çərşənbə günü, 30 sentyabr 2026
     

Şeyx Cüneydin Qusardakı türbəsinin illər boyu unudulması kimin günahıdır?... - FOTO

Image


Tariximizə, tarixi şəxsiyyətlərimizə, tariximizi yaradanlara gəc baxırıqsa, bu bizim qazancımız yox, bir ömür bizə xəcalət gətirən davranışımızdır. Şah İsmayıl Xətainin babası olan Şeyx Cüneydin Qusar rayonunun Həzrə kəndində yerləşən türbəsinə əlaqədar qurumların göstərdiyi layqeyd, biganə münasibət bizə utanc gətirən bir amildir. 

Bu gün təəssüf ki, Sah İsmayıl Xətainin babası Seyx Cüneydin Qusar rayonunun Həzrə kəndindəki türbəsi ucub-dağılmaq təhlükəsi altındadi. Türbə əsrlərdir ziyarət edilib. Hazırda isə o türbəni ziyarətə gedənlər oradan ürək agrısı ilə ayrılırlar. Məhv olmaq təhlükəsi astanasında olan türbə uzun illərdir ki, Mədəniyyət Nazirliyinin diqqətindən kənarda qalıb. Daha doğrusu, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şeyx Cüneydin türbəsini görməzdən gəlib.

Onu da vurğulayaq ki, sentyabrın 8-də bir qrup Azərbaycan tarixçisi, tanınmış alimlər Şeyx Cüneyd türbəsinin vəziyyəti ilə bağlı mədəniyyət naziri Anar Kərimova müraciət edib və sözügedən müraciətin mətni baki-xeber.com-da da yayımlanıb.

  • “Ziyarət zamanı Səfəvi Şeyxinin türbəsinin bu acınacaqlı vəziyyətinə görə, bir ziyalı olaraq, biz də özümüzü günahkar hiss edir və Şeyxin ruhu qarşısında xəcalət çəkirdik”

Şeyx Cüneyd türbəsinin acınacaqlı vəziyyəti ilə bağlı SOS siqnalı səsləndirən və mədəniyyət nazirinə müraciət ünvanlayan ziyalılardan biri, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı “Bakı-Xəbər”ə bildirdi ki, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun bir qrup əməkdaşı ilə Şeyxin Həzrədəki türbəsini ziyarət edərkən burada gördüklərindən məyus olublar. “Qüdrətli Azərbaycan hökmdarı Şah İsmayılın baba yadiğarı olan olan Şeyx Cüneyd türbəsi Qusar rayonunun Həzrə kəndində yerləşir. Sufi - Qızılbaş Şeyxinin ölümündən 561 il keçsə də, türbə bir dini ziyarətgah, irfan ocağı kimi ziyarətçilərin və turistlərin ən çox baş çəkdiyi məkana çevrilib. Bu ziyarətgah istər dini-mənəvi, istərsə də tarixi-memarlıq abidəsi olaraq Azərbaycan üçün olduqca əhəmiyyət daşıyır. Bir qrup tarixçi ilə yanaşı, mən də bu türbəni ziyarət etdim. Bizim də Şeyx Cüneydin mübarək türbəsinə gəlişimizin məqsədi bir çox müsəlman xalqları arasında mənəvi körpü yaradan, adı mədəniyyət və mənəviyyat tariximizə qızıl hərflərlə həkk olunan Səfəvi təriqət başçısının ocağını ziyarət etməklə mənəvi borcumuzu yerinə yetirmək, həm də bu qutsal məkanın aurasından ruhən qidalanmaq idi. 

Səfərimiz bazar gününə təsadüf etdiyi üçün türbə fəaliyyət göstərmirdi. Lakin türbənin məsul şəxsləri Bakıdan - AMEA-nın əməkdaşları olaraq gəldiyimizi bildikləri üçün məmnuniyyətlə ziyarətimizə şərait yaratdılar...

Ziyarət zamanı türbənin tavanının qəzalı vəziyyətdə olması, hər an uçmaq təhlükəsi ehtimalı bizi ziyarətimizdən və ibadətimizdən yayındırmasa da, hiss olunurdu ki, bələdçi Zakir müəllim bizə görə çox narahatlıq keçirir. 

Qeyd edim ki, türbənin bələdçisi Məhbubə xanım və oğlu Zakir müəllim bu müqəddəs ocaq haqqında bir tərəfdən ağızdolusu, fəxarətlə danışır, digər tərəfdən türbənin qəzalı vəziyyəti ilə bağlı giley-güzarlarını da dilə gətirmək məcburiyyətində qalırdılar. Uzun illərdir ki, nəsilliklə bu türbəni qoruyan və bələdçilik edən bu şəxslər gileylərində haqlı idilər. Zakir müəllim bizimlə söhbət əsnasında vurğuladı ki, türbədə 2006-2007-ci illərdə bərpa işləri görülsə də, müəyyən vaxtdan sonra divarların üzlükləri qopub tökülüb, xüsusilə də tavanı bir neçə yerdən uçaraq dağılıb. Təbii ki, bunları bizə deməyə ehtiyac yox idi, çünki biz türbənin bu qəzalı vəziyyətinin canlı şahidi idik”. 

M.Ağalarlının sözlərinə görə, 2006-2007-ci illərdə həyata keçirilən təmir işləri zamanı bəzi divarlarda həkk olunmuş tarixi və dini xarakterli yazılar səriştəsizlik və bilməməzlik ucbatından çapılaraq dağıdılıb. “Bələdçinin verdiyi məlumata görə, müvafiq orqanlara türbənin acınacaqlı vəziyyəti ilə bağlı bir neçə dəfə müraciət olunsa da, həmin orqanlar tərəfindən türbəyə baxış keçirilsə də, hələ də bir tədbir görülməyib. Zakir müəllim onu da qeyd etdi ki, bu türbə Azərbaycan üçün tək tarixi-memarlıq abidəsi deyil, eyni zamanda xalqımızın dini-mənəvi dəyərlər sisteminin bir parçası, müsəlman dünyasının müqəddəs ocaqlarından biridir. Bələdçi onu da dedi ki, bəzən xaricdən gələn qonaqlara türbənin təmirdə olduğunu bəhanə gətirərək ziyarətinə imkan yaratmırıq. Çünki xarici vətəndaşların türbənin bu acınacaqlı vəziyyətini görməsi bizdə böyük xəcalət və utanc hissi yaradır. Ziyarət zamanı Səfəvi Şeyxinin türbəsinin bu acınacaqlı vəziyyətinə görə, bir ziyalı olaraq, biz də özümüzü günahkar hiss edir və Şeyxin ruhu qarşısında xəcalət çəkirdik.  

Məlumdur ki, Şeyx Cüneyd türbəsi Azərbaycanda qızılbaş-sufilərə məxsus olan nadir dini ziyarətgahlardan biridir. Bu türbə xalqımızın mənəviyyatı, ruhaniyyəti, tarixi dövlətçiliyimizin mənəvi təməl daşıdır. Təkcə bu deyil... Bu türbə həm də bizi Azərbaycan Səfəvi imperiyasını yaratmaqla imperiyalar yaradan xalqlar sırasına daxil etmiş Şah İsmayıl Səfəvinin baba əmanətidir.  Bu əmanətə sahib çıxmaq bizim hər birimizin tarix və müqəddəs dəyərlərimiz, ən əsası isə tarixi-memarlıq abidələrimizi göz bəbəyi kimi qoruyan, müqəddəs ziyarətgahlarımıza böyük dəyər verən dövlətimiz qarşısında vəzifə borcumuzdur. Gəlin ulularımıza, müqəddəs ocaqlarımıza hörmət edək, ən əsası isə dövlətimizin bizim qarşımızda qoyduğu vəzifə borcumuzu layiqincə yerinə yetirək”.

M.Ağalarlının sözlərinə görə, türbənin uzun illərdir diqqətdən kənar qalmasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəhbərliyinin laqeydliyi danılmazdır: “Bilirsiz ki, bir qrup tarixçi Şeyx Cüneyd türbəsinin acınacaqlı vəziyyəti ilə bağlı mədəniyyət nazirinə müraciət etmişik. Əsas istəyimiz odur ki, tezliklə türbə nəzarətə götürülsün və burada təxirə salınmadan əsaslı bərpa işləri aparılsın. Türbə uzun illərdir ki, baxımsız vəziyyətdədir. Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəhbərliyinin biganəliyi, işə yarıtmaz münasibəti nəticəsində Şeyxin türbəsi bu vəziyyətə düşüb. Zamanında bu türbə lazımı şəkildə bərpa edilsəydi, indi bu problem olmazdı. Şeyx Cüneyd türbəsi Mədəniyyət Nazirliyinin balansındadır. İnanırıq ki,  mədəniyyət naziri həssaslıq göstərib türbənin əsaslı bərpası ilə bağlı tədbirlər görülməsinə göstəriş verəcək”-deyə M.Ağalarlı qeyd etdi.

M.Ağalarlı bildirdi ki, Şeyx Cüneyd 1429-cu ildə Ərdəbil şəhərində anadan olub. Alimin sözlərinə görə, 1447-ci ildə atası Şeyx İbrahimin vəfatından sonra 20 yaşında ikən Səfəviyyə sufi təriqətinin mürşidi olmuş Şeyx Cüneyd çox keçmədən imamilik şüarları altında siyasi iddialarla çıxış etməyə başlamışdı. Onun fəaliyyətindən ehtiyat edən Qaraqoyunlu hökmdarı Cahanşah 1449-cu ildə bu gənc Şeyxi Azərbaycandan Anadoluya getməyə məcbur etmişdi. 1449-1456-cı illərdə Şeyx Cüneyd Anadolunu, Misiri, Suriyanı gəzib-dolaşaraq öz təriqət ideyalarını yayıb, həmçinin müxtəlif hərbi-siyasi hadisələrin iştirakçısına çevrilib: “Şeyx Cüneyd 1456-cı ilin axırlarında o zamanlar hələ Diyarbəkir hakimi olan Ağqoyunlu Uzun Həsənin yanına gəlib, Uzun Həsənin yanında qaldığı zamanlarda onun bacısı Xədicə Bəyimlə ailə həyatı qurub. Uzun Həsənin Diyarbəkirdəki sarayında üç il qalan Cüneyd “vətən sevgisi imandandır” - deyərək Azərbaycana qayıdır, lakin yenə də Cahanşahın təzyiqi üzündən Ərdəbildə möhkəmlənə bilməyərək Şirvana gedir və 1460-cı ilin mart ayında Şirvanşah I Xəlilullanın, Təbərsəran hakimi Əbül-Məsum xanın və Qaraqoyunluların birləşmiş qüvvələrinə qarşı baş vermiş döyüşdə qətlə yetirilir. Tarixçi Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə, Şeyx Cüneydin müridləri onun nəşini Samur çayının sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn ediblər. Şah Təhmasibin hakimiyyəti zamanında Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan (1538) sonra, 1544-cü ildə Gülxan (indiki Həzrə) kəndindəki məzar üzərində türbə tikilərək, üzəri böyük bir günbəzlə örtülüb. Türbənin qərb qapısı üzərində yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabədən aydın olur ki, türbəni hicri 951-ci ilin (1544-1545) axırlarında Azərbaycan Səfəvi hökmdarı I Şah Təhmasibin göstərişi ilə vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Ağa Məhəmməd tikdirib”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ