Cümə axşamı günü, 01 oktyabr 2026
     

Əbülfəs Qarayevin pul yeyintisi beynəlxalq festivalda Azərbaycana zərbə oldu...

Image


Hazırda Fransanın Kann şəhərində 74-cü Beynəlxalq Kann Film Festivalı keçirilir, amma Azərbaycan bu il festivalda təmsil olunmur. Bununla bağlı Mədəniyyət Nazirliyinə göndərdiyimiz sorğuya hələ cavab verilmədiyi üçün, Azərbaycanın festivala hansı səbəbdən qatılmamasının səbəbləri haqda bir söz deyə bilmərik, bu, nazirliyin rəsmi cavabından sonra məlum olacaq.

Festivalla əlaqədar olan başqa bir mühüm məsələyə toxunmaq istəyirik, Kann Festivalında bir neçə il ardıcıl olaraq açılan Azərbaycan kino pavilyonuna. 68-ci, 69-cu və başqa  Beynəlxalq Kann Film Festivalı zamanı Azərbaycan kino pavilyonu fəaliyyət göstərsə də, sonradan müəmmalı şəkildə pavilyon qapadıldı və növbəti illərdə keçirilən festivallarda görünmədi.  

74-cü Kann Beynəlxalq Kino Festivalının davam etdiyi günlərdə Kannda Azərbaycan pavilyonunun qurulmaması, ən azından, burada Vətən müharibəsindəki qələbəmizi əks etdirən dəyərlərin əks olunmaması təəssüf doğurur. O da təəssüf doğurur ki, qələbəmizi əks etdirən bir filmimiz belə yoxdur, halbuki, bu fürsət başqalarında olsaydı, indi ortaya tarixi bir film çıxarmışdı. 2020-ci il Azərbaycan dövlətinin tarixində çox mühüm hadisələr ili, qələbə ili oldu. Kinomuz isə hələ buna cavab verə bilmir.  

Qayıdaq Azərbaycan pavilyonuna. Əldə etdiyimiz məlumatlara görə, Kann Beynəlxalq Film Festivalında Azərbaycan pavilyonunun yığışdırılması, ləğv edilməsi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin əmrilə baş verib. Kino ictimaiyyətində geniş yayılan söz-söhbətə görə, sabiq nazir Azərbaycan kino pavilyonunun bağlanmasına burada külli miqdarda maliyyə yeyintisi olduğuna, maliyyə israfçılığı, ayrılan pulların mənimsənilməsi baş verdiyi üçün qərar verib.  Məlumatlara görə, hər il pavilyona ayrılan pullar səmərəsiz yerə, kimlərinsə şəxsi maraqlarını təmin etmək üçün xərclənib, havaya sovrulub, Azərbaycan pavilyonu öz missiyasını yerinə yetirə bilməyib, daha doğrusu, pavilyon istənilən şəkildə qurulmayıb, ona ayrılan maliyyə xərclənib.

Deyilənə görə, Azərbaycan pavilyonunun yaradılmasında məqsəd Azərbaycanı, ölkəmizin turizm, mədəniyyət, kino və sair potensialını təbliğ etmək olub, amma keçmiş nazirin dövründə buna imkan verilməyib. Güclü pul yeyintisi pavilyonun işini yarıda saxlayıb. Nəticədə də Kann Festivalında Azərbaycan kino pavilyonu yoxdur.

Tanınmış kinorejissorlardan birinin dediyinə görə, Azərbaycan pavilyonunun ləğv edilməsi Azərbaycanın təbliğatına mənfi təsir göstərdi. O qeyd etdi ki, ayrılan pulların mənimsənilməsi faktının ört-basdır edilməsi üçün Ə.Qarayev bir bəhanə edib Azərbaycan pavilyonunu qapadıb.

  • “Pavilyonun saxlanmasına ildə 100-150 min icarə haqqı keçirməyin...”

Tanınmış kinorejissor, ekspert Şamil Əliyevin fikrincə isə, əslində, Kann Beynəlxalq Film Festivalında vaxtilə fəaliyyət göstərən Azərbaycan pavilyonu özünü doğrultmurmuş: “Azərbaycan pavilyonu o dövrdə  lazımi səviyyədə fəaliyyət göstərə bilmədi. Ona görə də bu pavilyonun saxlanmasına ildə 100-150 min icarə haqqı keçirməyin bir anlamı yox idi. Ümumiyyətlə, tələm-tələsik, xala-xətrin qalmasın deyə iş görməyin faydası olmur. Kanndakı Azərbaycan pavilyonu sanki bu işə də bir “quş qoyduq” xatirinə yaradılmışdı. Bu belə olmaz.

Mən inanıram ki, Kann Festivalında Azərbaycan pavilyonu daha yüksək səviyyədə, öz missiyasına layiq şəkildə təşkil olunacaq. Bilirsiniz, Anar Kərimov yeni təyin olunmuş nazirdir, hələ ki, ilk növbədə, ortada Kino Agentliyinin yaranması məsələsi var. Milli Kino Agentliyi yaranmadan orada pavilyon təşkil etmək bir az məqsədəuyğun deyil. Bu səbəbdən də Kannda tez-tələsik bir pavilyon təşkil etməyin mənası yoxdur”.

Ş.Əliyevin sözlərinə görə, Kann Festivalında Azərbaycan pavilyonunun olması mühümdür, amma zəif formada olmasındansa, heç olmaması daha münasibdir.

Azərbaycan Kann Festivalında pavilyonu elə Əbülfəs Qarayevin vaxtında açmışdı: “Səhv etmirəmsə, 2010-cu ildə açılmışdı, onu da Əbülfəs Qarayevin dövründə təşkil etmişdilər. Azərbaycan pavilyonu müəyyən illər ərzində fəaliyyət göstərdi. Azərbaycan pavilyonu kino industriyasının qurulması, inkişafı baxımından çox mühüm faktorlardan biri idi. Daha doğrusu, olmalıdır. Hesab edirəm ki, istənilən və tələb olunan səviyyədə Azərbaycan pavilyonunu təqdim edə bilmirdik. Bu da mütəxəssislərin çatışmazlığı ilə bağlı idi. Məsələn, bu günə qədər Azərbaycanda dünyaya çıxa biləcək hər hansı bir distrübüter şirkəti, prodüsserlərimiz hələ ki, yoxdur. Bu, yeni formalaşmaqdadır. Bu da, necə deyərlər, kino sənayemizin vacib tərəflərindən biridir.

Ş.Əliyev ümid edir ki, Mədəniyyət Nazirliyi gələcəkdə bu kimi məsələlərlə bağlı beynəlxalq standartlar səviyyəsində işlər görəcək. O deyir ki, burada əlaqələrin qurulmasından, filmlərin distribusiyasından, prodüsser institutunun formalaşmasından söhbət gedir, gələcəkdə isə bütün bunlar hamısı yerinə yetəcək: “Çünki başqa yolumuz yoxdur. Biz dünya kinosuna inteqrasiya ediriksə, öz sənayemizi qurmaq istəyiriksə, buna can atmalıyıq. İndi görürsünüz, nazirliyin daxilində Azərbaycan film komissiyası kimi bir qurum yaradılıb. O qurumun yaradılması da Azərbaycan landşaftını təbliğ etmək, həm də Azərbaycan kino sənayesinin qurulması üçün bir vasitə də ola bilər. Görüsünüz, niyyət müsbətdir. Bunun həyata keçirilməsi üçün mütəxəssislər yerində olmalıdırlar. Azərbaycan AVROMAŞ-a da üzv olmalıdır, bu quruma üzv olmaq üçün, deyəsən, hazırlıq da görülür”.

Azərbaycan pavilyonunun bağlanmasında maliyyə yeyintilərinin, pul silmələrin rol oynadığı məsələsinə gəlincə, Ş.Əliyev vurğuladı ki, bu barədə məlumatı yoxdur: “Nazirliyin maliyyə sahəsi ilə bağlı heç bir məlumatım yoxdur, heç can atmıram da. Maliyyə ilə maraqlanmaq hansısa qurumların, təşklatın işidir. Mən yaradıcı adamam, bir də ekspert kimi bilirəm ki, dünya kinosunda iz qoymaq üçün nələr etmək lazımdır. Maliyyə tərəfi artıq mənim sferam deyil”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ