05/06/2023 06:40
728 x 90

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirildi... - FOTO

img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi  “Göyçək Fatma”  tamaşası kiçik yaşlı tamaşaçılara təqdim edildi. Bu barədə “Bakı-Xəbər”ə teatrın mətbaut katibi Leyla Hafizqızı məlumat verib. 

Tamaşadan öncə teatrın direktor müavini, Əməkdar artist  Vidadi Məmmədov çıxış edərək, balaca tamaşaçıları salamladı. Vidadi Məmmədov qeyd etdi ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman özünün sadiq  kiçik yaşlı tamaşaçılarını düşünərək  onların asudə vaxtlarının xoş keçməsi eyni zamanda mənən zənginləşməsi üçün dəyərli tamaşalara yer ayırıb. Həmçinin, milli-mənəvi dəyərlər üstündə qərar tutan tamaşaların uşaqların formalaşmasında əhəmiyyətindən danışdıqdan sonra nağıl-tamaşa tamaşaçılara təqdim olundu.  Böyük maraq və alqışlarla qarşılanan tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, quruşçu rəssamı Elşən Sərxanoğludur. Rəqslərin quruluşu isə Rusiya Ali Teatr Məktəbinin məzunu Vüsal Mehrəliyevə məxsusdur. Rollarda Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədəliyeva, Elmir Mehdiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə, İradə Zeynalova çıxış edir. 

Tamaşa məktəblilər tərəfindən böyük maraq və sevinclə qarşılandı.

Ülviyyə NAĞIYEVA

Peşə etikası

Son xəbərlər