Cümə günü, 02 oktyabr 2026
     

Samir Şərifov mədəniyyətimizin ən ağrılı dərdini yenidən aktuallaşdırmaq zorunda qaldı - kinolara tökülən pullar hardadır...

Image


Müasir Azərbaycan kinosunun inkişafı dövlətin prioritetlərindən biridir və kinonun da yalnız dövlət büdcəsindən maliyyələşdiyi, büdcənin çiyinlərində olduğu məlumdur.

Azərbaycanda kino sənayesinin hələ də qurulmaması, çəkilən filmlərin keyfiyyətinin qənaətbəxş olmaması, mövzu baxımından axsaması diqqəti çəkir. Kino xadimləri də, “Azərbaycanfilm”in sabiq rəhbərləri də, Mədəniyyət Nazirliyinin kino sektoru da dəfələrlə bəyan ediblər ki, kinoya ayrılan vəsaitin həcmi çox azdır və o büdcə ilə filmlər çəkmək mümkün deyil.  Dövlətin digər təşkilatları isə əksini deyirlər.

Maliyyə naziri Samir Şərifov parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib ki, kinoya vəsaitlər ayrılır, ancaq hansısa kino əsərlərini görmürük. “Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə göndərmək olar”.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb: “Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik, çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Maliyyə nazirinin kino ilə bağlı vurduğu eyham diqqətdən yayınmayıb.

  • Mədəniyyət Nazirliyi: “Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bunlar bildirilib: “Azərbaycan Respublikası maliyyə nazirinin Milli Məclisdəki son çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, “Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanmış, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər ölkəmizin tarixində yeni bir səhifə açmış və dövlətimiz bütün sahələrdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ milli kinematoqrafiyamızın da qarşısında mədəniyyətimizin qalib təzahürü və carçısı olmaq vəzifəsini qoyur. Bununla əlaqədar, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə keçirilən «Böyük Qayıdış» film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olundu. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır.

Bununla yanaşı, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alındı və «Fəryad 2», «Məryəm» və «Mərmər soyuqu» tammetrajlı bədii filmlərin istehsalına artıq başlandı.

Eyni zamanda, 1965-ci ildən heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Həmçinin, ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, dünya kino prosesinə inteqrasiyasının sürətləndirilməsi və nəhayət, dayanıqlı inkişafa əsaslanan kino sənayesinin formalaşdırılması üçün inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanıb.

Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filminin Rotterdam Film Festivalında, “Təkbətək”, “Göy köynəkli adam” və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı - “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar”.

Nazirlikdən bildirilib ki, həmçinin, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformalarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, “Netflix APost Lab” mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşahidəçi kimi dəvət edilməsini qeyd etmək lazımdır.

“Bununla belə, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar.

  • Əli İsa Cabbarov: “Samir Şərifovun çıxışı Azərbaycan kinosunun xeyrinədir” 

Azərbaycan Kinematoqraflar İttifaqının katibi Əli İsa Cabbarov “Bakı-Xəbər”ə bunları dedi: “Samir Şərifovun açıqlaması kinematoqraflar olaraq bizdə minnətdarlıq hissi doğurur ki, Maliyə Nazirliyi kinoya ayrılmış vəsaitə diqqət yetirir. Bu diqqət davam etməlidir, bu diqqət həmişə olmalıdır. Azərbaycan konosunda “ərköyün uşaq”lar olmamalıdır, onlar dövlətin maliyyəsi qarşısında məsuliyyət hiss etməlidirlər və S.Şərifovun çıxışı Azərbaycan kinosunun xeyrinədir. S.Şərifovun barəsində danışdığı  “Azərbaycan Kinemotoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsinin hazırlanması prosesində Professional Kinorejissorlar Gildiyası ilə yanaşı, Azərbaycan Kinematoqraflar İttifaqı olaraq bizim də təkliflərimiz qəbul olunub. Bu konsepsiya qənaətbəxş konsepsiyadır. Nazir demir, konsepsiyanı qəbul etməmişik, ona görə ki, pisdir. Naziri razı salmayan məqam 2020-2021-ci illər üçün Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin xərclənməsi məsələsidir. Bu vəsaitin necə xərclənməsi haqqında bizdə rəqəmlər yoxdur, o hesabat bizə verilməyib, biz ancaq çəkilən filmləri görürük. Məsələn, mən bir ekspert kimi deyə bilərəm ki, dövlətin 2020-2021-ci illərdə kino üçün ayırdığı büdcəyə il ərzində ən azı 10, ən çox 20 tammetrajlı bədii film çəkmək olar. Yəni 6 miyon yarım vəsaitə bu qədər bədii film çəkilə bilər. Bu, Azərbaycan kinosunu canlandıra və inkişaf etdirə bilər. Təəssüf ki, bu sayı biz görmürük. Niyə görmürük? Yəqin ki, bu haqda nazirliyin kino şöbəsi, dövlət studiyaları, kinostudiya açıqlama verəcək və bizə də aydın olacaq. Bu barədə açıqlamaların verilməməsi ən böyük problemdir. Mətbuatla kino ictimaiyyətinin təşkilatları daha sıx əməkdaşlıq etməlidirlər. Heç nə gizli olmamalıdır, “bizlərə, sizlərə” bölünməməlidir, hamımız bir yerdə Azərbaycan kinosunun inkişafı üçün çalışmalıyıq. Burada nazirin çıxışını konstruktiv bir yanaşma kimi qəbul edib işləmək lazımdır. Mənə elə gəlir ki, dövlət studiyalarında, kino şöbələrində effektiv işləyən mətbuat katiblərinin olmamasının da burada rolu var, Maliyyə Nazirliyi və mətbuat lazımi şəkildə məlumatlandırılmır”.

Ə.İ.Cabbarovun fikrincə, bundan əlavə, Maliyyə Nazirliyi xərclənən pulu görür və effektivliyi haqqında daha ətraflı rəy bildirə bilir. “Mən isə öz tərəfimdən deyə bilərəm ki, daha çox film çəkilə bilər, amma çəkilmir. İndiki mərhələdə 6 milyon yarım normal vəsaitdir. Amma xərclənən pulun effektivliyi hələ ki, aşağıdır. Yəni müəyyən nailiyyətlər var. Azərbaycan kinosu Venesiya festivalında da olub, başqalarında olub. Amma bu vəsaitə daha çox nəticə əldə edə bilərik. Buna görə də bir yerdə çalışmalıyıq” - deyə Ə.İ.Cabbarov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ