Bazar günü günü, 04 oktyabr 2026
     

“Yada düşdü”nün 10 illiyi ilə bağlı ilk tədbir jurnalın ilk mərhum baş redaktoru, yazıçı Nahid Hacızadəyə həsr edildi... - FOTO

Image


“On il bundan əvvəl Nahid müəllimdən xahiş etdim ki, ay Nahid müəllum, “Xatirə kitabı”na görün nə qədər müraciətlər olur, onların hamısı da yaddan çıxmaqdan qorxur. Hətta elə insanlar var ki, ulu babalarını arayıb-axtarıb tarixə salmaq istəyirlər, mənim də könlümdən bir jurnal təsis etmək və adını da “Xatirələr” qoymaq keçir.

Nahid müəllim də həmin vaxt “Yada düşdü” adlı kitabını çapa hazırlayırdı, dedi ki, jurnalın adı “Yada düşdü” olsun. Amma bununla yanaşı, mənə jurnal nəşr etməyin necə çətin, məşəqqətli olduğunu dedi və israr etdi ki, bu işə könül verməyim. Amma mən düz bir il Nahid müəllimin jurnalın nəşrinə razılıq verməsi üçün az qala hər gün bu mövzuda söhbət saldım. Axırda gedib, aidiyyəti orqanlara müraciət edib jurnalı qeydiyyatdan keçirdim və jurnalın baş redaktoru Nahid müəllim oldu. Çünki baş redaktorluğa özünün icazəsini almışdım. Dedim, ay Nahid müəllim, jurnal qeydiyyatdan da keçib, nəşrə dövlət icazə verib. Belə oldu ki, bu jurnal ərsəyə gəldi və bu jurnalın ocağı başına çox gözəl, istedadlı insanlar yığışdılar”. Bu sözləri görkəmli yazıçı-jurnalist, dramaturq Nahid Hacızadənin 85 illik, “Yada düşdü” ədəbi-bədii nostalji jurnalının 10 illiyinə həsr edilmiş yığıncaqda Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova bildirib.

Yığcam, lakin zəngin olan tədbirdə ölkəmizin görkəmli ədəbiyyat, jurnalistika, söz-sənət insanları iştirak edirdilər. Yazıçı-publisist Yasif Nəsirlinin, tanınmış hərbi jurnalist, tədqiqatçı Şəmistan Nəzirlinin, şair Şöhlət Əfşarın, Əməkdar jurnalist, şair Əbülfət Mədətoğlunun, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələflinin, şair Balayar Sadığın, tanınmış jurnalist Vasif Quliyevin Nahid Hacızadə ilə bağlı isti və səmimi  xatirələri, on il müddətində “Yada düşdü”nün oxucuların ürəyində özünə birmənalı olaraq yuva qurduğunu dedilər.

  • Nəzakət Məmmədova: “On il bundan əvvəl Nahid müəllimdən xahiş etdim ki...”

Nəzakət Məmmədova söhbətini davam etdirərək üzünü Yasif Nəsirliyə tutaraq, “Yasif müəllim, yadınıza gələr, siz jurnalın ilk redaksiya heyətinə daxil olanlardansınız. Sonradan rəhmətlik Oqtay Rza, İlyas Tapdıq, Fərqanə Mehdiyeva və başqaları bu jurnala gəldi və xatirələrini qoyub getdilər. Bu jurnalın ilk sayı çap olunandan sonra onu götürüb Nahid müəllimlə birgə Yazıçılar Birliyinin sədri Anar müəllimin yanına getdik, Anar müəllimlə Fikrət Qoca otaqda oturmuşdular. İkisi də jurnala baxıb dedilər ki, gözəl jurnaldır, boyalı, bərli-bəzəkli, amma başqa jurnallar kimi bu da uzaq başı bir il davam edər. Anar müəllim və Fikrət Qoca “Yada düşdü”nün ömrünü bir il qoymuşdular. Amma bu gün o birin yanına bir sıfır da artırılıb. Mən çox sevinirəm. Bu on il nə tez gəldi... Zaman bizi aldadıb... Allaha çox şükür ki, bu günə gəlib çıxdıq. Nahid müəllim, Allah sizə qəni-qəni rəhmət eləsin. Ömrümün 19 ilini Nahid müəllimlə çiyin-çiyinə çalışmışam. Mən ata görməmişəm, 6 yaşımda atamı itirmişəm. Amma Nahid müəllimi ata gözündə görmüşəm. O həmişə mənə deyirdi ki, qızım səninlə yaşıddır, elə bil ki, atan mənəm. Mən inanıram ki, atam yaşasaydı, elə Nahid müəllim kimi bir şəxsiyyət olardı...”.

  • Əbülfət Mədətoğlu: “Dünəndən bu ana qədər mən jurnalı içimdə vərəqlədim”

Əməkdar jurnalist, şair Əbülfət Mədətoğlu dedi ki, Nəzakət xanım ona zəng vurub “Xatirə kitabı” redaksiyasına dəvət edəndə səbəbini soruşmayıb, çünki səbəb ona aydın olub. “Səbəbini ona görə soruşmadım ki, Nahid müəllimin 85, jurnalın isə 10 yaşının tamam olduğunu bilirdim. Çünki Nahid müəllimin 75 illik yubileyində biz “Yada düşdü”nün xeyir-duasını “Ədalət” qəzetində verdik.

İnanın ki, dünəndən bu ana qədər mən jurnalı içimdə vərəqlədim. Çünki bu jurnalda mənə də səxavətlə yer verilib, mənim göndərdiyim, bəzən də göndərmədiyim, lakin yaradıcı qrupun özünün seçib təqdim etdiyi kifayət qədər yazım olub... “Yada düşdü” çoxsaylı müəllifdən biri kimi məni də yaddaşına yazıb, yüz ildən sonra bu jurnal vərəqlənəndə o müəlliflərin içində mən də yada düşəcəyəm. “Yada düşdü”yə həmişə yada düşmək və yaşamaq diləyirəm”.  

  • Yasif Nəsirli: “Həmişə böyük həvəslə bu jurnalın çapdan çıxıb gələcəyi günü gözləyirəm”

“Mən “Yada düşdü” jurnalının ilk nömrəsindən ona abunəçiyəm. Həmişə böyük həvəslə bu jurnalın çapdan çıxıb gələcəyi günü gözləyirəm, bu jurnalda elə bir yazı yoxdur ki, onu axıra qədər oxumayım. Böyük həvəslə oxuyuram, bu yazılar məni keçmişə qaytarır, gələcək haqqında nəsə fikirləşməyə vadar edir. Çünki bu yazıları oxuyanda sevinirəm. Nəzakət xanım, “Yada düşdü” oxucular arasında çox böyük sevgi qazanıb”. Bu sözləri isə yazıçı-publisist Yasif Nəsirli bildirdi.

O qeyd etdi ki, N.Hacızadə ilə yaxın dost və aralarında çox isti, səmimi münasibətlər olub.

Y.Nəsirlinin çıxışından sonra N. Məmmədova “jurnalın 10 yaşı, əslində, oktyabrda olmalı idi. Jurnalın 10 illiyi münasibətilə on tədbir keçirəcəyik və bölgələrdə də tədbirlərimiz olacaq. Amma, bildiyiniz kimi, Nahid müəllimin 85 yaşı tamam olur və qərara aldıq ki, “Yada düşdü” jurnalının 10 illiyi ilə bağlı ilk tədbiri N.Hacızadənin 85 illiyinə həsr edək. Beləliklə, birinci tədbirimiz Nahid müəllimin yubileyinə həsr olunub” - deyə bildirdi.

Sonra sözü şair Şöhlət Əfşara verdi. Ş.Əfşar bildirdi ki, jurnalın məzmunu, mahiyyəti, yönü, istiqaməti hamısı bir-birilə uyğunluq təşkil edir və “Yada düşdü” başqa dərgilərdən yerlə-göy qədər fərqlənir. “Yada düşdü”nün oxucularının Azərbaycanın hər yerində olduğunu deyən Ş.Əfşar qeyd etdi ki, jurnalda onun da yazıları çıxır. Ş.Əfşar söylədi ki, “Yada düşdü” Cənubi Azərbaycanda Hüseyn Şərqinin baş redaktorluğu ilə nəşr olunan “Körpü” dərgisi ilə qardaşlaşıb və qarşılıqlı olaraq yazıları nəşr edirlər.

  • Şəmistan Nəzirli: “Təsəvvür edin ki, mən Xınalıqda belə “Yada düşdü” jurnalı ilə qarşılaşmışam”

Hərbi jurnalist Şəmistan Nəzirli də qeyd etdi ki, N.Hacızadə ilə həm keçmişdə iş yoldaşı olublar, həm də yaxın dost. “Yada düşdü” jurnalının ilk saylarından redaksiya ilə yaxından əməkdaşlıq etdiyini deyən Ş.Nəzirli bildirdi ki, ilk dəfə burada Səməd Vurğunun ilk məhəbbətinə həsr olunmuş maraqlı bir yazı ilə çıxış edib. “Təsəvvür edin ki, mən Xınalıqda belə “Yada düşdü” jurnalı ilə qarşılaşmışam. Çox sevinmişəm ki, mənim yazılarımı oxucular bu jurnaldan da oxuyurlar. Bundan başqa, çox arzu edərdim ki, jurnal tədqiqata cəlb olunsun və onun əsasında elmi iş yazılsın, çünki bu jurnal tədqiq edilib öyrənilməyə layiqdir” - deyə Ş.Nəzirli dedi.

  • Əlirza Xələfli: “Demək istəyirəm ki, “Yada düşdü” bir düşüncə antologiyasıdır, düşüncə məcmuəsidir”

“Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli isə “demək istəyirəm ki, “Yada düşdü” bir düşüncə antologiyasıdır, düşüncə məcmuəsidir. On il böyük rəqəmdir. “Yada düşdü” əbədi yaşayacaq ömür qazanan dəyərli söz abidəsidir” - deyə bildirdi.

  • Balayar Sadıq: “Nəzakət xanım bir xeyirxahlıq, bir vəfa simvoludur”

Şair Balayaq Sadıq isə həm N.Hacızadənin işıqlı xatirəsindən, həm də N.Məmmədovanın N.Hacızadəyə bir övlad qayğısı göstərməsindən, onun ruhuna ehtiram və hörmətindən danışdı. Bildirdi ki, N.Məmmədova N.Hacızadəyə, sözün həqiqi mənasında, vəfa borcunu həmişə yüksək səviyyədə yerinə yetirib: “Nəzakət xanım bir xeyirxahlıq, bir vəfa simvoludur. O, yalnız Nahid müəllimə münasibətdə deyil, bütün sahələrdə, bütün məsələlərdə nümunəvi olub. Belə gözəl jurnal nəşr edir və onun nəşrini davam etdirir”.

Tanınmış jurnalist Vasif Quliyev də N.Hacızadə haqqında xatirələrini danışdı, “Yada düşdü” jurnalının ədəbi dünyamızda oynadığı rola toxundu.   

N.Məmmədova sonda qeyd etdi ki, indiyə qədər jurnalın 41 sayı işıq üzü görüb.

“Yada düşdü” jurnalı yaddaşımızın istinad yerlərindən biri kimi yüzillər sonra da insanların müraciət edəcəyi bir jurnaldır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ