Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan Kino Komissiyası xaricdən ölkəyə pul gətirə biləcəkmi...

Image


İyunun 28-də Mədəniyyət Nazirliyi Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatında mədəniyyət naziri Anar Kərimov komissiyanın fəaliyyət istiqamətlərini açıqladı və bildirdi ki, məqsəd kino sənayesini Azərbaycan iqtisadiyyatının çox vacib qoluna çevirmək və xarici kino şirkətlərini film çəkmək üçün ölkəmizə dəvət etmək, ölkəyə sərmayə axınına nail olmaqdır.

Nazir də, tədbirdə digər çıxış edənlər də bildirdilər ki, xarici kino şirkətləri Azərbaycan təbiətindən, məkanından, tarixi yerlərindən, kəndlərindən, şəhərlərindən istifadə edərək film çəkməklə Azərbaycana pul gətirə bilərlər.

Azərbaycan Film Komissiyası doğrudanmı ölkəmizə maliyyə gətirə bilər?

  • Hüseyn Mehdiyev: “Bütün süni əngəllər, bürokratik maneələr aradan qaldırılsa...”   

Professional Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev “Bakı-Xəbər”ə bildirdi ki, bütün maneələr, bürokratik əngəllər, süründürməçiliklər aradan qaldırılarsa, bu işin perspektivi çox böyükdür. H.Mehdiyev qeyd etdi ki, mexanizmlər düzgün qurularsa, bu komissiya Azərbaycana xaricdən maliyyə axınının reallaşmasına şərait yaradar. “Biz Azərbaycan Film Komissiyasını 2005-ci ildə yaratmışıq. 2005-ci ildən bu yana onun tam həcmdə, rasional istifadəsinə imkan yox idi. Amma buna baxmayaraq, bu istiqamətdə olan boşluğu müəyyən dərəcədə doldururduq. Xaricdə bütün kino sahəsilə məşğul olan şirkətlər üçün Azərbaycan, Azərbaycan kino sənayesi, Azərbaycan kinosu haqqında, bir sözlə, kino istehsalatı ilə bağlı olan bütün informasiyaları komissiyanın saytında yerləşdirmişdik. Hətta havadan tutmuş, icazəyə qədər hamısı burada vardı, xaricilər də bundan yaxşı istifadə edirdilər. Telekanalların, şirkətlərin heç xəbərləri olmadan xaricdən müraciət edən kampaniyaları onlara yönəldirdik, onlar da əlaqə saxlayıb öz işlərini görürdülər. Bu çox vacib bir məsələdir. Siz heç təsəvvür edə bilməzsiniz ki, nə qədər vacibdir. Xüsusilə də indi torpaqlarımız işğaldan azad olunub və burada çox cəlbedici, gözəl, tarixi baxımdan əhəmiyyətli yerlər var və biz bunları dünyada təbliğ edib, kino çəkmək istəyənləri bura cəlb edək. Bu ən vacib bir məsələdir ki, bunun da yeganə problemi təşkilati məsələlərlə bağlıdır. Tutaq ki, vaxtilə bizə xarici şirkətlər Azərbaycanda film çəkmək üçün müraciət edirdilər, əlaqə saxlayırdıq, danışırdıq, amma onların film çəkməsinə icazə məsələsi Mədəniyyət Nazirliyinə bağlı idi. Nazirliklə həmin xarici şirkətlər arasında uzun-uzadı bürokratik yazışmalar başlayırdı və şirkətlər bu süründürməçilikdən bezib filmlərini çəkmək üçün Gürcüstana gedirdilər. Bu indi olmamalıdır, olmasın. Ümid edirəm ki, daha belə olmayacaq. Çünki nazir demişkən, nəhayət ki, Kino Agentliyi yaradılacaq və bu məsələni isə Kino Agentliyi həyata keçirəcək”.

Milli Kino Agentliyinin yaradılmasının işi çox sadələşdirəcəyini deyən H.Mehdiyevin sözlərinə görə, Azərbaycanda xarici şirkətlərin diqqətini cəlb edəcək, onların çəkiliş aparması üçün böyük imkanlara malik məkanlar, yerlər çoxdur, təbiətimiz çox zəngindir: “Bizim ölkə çəkilişlər üçün çox cəlbedicidir, sadəcə olaraq, bunun üçün şərait yaratmaq lazımdır. Azərbaycanda bu şəraiti yaratsalar, yüz faiz əminəm ki, film çəkmək məqsədilə Azərbaycana çoxlu xarici şirkət gələcək və ölkəmiz gəlir əldə edəcək. Aydın məsələdir ki, burada bürokratik əngəllər, maneələr olmasa, hədəflərimizə nail ola bilərik, təki süni maneələr olmasın. Bütün süni əngəllər, bürokratik maneələr aradan qaldırılsa, əminəm ki, kino çəkmək üçün Azərbaycana üz tutan xarici şirkətlər az olmayacaq, bu da ölkəyə güclü maliyyə axını deməkdir. Tutalım, Fransa bir film çəkir və bu filmin Azərbaycana heç bir aidiyyəti yoxdur, amma o filmi çəkmək üçün təbiət, dağ, çay, dəniz, göl, dağ, bir sözlə, məkan lazımdır. Görürsünüz, ölkəmiz bu cəhətdən də nə qədər zəngindir. 11 iqlim qurşağının demək olar ki, əksəriyyəti Azərbaycanda var.  Məsələn, o film Fransada çəkilsə, həmin şirkətə çox baha başa gələ bilər, amma Azərbaycanda çəkilərsə, ona ucuz başa gələr. Baxır Azərbaycan ona nə təklif edir, nə güzəştlər verir? Bu da rəqabətdir. Gürcüstanda onlar üçün yaxşı şərait yaradılıb, bizdə də yaradılmalıdır. Gürcüstanda da 2005-ci ildən şərait yaradılmağa başlanıb, görün, necə inkişaf ediblər, amma bizim əl-qolumuzu bağlayıb inkişaf etməyə qoymadılar. Ona görə də biz bu sahədə çox geridə qalmışıq. Bu iş çox xeyirlidir, gəlirlidir. Bunun maliyyə, iqtisadi, turizm və sair baxımından xeyri var. Bura kino çəkməyə gələnlər, təbii ki, özləri ilə əsas heyəti gətirəcəklər, 50-60 nəfəri gətirməyəcəklər ki... Bizim üçün bu sərfəlidir, kütləvi səhnələri çəkəndə bizim insanlardan çəkəcəklər, görün, nə qədər insanı çəkilişlərə cəlb edəcəklər. Bu bizim üçün hərtərəfli xeyirdir. Biz bu prosesin nə qədər xeyirli olacağını əvvəlcədən bilirdik, sadəcə olaraq, kinonun keçmiş rəhbərliyi buna şərait yaratmaq istəmirdi. Ona görə də bu vəziyyətdəyik. Bu, perspektivi olan işdir. Mən 15 ildən çox bu işlə məşğul olan adam kimi əminliklə deyirəm ki, bu, Azərbaycanın təbliğinə çox böyük töhfədir” - deyə H.Mehdiyev vurğuladı.

  • Əli İsa Cabbarov: “Ümid edirəm ki, monopoliyaya yol verilməyəcək”

Azərbaycan Kinematoqraflar İttifaqının katibi Əli İsa Cabbarovun isə Azərbaycan Film Komissiyası ilə bağlı fikirləri belə oldu: “Film Komissiyası təşəbbüsü ilk deyil. Bu təşəbbüs ilk dəfə Azərbaycan Professional Kinorejissorlar Gildiyası tərəfindən 15 il əvvəl edilib. Bununla yanaşı, Azərbaycanda artıq bununla bağlı işlər görülüb. Yəni Azərbaycanda xarici kinostudiyalar çəkilişlər aparıb və onlara xidmət göstərən şirkətlərimiz olub. Həm “Ultra” prodakşn, həm Bakı Media Mərkəzi, “Nərimanfilm” bu sahədə xüsusi fəaliyyət göstərirlər. “Nərimanfilm” mütəmadi olaraq xarici film sərgilərində iştirak edir və bir neçə xarici şirkətin ölkəmizdə çəkiliş aparmasına xidmət göstərib. Bu çox yaxşı bir təşəbbüsdür, dövlət də buna razılıq verirsə, müsbət haldır. Amma bu, özəl prodakşnların, özəl film şirkətlərinin qarşısını almamalı, monopoliya yaranmamalıdır. Yəni bu qurum xarici film şirkətlərini bura cəlb edərək onların Azərbaycanın özəl şirkətləri ilə işləməsinə şərait yaratmalıdır. Özü xidmət göstərməməli, sadəcə olaraq, şirkətləri cəlb etməli, şirkətlərə xidməti isə özəl prodakşnlar göstərməlidirlər. Bu təşəbbüs çox yaxşdır, amma ümid edirəm ki, bu, monopoliya yaratmaq cəhdi deyil və bütün şirkətlərin inkişafının qarşısı alınmayacaq, özəl şirkətlər də dövlət studiyaları ilə bərabərhüquqlu şəraitdə fəaliyyət göstərəcəklər. Azərbaycanın təbiəti, memarlığı çəkilişlər üçün əlverilşlidir. Bu Film Komissiyanın fəaliyyəti ölkəmizdən daha çox xaricdə olmalıdır. Təqdimatlar dünya ölkələrinin paytaxtlarında keçirilməlidir. Bura gələndə isə onlar özəl şirkətlərlə işləməlidirlər. Yaxud texniki bazası olan şirkətlərlə işləməlidirlər. Yaxşı təşəbbüsdür, amma kiçik də olsa monopoliya təhlükəsi var, ümid edirəm ki, monopoliyaya yol verilməyəcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ