Cümə günü, 14 avqust 2026
     

Ermənilər “Maşa və ayı” filminin Azərbaycan nağılları əsasında çəkilmiş hissələrini sildirib...

Image


Erməni təxribatının sınırı yoxdur. Harada əllərinə imkan düşürsə, bundan Azərbaycana qarşı istifadə edirlər, özü də çox iyrənc, özlərinə yaraşan formada. Onlar o qədər həyasızdırlar ki, hətta Rusiyanın Azərbaycanla bağlı mədəniyyət layihələrinə qarşı da iyrəncliklər törətməkdən çəkinmirlər.

Bildiyimiz kimi, ermənilər Rusiyanın çəkdiyi populyar “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışını rəsmi YoTube-dən sildiriblər. Avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb. 

Qeyd edək ki, cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi. 

Bizim mədəniyyəti, mətbəxi, folkloru təbliğ edən bir nümunənin erməni təxribatının qurbanı olması narahatedicidir. Maraqlıdır ki, cizgi filmini çəkən kompaniya buna hələ reaksiya verməyib.

  • Aygün Bünyadzadə: “Ermənilər bizim “Cırtdan”ımızdan belə qorxduqları üçün cizgi filmini sildiriblər”

Tanınmış uşaq yazıçısı Aygün Bünyadzadə “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışını rəsmi YoTube-dən sildirsələr də, başqa platformalardan sildirə bilməyiblər. “Mən saytlardan birində bu cizgi filminə baxdım, ermənilər bunu Yotube-dən sildirsələr də, başqa platformada qalıb. Ermənilər tərəfindən “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışını sildirilməsi təsadüfi deyil, çünki bu cizgi filnmində bizim tariximiz, folklorumuz, adət-ənənələrimiz var. Bu cizgi filminin Azərbayacan nağılı “Cırtdan”ın motivləri əsasında çəkilən hissəsində erməniləri narahat edən, qorxudan məqamlar olub. Ermənilər bizim “Cırtdan”ımızdan belə qorxduqları üçün cizgi filmini sildiriblər. Bu bizim balaca “Cırtdan”ımızın qələbəsi deyilmi? Əlbəttə, qələbəsidir. Bilirsiz, hər xalqın özünün kiçik nağıl qəhrəmanları olub, bizim nağıl qəhrəmanlarımızdan da biri Cırtdandı. Ermənilərin isə Cırtdanı yoxdur. 44 günlük müharibədə bizə məğlub olan ermənilər bizim möhtəşəm tariximizdən, folklorumuzdan, nağıl qəhrənlarımızdan, hətta milli adət-ənənələrimizdən, şirniyyatlarımızdan da qorxurlar. Çünki cizgi filminin bizə aid olduğu hissədə bizim milli adət-ənənələrimiz, milli mətbəximiz, musiqimiz və sair var”.

A.Bünyadzadə hesab edir ki, ermənilər  cizgi filmini sildirməklə öz qorxaqlıqlarını, bizim uşaqlardan belə qorxduqlarını etiraf ediblər. A.Bünyadzadənin fikrincə, Youtube populyar “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışını rəsmi olaraq bərpa edəcək, çünki bu cizgi filminə bütün dünyada baxılır.

  • Sevinc Nuruqızı: “Bu gözlənilməz deyildi, çünki “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışında Azərbaycan həqiqətləri vardı, Azərbaycanın xəritəsi, milli mətbəxi...”

Digər tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı da bizimlə söhbətində bildirdi ki, “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışına baxıb və bunu çox sevib. “Düzdür, orada bizim “Cırtdan” nağılımız bir az təhrif olunmuşdu. Başqa xalqların da cırtdan nağıl qəhrəmanları var. Xalqlar və onların cırtdan qəhrəmanları haqqında bir yazım da olmuşdu. Bu cizgi filmində bizim adət-ənənələrlə, folklorumuzla, həyat tərzimizlə bağlı müəyyən nüanslar vurğulanıb. Məsələn, burada ermənilərin illərdir iddia etdiyi dolma da daxil olmaqla, başqa milli mətbəx nümunələrimizin adları çəkilib. Nağılın süjeti təhrif olunsa belə, burada müsbət məqamlar çox idi.   Populyar “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışında Azərbaycanın xəritəsi də verilib. Bu cizgi filminə sonra da baxmaq istədim, amma Youtube-də tapa bilmədim. Bu cizgi filminə zəhmət və vəsait xərclənib, eyni zamanda görünür ki, o cizgi filmini çəkən heyətdə Azərbaycanı ürəkdən sevən bir adam olub və o seriyanın birini Azərbaycana, Azərbaycan nağılı “Cırtdan”a həsr etdirib. Ermənilərin bu təxribatı “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışının itirilməsi demək deyil, bunu yenidən üzə çıxarmaq və yaymaq, Youtube-də yerləşdirmək olar.

Bu, təbii ki, ermənilərin məkrli siyasəti və davranışıdır. Bu gözlənilməz deyildi, çünki “Maşa və Ayı” cizgi filminin Azərbaycan buraxılışında Azərbaycan həqiqətləri vardı, Azərbaycanın xəritəsi, milli mətbəxi, folkloru, musiqisi göz önünə gətirilirdi. Ermənilər isə bu həqiqətin yayılmasından çox qorxurlar”.

S.Nuruqızı deyir ki, ya “Azanfilm”, ya “Azərbaycanfilm”, ya da ki, digər aidiyyəti qurumlar o seriyanı əldə edə bilər, əsas odur, seriya çəkilib, var, onu yenidən Youtube-də yerləşdirmək mümkündür. S.Nuruqızı hesab edir ki, erməni təxribatı həmişə gözləniləndir və biz ayıq-sayıq olmalıyıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ