımalı, sonra istək və arzularını dəyərləndirməlidir. Əsl yazıçının düşüncəsi bu olmalıdır ki, mən cəmiyyətə, ədəbiyyat tarixinə nə verə bilərəm”.

D.Osmanlı dedi ki, Azərbaycanda bu gün Yazıçılar Birliyinin mövcudluğunun şərtləri və səbəbləri bəllidir və heç bir postsovet ölkəsində ədəbiyyat dövlət tərəfindən bizdəki kimi qayğı görmür. “Bu da Yazıçılar Birliyinə Azərbaycan ədəbiyyatının, cəmiyyətinin ehtiyacının göstəricisidir. Aktuallığını, aktivliyini itirməyən məsələlərdən biri də AYB-nin strukturuna, ədəbi orqanlara həm yaradıcılıq təcrübəsi, həm ictimai fəallığı, həm də  dayanıqlı vətəndaş mövqeyi  olan yazarlar cəlb olunmalıdır. Bu baxımdan, həm katiblikdə, həm İdarə Heyətində, həm də ədəbi orqanlarda dəyişikliklər zəruridir. Regionçuluq, intriqaçı düşünsə sahibləri isə AYB-nin imicinə, inkişafına, müasir, dinamik idarəçilik sisteminə keçməsinə ancaq zərbə vura bilərlər, necə ki, vururlar.

Son illərin tarixi prosesləri göstərdi ki, Azərbaycanda  Yazıçılar Birliyi faktiki olaraq ədəbi-ictimai prosesdə çox mühüm yer tutur. Bəzi problemlərə, ədəbiyyata kütləvi axına baxmayaraq, sosial şəbəkələrdən və neqativ ədəbi mühitdən kənarda kifayət qədər intensiv bir ədəbi proses gedir. Bu ədəbi prosesi Yazıçılar Birliyindən başqa heç bir elmi, ictimai-siyasi, mədəni-etik-əxlaqi qurum dəyərləndirmək  gücündə deyil.

Bu gün ədəbi proses üçün ən aktual olan qurultaydan gözləntilər məsələsidir. Bəzi yazarların fikri odur ki, təki dəyişiklik olsun, idarəçiliyə kim gəlir gəlsin, təki nəsə dağıdıcı hadisə olsun. Belələrini ədəbiyyatın inkişafı maraqlandırmır. Dəyişikliyi dövrün tələbi reallaşdırır. Əvvəl bu tələbləri qiymətləndirmək lazımdır.  Anarın  Yazıçılar Birliyinin sədri olduğu dönəmlərdə bu Birlikdə xalqın və ədəbiyyatın  taleyi ilə bağlı olduqca mühüm məsələlər müzakirə olunub, həllini tapıb. Mən deyərdim, hətta o dönəmlər çox ağır şərtlər altında  keçib. Yazıçılar Birliyinin bugünkü  mövcudluğunun  ən mühüm amillərindən biri elə budur ki, 80-ci illərin sonu 90- cı illərin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə Yazıçılar Birliyi obyektiv mövqe göstərib.

Qeyd etdiyim kimi, 90-cı illərdə digər ölkələrdən fərqli olaraq, müstəqil Azərbaycan dövlətinin lideri Heydər Əliyev elə bir siyasət yürütdü ki, Yazıçılar Birliyi vacib bir qurum kimi yaşadı, onun maddi təminatı həll olundu”.

D.Osmanlının fikrincə, Yazıçılar Birliyinin ağır ictimai-siyasi proseslərdən keçib yaşamasında Anarın fəaliyyəti danılmazdır. “Anarın ziyalı böyüklüyü odur ki,  bütün ekstremal vəziyyətlərdə daxili təzyiqlərə dözərək Yazıçılar Birliyini müdafiə edib, yaşamasına çalışıb. Fikrimin sonunda onu qeyd edim ki, Anarın həm ictimai xadim, həm də böyük yazıçı kimi Yazıçılar Birliyində ədəbiyyatın inkişafı, həmçinin qayğıları barədə ictimai, ədəbi, sosial məzmunlu başlatdığı bir çox məsələlər  var və  onların həlli ancaq Anarın yazıçı-ziyalı nüfuzu sayəsində baş tuta bilər.

Eyni zamanda, Anarın Azərbaycan ədəbiyyatında, mədəniyyətində və ictimai-siyasi proseslərdə göstərdiyi  misilsiz xidmətlər onun yenidən AYB sədri seçilməsi haqqını özündə saxlayır. Bu tək mənim fikrim deyil, Birliyin tanınmış üzvlərinin əksəriyyətinin istəyidir”-deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ