Bazar günü günü, 04 oktyabr 2026
     

Yazıçıların son qurultayından 7 il ötür - pandemiyanın qurultaya nə dəxli...

Image


Azərbaycan Yazıçılar Birliyi digər yaradıcı təşkilatlardan fərqli olaraq, hər zaman müzakirə obyekti olaraq qalmaqdadır. Bu qurumda miqyasından asılı olmayaraq, baş verən istənilən hadisə müzakirə mövzusuna çevrildiyi kimi, baş verməsi gözlənilən olaylar da saf-çürük edilir.

Bu gün təkcə ədəbi ictimaiyyəti deyil, elə cəmiyyətin digər təmsilçilərini də maraqlandıran məsələlərdən biri AYB-nin növbəti qurultayının hansı səbəbdən keçirilməməsidir.  

Bir məqamı da vurğulayaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılmalı olsa da, bu qurumun qurultayı heç vaxt zamanında keçirilməyib. Qurumun sonuncu qurultayı 7 il əvvəl - 2014-cü ildə keçirilib.

Keçən il qurultayın keçiriləcəyi elan edilsə də, sonradan məlum olmayan səbəblərdən qurultay keçirilmədi. Halbuki, qurultayın keçirilməsi keçən ilin mart-aprel aylarına təsadüf etməli idi. Amma qurumun XIII qurultayı keçirilmədi. Belə fikirlər vardı ki,  pandemiya ilə əlaqədar qurultay 2020-ci ilin oktyabr ayında baş tutacaq, o da olmadı.

AYB-nin növbəti qurultayının nə zaman keçiriləcəyi müzakirə mövzusudur.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar mətbuata deyib ki, pandemiya bitən kimi AYB-nin qurultayı keçiriləcək. O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.

AYB-nin qurultayının keçirilməsinə pandemiya mane olur?

Ekspertlər deyirlər ki, onsuz da bütün dünya pandemiyadan əziyyət çəkir və pandemiya üzündən də heç bir beynəlxalq əhəmiyyətli tədbir təxirə düşməyib, zirvə görüşləri, konfranslar, iclaslar videoformatda  olsa da keçirilir.

  • Aydın Xan Əbilov: “AYB-nin qurultayının keçirilməməsi...”

Yazıçı Səxavət Sahil hesab edir ki, AYB rəhbərliyi qurultay keçirməmək üçün hər dəfə bir bəhanə gətirir: “AYB həmişə müxtəlif bəhanələr gətirməklə qurultayın vaxtını uzatmaqla məşğuldur. Bu gün YAP qurultay keçirir, amma AYB qurultayı yubatmaqla məşğuldur. Halbuki, YAP-ın üzvlərinin sayı AYB-nin üzvlərinin sayından daha çoxdur. AYB ölkədə aparılan yenilənmə və islahatlar tendensiyasına cavab vermir, özünün köhnə siyasətini davam etdirir. Koronaviris qaydaları çərçivəsundə qutultay keçirilə bilər. Artıq bunun örnəyi var və YAP hakim partiya olaraq bunu bu gün edir.

Görünür, AYB vaxt udmaqla, öz köhnə idarəçiliyini davam etdirmək istəyir. Təcili qurultay keçirilməli, AYB yenilənməli və rəhbərliyində gənclər təmsil olunmalıdır. Həmçinin, AYB-nin orqanı olan və dövlət büdcəsindən maliyyələşən “Ədəbiyyat qəzeti” və “Azərbaycan” jurnalı kimi köhnəlmiş ədəbi orqanlar yenilənməlidir” - deyə S.Sahil qeyd etdi.

Yazıçı-kulturoloq, AYB üzvü Aydın Xan Əbilov isə hesab edir ki, AYB öz tarixində bir neçə dəfə öz qurultayını vaxtında keçirə bilməyib. “Bu normal haldır. Yəni pandemiya dövründən əvvəlki illərdə də biz AYB-nin qurultaylarının  gecikməsinin şahidi olmuşuq. Azərbaycan Yazıçılar Birliyi o biri yaradıcı qurumlara rəğmən kifayət qədər güclü fəaliyyət göstərir. Bilirsiniz ki, AYB-nin “Ədəbiyyat”, “Mir literaturı” qəzetləri, “Dünya ədəbiyyatı” jurnalı, klassik jurnallardan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” dərgiləri çap olunur, həmçinin də saytları fəaliyyət göstərir. Düzdür, bunlar hamısı dövlət büdcəsindən maliyyələşdirilir, amma təşkilati məsələlər Yazıçılar Birliyinin üzərindədir. AYB-nin rəhbərliyində bizim ağsaqqal Xalq yazıçılarımız, Xalq şairlərimiz təmsil olunurlar. Onlar pandemiya dövrünün qadağalarına uyğun olaraq, həm məsafəli şəkildə, həm də həftədə bir neçə dəfə birliyə gəlməklə qurumun fəaliyyətini tənzimləyirlər. Amma, əlbəttə, bütün sahələrdə olduğu kimi, Yazıçılar Birliyinin fəaliyyətində də yeni dövrün tələblərinə uyğun olaraq, bir yeniləşmə, islahat getməlidir. Mən inanıram ki, qurultay bu islahatların başlanğıcı olacaq. Yazıçılar Birliyinin rəhbərliyində kimin olmasından asılı olmayaraq, Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının, milli-mənəvi ruhumuzun keşiyində duran bir təşkilatdır, təsisatdır. Ona qarşı olan hər hansı bir hücum birbaşa Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə olan hücumdur”.

A.X.Əbilov hesab edir ki, AYB üzvlüyündə kifayət qədər istedadlı adamlar təmsil olunur və AYB-nin özü sırf peşəkarlar tərəfindən idarə olunur. “Fikrət Qoca, Çingiz Abdullayev, İlqar Fəhmi, Rəşad Məcid və AYB-nin katibləri olan digər dostlarımız qurultayda seçilir. Anar müəllim növbəti qurultayda yenə də namizədliyini verərsə, güman ki, yazıçıların böyük əksəriyyəti onu dəstəkləyəcək. Amma adlarını sadaladığım hər bir katib, xüsusən də mən Çingiz Abdullayevin adını çəkmək istəyirəm, AYB sədri vəzifəsi daşımağa peşəkarlıq baxımından tam hazırdırlar. Anar müəllim çox böyük bir məktəb yaradıb. İnanıram ki, dəyişiklik olsa, yazarlarımız AYB rəhbərliyində peşəkar, təşkilatçı, dünyada və Azərbaycanda tanınan Çingiz Abdullayevi görmək istərdilər. AYB-nin qurultayının keçirilməməsi yalnız bu qurumun özü ilə bağlı deyil. Bir də ki, Azərbaycanda gündə tədbir, qurultay keçirən partiyalar, təşkilatlar var ki, onların ölkəmizə heç bir faydası yoxdur. Amma AYB öz fəaliyyəti, nəşr etdiyi jurnal və qəzetlərlə, müxtəlif nəşrləri ilə, sosial şəbəkələrdəki işlək səhifələri ilə Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin inkişafına güclü təkan verir. Bilirsiniz ki, AYB 44 günlük Vətən müharibəsi dövründə də çox fəal oldu”.

A.X.Əbilov hesab edir ki, birliyin orqanları 44 günlük müharibədə qazandığımız zəfəri layiqincə təbliğ etdilər və gözəl nümunələr təqdim olundu.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ